Icma.az
close
up
RU
Məmmədlidə vətəndaşın evini “sənəddə” başqası sahiblənib FOTO

Məmmədlidə vətəndaşın evini “sənəddə” başqası sahiblənib FOTO

Milli.az saytına istinadən Icma.az xəbər verir.

"İllərdir ki, Məmmədli qəsəbəsində yaşayırıq. Torpağımızın çıxarışı olsa da, evimizə "kupça" ala bilmirik. Səbəb isə odur ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PŞH-nin verdiyi çıxarışda yanlışlıqla torpağımızın koordinatları başqa ünvana verilib".

Milli.Az xəbər verir ki, bu şikayətlə "Qafqazinfo"ya Bakının Abşeron Rayonu, Məmmədli qəsəbəsində yaşayan bir qrup sakin müraciət edib. 

Onların iddialarına görə, yanlışlığı edən quruma dəfələrlə müraciət etsələr də, məsələ öz həllini tapmayıb: "Elə sakinlər var ki, bu torpaqlar onların ata-baba yurdudur. Eləsi var ki, 10 ildir burada ev tikib yaşayır. Hamımızda eyni vəziyyətdir, bir qonşunun evinin çıxarışı o birinin həyətinə düşür. Kiminsə səhvi, səhlənkarlığı ucbatından illərdir öz evimizə sənəd alıb qeydiyyata düşə bilmirik.

Aidiyyəti quruma ərizə də yazmışıq, cavabda problemi təsdiqlədilər, ancaq həll üçün heç bir yol göstərmirlər. Bizi yola verirlər ki, gəlib nə vaxtsa həmin yalnışlıqları düzəldəcəklər. Amma öyrənirik ki, artıq bu ərazidə Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ tərəfindən xəritəçəkmə işləri yekunlaşıb". 

Ərazidə yaşayan digər sakinlər - Şahmurad Məmmədov, Pərvin Zeynalov, Dilarə Məmmədova və başqaları da oxşar problemlə üzləşdiklərini deyirlər. Onlar bildirirlər ki, qanunvericiliyə görə, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı ilə bağlı baş verən hər hansı texniki yanlışlığa görə sözügedən qurum məsuliyyət daşıyır və problemi həll etməyə borcludur.  

Vətəndaşların əsas problemlərindən biri bu nöqsana görə illərdir evlərindəki ünvana qeydiyyata düşə bilməməkləridir. Bütün kommunal xidmətlər öz adlarına olsa da, onlar şəxsi mənzillərində qeydiyyatsız yaşamağa məcburdurlar. 

Problemlə əlaqədar Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət etdik. Xidmətdən sorğumuza belə cavab aldıq: "Yaranmış problem ilkin alqı-satqı zamanı torpaq sahələrinin yerində düzgün tanıdılmaması və ya ümumiyyətlə yertanıtma olmadan sistemsiz məskunlaşma prosesindən qaynaqlanır. Belə ki, müasir geodeziya avadanlıqları vasitəsilə koordinatların naturaya köçürülmədən torpaq sahələrinin mərzlənməsi və ya hasarlanması nəticəsində bu prosesin miqyası genişlənib və hazırki problemlərə yol açıb.  

Qeyd edək ki, vətəndaşın faktiki torpaq sahəsinin üzərində digər vətəndaşın mülkiyyət sənədi qeydiyyata alınıb. Ona görə də vətəndaşın mülkiyyət hüququnun faktiki torpaq sahəsinin üzərində qeydiyyata alınması mümkün deyil. Yaşayış massivi daxilində yerləşən oxşar problemlə üzləşmiş vətəndaşların birgə müraciəti olarsa, məsələ araşdırılaraq dürüstləşmə işləri aparılacaq".

Açıqlamada şikayətçilərdən biri olan Pərvin Zeynalovun narazılığına bu cavab verilib: "​Abşeron rayonu, Məmmədli kəndi ərazisində yerləşən 0.035 ha torpaq sahəsi notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsi əsasında Pərvin Zeynalov tərəfindən satın alınıb. Qeyd olunan alqı-satqı müqaviləsi əsasında vətəndaşa 2022-ci ilin mart ayının 1-də sözügedən torpağa dair həm çıxarış, həm də torpaq sahəsinin plan və ölçü sənədləri verilib.

Araşdırma zamanı məlum olub ki, sənəd üzrə torpaq sahəsinin yerləşməsi ilə naturada (yerdə) yerləşməsi arasında fərq (35-37 metr) mövcuddur, yeri dəyişdirilib. Həmçinin faktiki torpaq sahəsi başqa şəxslərin mülkiyyətində olan sənəd üzrə torpaq sahələri ilə üst-üstə düşür".

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:112
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 11 İyun 2025 11:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məşhur futbolçu karyerasını sonlandıracaq SƏHHƏTİNƏ GÖRƏ

13 Dekabr 2025 00:58see238

Fransada etirazçılara qarşı gözyaşardıcı qaz və səs qumbarasından istifadə edilib

12 Dekabr 2025 16:22see224

Dursun Özbek: Artıq susmaq mümkün deyil

12 Dekabr 2025 17:13see192

Ramiz Mehdiyevin etdiyi hərəkətlər onun Akademiyada qalmasına imkan vermir İsa Həbibbəyli

12 Dekabr 2025 12:34see174

Kartof qızardarkən duz nə vaxt əlavə olunmalıdır?

13 Dekabr 2025 00:26see165

Vikinq kimi yaşayır Video

12 Dekabr 2025 08:55see150

Azərbaycanda tanınmış tiktoker saxlanıldı Foto

13 Dekabr 2025 16:57see146

Bakıda bu yolda işıqforun hər üç işığı eyni anda yanır

12 Dekabr 2025 08:55see145

Arteta “Vulverhempton”la oyundan əvvəl: “Sabah üç xal qazanmalıyıq”

12 Dekabr 2025 21:09see144

Ukrayna millisi DÇ 2026 nın seçmə mərhələsinin pley offunda ev oyunlarını keçirəcəyi yeri müəyyən edib

12 Dekabr 2025 01:05see139

İsrailin işğal siyasəti İranı nüvə silahına itələyir ŞƏRH

12 Dekabr 2025 04:26see137

Ermənistan hələ 3+3 formatına qoşulmağa və iştirak etməyə hazır deyil Millət vəkili

12 Dekabr 2025 14:33see137

“Daxilmdə nəsə mənə kifayət qədər yaxşı olmadığımı deyirdi” Norris

12 Dekabr 2025 02:00see135

Audi TT əfsanəsi 2027 ci ildə geri dönəcək FOTO

13 Dekabr 2025 06:22see133

500 manat pensiyalar bu qədər artacaq Açıqlama

12 Dekabr 2025 22:34see133

ABŞ bizi AB dən ayıra bilməz Avstriya

12 Dekabr 2025 01:32see132

Azərbaycan Ərdəbil ilə investisiya üzrə birgə fəaliyyətini gücləndirə bilər FOTO

12 Dekabr 2025 04:52see130

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevlə bağlı paylaşım edib

12 Dekabr 2025 00:17see128

Ukrayna müharibəsinin bitməsi üçün... Ərdoğan

12 Dekabr 2025 18:26see127

Kürdəmirdə ağır qəza Yük maşını avtobusa çırpıldı FOTO

12 Dekabr 2025 23:16see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri