Icma.az
close
up
RU
Məmmədov: “Çox çalışdım ki, komanda liqada qalsın”

Məmmədov: “Çox çalışdım ki, komanda liqada qalsın”

futbolpress-az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Misli Premyer Liqasının XXXIII turunun “İmişli” – “Karvan-Yevlax” oyunundan (1:1) sonra qonaq komandanın baş məşqçisi Füzuli Məmmədov jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşdü:

– Nəticənin turnir cədvəli baxımından mahiyyəti olmasa da, qələbə qazanmaq istəyirdik. Meydanda yaxşı mübarizənin şahidi olduq. Ağır yol keçdik, mövsüm bitdi. Təəssüf ki, komandamız I Liqaya yuvarlandı. Oyuna gəlincə, futbolçular meydanda əziyyət çəkdi. Yekunda istədiyimizə nail ola bilmədik. Hər kəsə uğurlar arzu edirəm.

– Komanda ilə davam edəcəksinizmi? Edəcəksinizsə, heyətdə nə qədər dəyişiklik olacaq?
– Çox istəyirəm ki, I Liqada iddialı olaq, yenidən Premyer Liqaya qayıdaq. Arzum budur. Yəqin, sabah rəhbərliklə görüşümüz olacaq. Şərtlərim, tələblərim qəbul olunsa, davam edəcəyəm. Bu heyətdə yaxşı futbolçular var. Şərtlər də yaxşı olsa, onlarla da danışılacaq.

– Samuel Durrantın oyununu necə dəyərləndirirsiniz?
– Bir oyuna görə futbolçunu şərh etmək istəmirəm. Meydanda əzmkar oyun gedirdi. Rəqib böyük təzyiqlə üzərimizə gəlirdi. Durrant keyfiyyətli oyunçudur, ancaq bu gün ondan istədiyimi ala bilmədim. Həm də futbolçular üçün belə matçlarda psixoloji çətinlik olur. Komanda liqadan düşüb, iddia qalmayıb. Ruh düşkünlüyü normaldır. Durrantı başa düşürəm, klubla müqaviləsi başa çatıb. Ona uğurlar arzu edirəm.

– Başqa təklifləriniz var?
– Əvvəlcə klubun rəhbərliyi ilə danışacam. Bu görüşdən çox şey asılıdır.

– Mövsümlə bağlı fikirləriniz nədir? 
– Səmimi deyirəm, nəticəyə görə üzgünəm, belə şeyləri sevmirəm. Ağır mövsüm keçirdik. Heyfislənmirəm, böyük təcrübə qazandıq. Premyer Liqada lazımi yol keçdik. Karyeram üçün yaxşı təcrübəm oldu, möhkəmləndim, məşqçi kimi çox şey gördüm. Amma yenə deyirəm, istəməzdim belə olsun. Çox çalışdım ki, komanda liqada qalsın. Premyer Liqa haqqında danışası olsaq, maraqlı mövsüm keçdi. “Neftçi”nin, “Sabah”ın, “Turan Tovuz”un oyunlarını qeyd etmək olar. Avrokuboklarda olacaq komandalara uğurlar arzu edirəm. Sürətli çempion oldu.

Şahin Cəfərov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:201
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 24 May 2026 18:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see329

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see326

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see319

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see287

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see282

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see277

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see273

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see267

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see263

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see255

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see242

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see232

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see232

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see229

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see223

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see221

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see218

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see214

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see211

İlkin tibbi yardım üçün ən yaxın səhiyyə müəssisəsinə müraciət edilməlidir Həkim

21 Oktyabr 2026 17:48see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri