Icma.az
close
up
RU
Məmmədxanova yarım milyonu kriptovalyutada itiribmiş...

Məmmədxanova yarım milyonu kriptovalyutada itiribmiş...

Qafqazinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi, “Premium Bank” ASC-nin 5 saylı filialının müdiri Nəzakət Məmmədxanova bankın yarım milyon manata yaxın pulunu mənimsədiyi üçün 7 illik həbs olunub.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, N.Məmmədxanova ifadəsində banka məxsus olan 461 min manatı və özünün 120 min manat (581 min manat) pulunu kriptovalyuta bazarında itirdiyini deyib.

O bildirib ki, 2024-cü ilin aprel ayında Artyom Romanov adlı xarici vətəndaşla tanış olub və həmin şəxsin vasitəçiliyi ilə kriptovalyuta birjasında iştirak etməyə başlayıb: “Həmin şəxs mənə müxtəlif vədlər vermişdi, çoxlu pullar qazanacağımızı demişdi. Main Capital.com, binanse.com saytında və Azərbaycanda fəaliyyət göstərən proqramlardan birində öz kartımı qeydiyyatdan keçirməli olduğumu demişdi. Bu saytlarda kriptovalyuta işi ilə məşğul olaraq pulu kriptovalyutaya çevirə bildiyimi izah etmişdi. Artyom broker olduğunu və mənə investisiya-kripto işini öyrədəcəyini, müxtəlif biznes sahələrinə kriptovalyuta şəklində pul qoyuluşundan yüksək məbləğdə gəlir əldə ediləcəyini bildirmişdi”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, bundan sonra filiala məxsus pulları 1 ay içində kriptovalyuta işlərinə qoyub, özünə məxsus 120 min manatdan artıq vəsaiti də Artyomun dediyi kimi hesablara yerləşdirib: “Pulun hamısı dediyi kimi komissiyalar, pulun sığortası, birjalar üçün proqram vasitəsilə dediyi istiqamətdə Binanse.com-a köçürüldü. Lakin sonra filialın xəzinədarı Samirə xanım mənə işləmək üçün pulun qalmadığını bildirəndə vəziyyətin pisləşdiyini görüb bankın rəhbərliyinə məruzə etdim. Artıq qeyd edilən saytlar tərəfindən aldadıldığımı başa düşdüm. Həmin vaxt Samirəyə özümü öldürəcəyimi demişdim, lakin bunu hədə-qorxu gəlmək məqsədilə deməmişdim. Sadəcə özümü itirmişdim, nə hərəkət edəcəyimi bilmirdim. Köçürülən vəsaitlərdən heç bir qəpik də götürməmişdim. Bank rəhbərliyinə mənə pulları geri qaytarmağım üçün vaxt vermələrini xahiş etmişdim. Samirənin mənim işlərimdən məlumatı olmayıb, pulun özümə lazım olduğunu demişdim. Yalnız axırdan-axıra ona bütün vəziyyəti danışdım. Hansı ki, o vaxta qədər təxminən 200 000 manat pul artıq xəzinəyə mədaxil edilmədən mədaxil qəbzləri yazılmışdı”.

N.Məmmədxanova qeyd olunan əməlləri törədərkən özündə olmadığını əlavə edib: “Psixoloji asılılıq vəziyyətində olmuşam, buna görə hətta 2 saylı Psixiatriya xəstəxanasında müalicə də aldım. Bu məsələnin həll olunması üçün DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinə müraciət etdim, aldadılmağımla bağlı Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə cinayət işi başlandı. Aparılan bütün əməliyyatlar, yəni həm proqrama, həm banka, həm də onun özünə nə qədər pullar köçürülməsi və bir qəpik belə həmin puldan özümə götürmədiyim tam olaraq öz təsdiqini tapdı. Həmin işdə də mən zərərçəkmiş kimi tanındım. Bütün bunlara baxmayaraq, istintaq orqanı tərəfindən siyahıya alınmış əmlaklarım, yəni Qusar rayonunun Hil kəndində olan 22 sot torpaq, Goradildə 12 sot + 2 sot torpaq sahəsində olan yarımtikili torpağı ilə birlikdə banka vurulmuş maddi zərəri ödəmək məqsədilə satışa çıxarıldı”.

Bildirilib ki, cinayət işində xəzinədar Samirə Əliyeva da təqsirləndirilib. O, banka dəymiş zərərdən 40 min manatını ödəyib və bank ona qarşı olan şikayətini geri götürüb.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən son iclasda hökm oxunub. Hökmə əsasən, Nəzakət Məmmədxanova 7 il müddətə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs edilərək təcridxanaya göndərilib. Samirə Əliyevaya isə şərti cəza verilib. N.Məmmədxanovanın əmlakları satış üçün hərraca çıxarılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:258
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 05 May 2025 12:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see355

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see338

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see298

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see269

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see235

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see212

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see200

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see197

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see193

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see189

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see187

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see178

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see175

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see168

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see168

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see166

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see164

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see163

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see161

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri