Icma.az
close
up
RU
Məmmədyarov uddu: Teymur Rəcəbov heç heçə etdi FOTO

Məmmədyarov uddu: Teymur Rəcəbov heç heçə etdi FOTO

Icma.az, Gununsesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Şahmat üzrə kişi və qadınlar arasında Azərbaycan çempionatında 1/4 final görüşlərinə start verilib.

Gununsesi.info xəbər verir ki, mərhələnin ilk oyun günündə kişilərin mübarizəsində gözlənilməz nəticə qeydə alınıb.

Tanınmış qrossmeyster Teymur Rəcəbov Vüqar Əsədli ilə heç-heçə edib. Rauf Məmmədov – Əhməd Əhmədzadə və Misrətdin İskəndərov – Aydın Süleymanlı qarşılaşmalarında da qalib müəyyənləşməyib. Yalnız Şəhriyar Məmmədyarov Məhəmməd Muradlı üzərində qələbə qazanmağı bacarıb.

Qadınların yarışında isə Türkan Məmmədyarova aşağı yaş qrupları üzrə ikiqat dünya və Avropa çempionu Gövhər Beydullayevaya qalib gəlibsə, onun bacısı Zeynəb Məmmədyarova Avropa çempionu Ülviyyə Fətəliyevaya uduzub.

Günay Məmmədzadə – Səbinə İbrahimova və Gülnar Məmmədova – Xanım Balacayeva qarşılaşmalarında heç-heçə qeydə alınıb.

Reqlamentə əsasən, turun hər bir matçı 2 klassik partiyadan (ağ-qara) və burada qeydə alına biləcək bərabərlik halında tay-breyklərdən ibarət olacaq. Bütün görüşlər saat 15:00-da start götürəcək.

Azərbaycan çempionatı
1/4 final cütləri
Kişilər
Şəhriyar Məmmədyarov – Məhəmməd Muradlı – 1:0
Misrətdin İskəndərov – Aydın Süleymanlı – 0,5:0,5
Rauf Məmmədov – Əhməd Əhmədzadə – 0,5:0,5
Vüqar Əsədli – Teymur Rəcəbov – 0,5:0,5

Qadınlar
Günay Məmmədzadə – Səbinə İbrahimova – 0,5:0,5
Gülnar Məmmədova – Xanım Balacayeva – 0,5:0,5
Ülviyyə Fətəliyeva – Zeynəb Məmmədyarova – 1:0
Türkan Məmmədyarova – Gövhər Beydullayeva – 1:0

Qeyd edək ki, kişilərin yarışında mükafat fondu 60 min manat, qadınlarda isə 30 min manat təşkil edir.

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 07 Fevral 2025 23:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri