Icma.az
close
up
RU
Məmur hərisliyi piyadaya səkidə şərait yaratmağa imkan vermir EKSPERT

Məmur hərisliyi piyadaya səkidə şərait yaratmağa imkan vermir EKSPERT

Avtosfer saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ölkədə avtomobil və digər nəqliyyat vasitələrinin sayı artdıqca, piyadaların hərəkət təhlükəsizliyi məsələsi önəmli problemə çevrilib. Piyada keçidləri, səkilər və yolların vəziyyəti, həmçinin piyadalar üçün yaradılan şərait bu sahədə diqqət mərkəzindədir. Bu səbəbdən ölkədə piyadaların təhlükəsiz hərəkətini təmin etmək məqsədilə yeni dövlət standartının hazırlanması və tətbiqi öz aktuallığını qoruyur.

Avtosfer.az xəbər verir ki, Azərbaycanda piyadaların hərəkət təhlükəsizliyi sahəsində yeni dövlət standartının hazırlanması yenidən gündəmdədir. “Avtomobil yolları və küçələr. Piyadaların hərəkət təhlükəsizliyi. Ümumi tələblər” adlı standartın yaxın zamanda qəbul ediləcəyi gözlənilir. Bu təşəbbüs, şəhər küçələrində piyadaların rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə atılan mühüm addım kimi qiymətləndirilir. Maraqlıdır ki, yeni standartda nələr diqqət mərkəzində saxlanılmalıdır?

Məsələ ilə bağlı nəqliyyat eksperti Elməddin Muradlı Avtosfer.az-a açıqlamasında bildirib ki, əgər doğrudan da bir siyasət yürüdülürsə, piyadalar üçün yollar, səkilər rahat və təhlükəsiz olmalıdır, elə bu istiqamətdə addım atmaq lazımdır:

“Azərbaycanda, onsuz da, son dövrlər piyada yönümlü şəhər siyasəti yürüdülür. Küçələrin, səkilərin piyadalar üçün əlçatan və rahat olması üçün müəyyən addımlar atılır. Amma bununla paralel həm də biz görürük ki, hansısa səki ticarət obyektləri tərəfindən zəbt olunur, hələ də avtomobil satılır, məmurun icazəsi ilə, icra başçının icazəsi ilə teras tikilir, çay evi tikilir, gül dibçəkləri ilə yollar kəsilir. Yəni, bunun fonunda digər məsələ itib batır. Bu özbaşınalıqların, məmur hərisliyinin fonunda piyadalar üçün müəyyən şərait yaradılması məsələsi arxa plana keçir. Bu da təbii ki, düzgün yanaşma deyil. Əgər yenə də səkiləri satıb ticarət qurmaq istəyiriksə, o zaman bu yanaşmanın heç bir mənası qalmır”.

Ekspert deyib ki, indiki halda avtomobil yolları və küçələr yenidən işlənilməli, yeni mərhələdə hansısa yeni yanaşmalar olmalıdır:
“Amma piyadaların hərəkəti üçün də təhlükəsiz mühit yaradılmalıdır. Bu, ən vacib şərtdir və bu şərtin başqa bir müzakirəsi olmamalıdır. Ancaq bəzi məmurların baxış bucağından baxanda görürük ki, səkiləri satırlar, onlar üçün mümbit şərait yaradırlar: ticarət məkanları, çayxanalar, meyvə dükanları, gül dükanları, teras və s. Hələ də bu proses davam edir. Belə olan halda piyadalara bağlı yanaşma insanı narahat edir, çünki bu, ədalətli deyil. Yəni, əgər biz bunu sözdə edəcəyiksə, bir mənası qalmayacaq. Yox, əməldə olacaqsa, o zaman səkini ticarət məkanına çevirməyin mənası nədir? Ona nə ad qoymaq olar? Yanaşmalar fərqlidir. Yəni, səmimi yanaşma deyil. Sözdə “piyada təhlükəsizliyi”nin bizim üçün nə verəcəyini anlamıram. O, bizə lazım deyil. Əməldə olacaqsa, əlbəttə, bunu alqışlamaq lazımdır”.
Nurcan Babək

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:168
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 23 Fevral 2026 14:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hansı qidalar parazit və infeksiya mənbəyidir?

23 Noyabr 2026 10:00see308

Azərbaycana qarşı kiberhücumların arxasında kim dayanır, məqsəd nədir? İKT ÜZRƏ MÜTƏXƏSSİS

23 Noyabr 2026 11:10see308

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see289

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see269

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see263

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

23 Noyabr 2026 16:16see260

Pasterin yeni albomu zirvəyə yüksəldi “012”

23 Noyabr 2026 13:50see247

Marketlər istədikləri qiyməti müəyyən edə bilməyəcək?

23 Noyabr 2026 17:32see233

Düz bağırsaq xərçənginin aşkar simptomları

23 Noyabr 2026 17:12see226

Dünya məktəbinin şagirdləri orbitə peyk buraxacaqlar FOTOLAR

23 Noyabr 2026 16:43see223

Fürsətçi… Yunus Oğuz yazır

23 Noyabr 2026 17:46see222

Azərbaycan fındığı Çin bazarına çıxarılır

23 Noyabr 2026 12:00see220

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see218

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see215

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see214

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see201

Adanın qəzaya düşərək həlak olduğu avtomobilin son halı Video

23 Noyabr 2026 22:01see199

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see196

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see192

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri