Icma.az
close
up
RU
Məmur necə olmalıdır? Prezident idarəetmədə nəyə önəm verir

Məmur necə olmalıdır? Prezident idarəetmədə nəyə önəm verir

Newscenter.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dünən yerli televiziya kanallarına verdiyi müsahibədə səsləndirdiyi fikirlər ölkədə dövlət idarəçiliyinin təşkili, kadr siyasətinin prioritetləri və icra mexanizmlərinin səmərəliliyi ilə bağlı mövcud yanaşmaların davamı kimi diqqət çəkir. Bu çıxış situativ açıqlama xarakteri daşımır və təsadüfi kontekstdə səsləndirilmiş mövqe kimi təqdim edilmir. Əksinə, uzunmüddətli dövlət idarəçiliyi təcrübəsi çərçivəsində formalaşmış yanaşmaların, qəbul edilmiş qərarların və tətbiq edilən idarəetmə modellərinin ardıcıl xətt üzrə ifadəsidir. Müsahibədə səslənən fikirlər idarəetmə praktikasında artıq mövcud olan prinsiplərin daha konkret və icra yönümlü formada təqdim olunmasına xidmət edir.
Prezidentin çıxışında əsas vurğu bir daha aydın şəkildə ortaya qoyulur: idarəetmədə qarşıya çıxan problemlərin səbəbi struktur çatışmazlığı deyil, kadr faktorudur. Struktur islahatlarının əhəmiyyəti inkar edilmir, lakin onların həlledici rol oynamadığı açıq şəkildə ifadə olunur. Dövlət idarəçiliyində struktur mexanizm rolunu oynayır, nəticəni isə bu mexanizmi icra edən insan müəyyənləşdirir. Əgər məmurun məsuliyyət hissi, etik davranış çərçivəsi və vəzifəyə münasibəti lazımi səviyyədə deyilsə, ən çevik idarəetmə modeli belə gözlənilən nəticəni vermir.
“Müasir dövlət məmuru necə olmalıdır?” sualına verilən cavab yerli icra orqanları üçün praktiki məzmun daşıyır. Vətəndaşlara münasibət, sahibkarlıq subyektlərinə müdaxilədən çəkinmək, korrupsiya və rüşvətxorluğa qarşı prinsipial mövqe, sosial ədalət anlayışı burada ayrı-ayrı tezislər kimi yox, vahid idarəetmə davranışının tərkib hissələri kimi təqdim olunur. Xüsusilə iş adamlarına münasibət məsələsinin önə çəkilməsi təsadüfi deyil. Yerli icraçının davranışı təkcə sosial mühitə yox, eyni zamanda iqtisadi fəallığa, investisiya mühitinə və bölgələrin inkişaf dinamikasına birbaşa təsir göstərir. Bu mənada məmurun fəaliyyəti artıq lokal inzibati məsələ çərçivəsindən çıxaraq daha geniş nəticələr doğuran amilə çevrilir.
Prezidentin çıxışında xüsusi diqqət çəkən məqamlardan biri də kadr məsələsində yaş faktoruna yanaşmadır. Açıq şəkildə bildirilir ki, pozuntuların gənc və ya yaşlı kadrlarla əlaqələndirilməsi düzgün yanaşma deyil. Burada söhbət nəsil fərqindən yox, insan keyfiyyətindən gedir. Ailə mühiti, aldığı tərbiyə, formalaşmış dəyərlər və məsuliyyət hissi məmurun davranışını müəyyən edən əsas amillər kimi təqdim olunur. Bu yanaşma kadr siyasətinin formal göstəricilər üzərindən deyil, dərin keyfiyyət meyarları əsasında qurulmasının vacibliyini ön plana çıxarır.
Qarabağ və Şərqi Zəngəzurda tətbiq edilən xüsusi nümayəndəlik institutu da müsahibədə ayrıca vurğulanır. Bu model daha çevik qərarvermə, daha az bürokratik yük və icra proseslərinin sürətləndirilməsi məqsədi daşıyır. Eyni zamanda, məmur-vətəndaş təmaslarının azalması korrupsiya risklərinin məhdudlaşdırılmasına xidmət edir. Lakin Prezident bu modelin tətbiqində əsas şərtin yenə də insan faktoru olduğunu açıq şəkildə bildirir. İstənilən struktur, o cümlədən xüsusi nümayəndəlik institutu yalnız uyğun kadr olduqda effektiv işləyə bilər. Naxçıvanla bağlı səsləndirilən nümunə bu yanaşmanın praktiki təsdiqi kimi təqdim olunur.
Bakıda və digər ərazilərdə qısa müddət ərzində vəzifədən azadetmə halları isə idarəetmədə yeni yanaşmanı göstərir. Burada təyinat anlayışı uzunmüddətli toxunulmaz status kimi deyil, məsuliyyət və nəticə əsasında qiymətləndirilən səlahiyyət kimi təqdim olunur. Vəzifəyə təyin olunmaq etimadın göstəricisidir, lakin bu etimadın doğruldulması zəruridir. Əks halda qərar gecikdirilmir. Bu yanaşma idarəetmədə nəzarətin və cavabdehliyin gücləndirilməsinə xidmət edir.
İctimai nəzarət məsələsinə verilən önəm də müsahibənin mühüm hissəsini təşkil edir. Prezident bildirir ki, yerlərdən gələn siqnallar olmadan problemləri vaxtında müəyyənləşdirmək mümkün deyil. Bununla yanaşı, bu məlumatların bir neçə mərhələdə yoxlanılması, subyektivliyin istisna edilməsi və yalnız bundan sonra qərar qəbul olunması xüsusi vurğulanır. Beləliklə, ictimai nəzarət emosional reaksiya yox, idarəetmə prosesinin tərkib hissəsi kimi təqdim olunur.
Çıxışın ümumi fonunda Zəfərdən sonrakı dövrün yaratdığı ictimai gözləntilər də nəzərə alınır. Bu mərhələdə məmur davranışına qarşı dözümlülüyün azalması təbii qəbul edilir. Dövlət gücləndikcə və cəmiyyətin gözləntiləri artdıqca, idarəetmə standartlarının da yüksəldilməsi zərurəti ortaya çıxır. Bu, icra məsuliyyətinin daha ciddi şəkildə tətbiqini tələb edir.
Beləliklə, Prezidentin yerli televiziya kanallarına verdiyi bu müsahibənin müvafiq hissəsi bir daha göstərir ki, idarəetmənin keyfiyyəti struktur dəyişikliklərindən əvvəl insan amilindən asılıdır. Çevik modellər və institusional mexanizmlər yalnız onları icra edən kadrların məsuliyyətli davranışı ilə nəticə verir. Dövlət idarəçiliyinin əsas sınağı da məhz bu nöqtədə formalaşır.
Əliməmməd Nuriyev, Konstitusiya Araçdırma Fondunun prezidenti
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:145
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 06 Yanvar 2026 15:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see314

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see311

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see302

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see293

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see275

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see259

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see252

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see241

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see207

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see206

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see202

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see198

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see196

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see196

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see186

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see184

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see183

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see178

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see171

İstanbulda Kızılelma yolunda Türkiyə Azərbaycan arası əməkdaşlıq və ticarətin inkişafı proqramı düzənləndi

17 Oktyabr 2026 21:18see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri