Icma.az
close
up
RU
Məmur olmaq istəyənlər imtahan verdi (Yenilənib)

Məmur olmaq istəyənlər imtahan verdi (Yenilənib)

Icma.az, Mia.az portalına istinadən məlumatı açıqlayır.

Dövlət İmtahan Mərkəzi 3 avqust 2025-ci il tarixində inzibati vəzifələrin B növünə aid BB qrupu üzrə dövlət qulluğuna qəbul imtahanı və inzibati rəhbər vəzifələrə aid AB, AC və inzibati icraçı vəzifələrə aid BA, BB vəzifə qrupları üzrə dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi imtahanı keçirib.

Mia.az xəbər verir ki, dövlət qulluğuna qəbul imtahanı saat 10:00-da başlanıb. İmtahan Bakı və Naxçıvan şəhərlərində kompüterlər vasitəsilə 3 saat müddətində aparılıb və namizədlərə biliklərini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb. Namizədlər imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olublar. Nəticələr həmçinin sabah gün ərzində DİM-in saytında yerləşdiriləcək.

İmtahanda 720 namizəd iştirak edib. İmtahan nəticələrinə əsasən, BB1 altqrupu üzrə 11 nəfər, BB2 altqrupu üzrə 16 nəfər, BB3 altqrupu üzrə 42 nəfər, BB4 altqrupu üzrə 65 nəfər olmaqla, ümumilikdə 134 namizəd uğur qazanıb.

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan isə saat 16:00-da başlanacaq.

İmtahanların nəticələri ilə bağlı Apellyasiya Komissiyası 4 – 6 avqust tarixlərində saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda fəaliyyət göstərəcək. Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi, 50.

***

Bu gün Dövlət İmtahan Mərkəzi inzibati rəhbər vəzifələrə aid olan AB, AC və inzibati icraçı vəzifələrə aid olan BA, BB vəzifə qruplarına uyğun vəzifələr üzrə dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi imtahanı və dövlət qulluğunda inzibati vəzifələrin B növünə aid olan BB vəzifə altqrupuna uyğun vəzifələr üzrə imtahan keçirəcək.

Mia.az xəbər verir ki, BB vəzifə altqrupu üzrə test imtahanı elektron qaydada təşkil olunacaq. İmtahan vermək üçün 783 namizəd qeydiyyatdan keçib.

İmtahan saat 10:00-da başlanacaq. Saat 09:45-dən sonra gələnlər imtahana buraxılmayacaqlar.

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan vermək üçün AB qrupu üzrə 2, AC qrupu üzrə 6, BA qrupu üzrə 50, BB qrupu üzrə isə 140 olmaqla, ümumilikdə 198 namizəd qeydiyyatdan keçib.

İmtahan saat 16:00-da elektron qaydada təşkil olunacaq və 2 saat 30 dəqiqə davam edəcək. Saat 15:45-dən sonra gələnlər imtahana buraxılmayacaqlar.

Bu imtahanlara gələn namizədlər şəxsiyyəti təsdiq edən sənədin əslini və imtahana buraxılış vərəqəsini mütləq gətirməlidir.

İmtahanların keçirilməsi üçün 11 imtahan rəhbəri, 63 nəzarətçi və 11 buraxılış rejimi əməkdaşı ayrılıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:109
embedMənbə:https://mia.az
archiveBu xəbər 03 Avqust 2025 15:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu il Şahdəniz yatağından qaz və kondensat hasilatı sabit qalıb

06 Noyabr 2025 14:50see225

Bu bölgədə məktəblər üçün yeni avadanlıqlar alınacaq 715 minlik LAYİHƏ

06 Noyabr 2025 19:30see216

Serialların uşaq psixologiyasına MƏNFİ TƏSİRLƏRİ

06 Noyabr 2025 23:04see201

Rüşvətdə ittiham olunan Səhiyyə Nazirliyinin vəzifəli şəxslərinin məhkəməsi başladı

06 Noyabr 2025 14:47see161

“İlin modeli” seçildi Fotolar

07 Noyabr 2025 09:52see142

Araz Naxçıvan ın kapitanı: Püşk səbətində yer alan komandalar arasında zəif rəqib yox idi

06 Noyabr 2025 23:55see139

Fazil Mustafadan AzTV nin helikopter məsələsinə REAKSİYA

06 Noyabr 2025 23:47see138

Rusiya müharibəyə danışa bilməyən əlil əsgərlər göndərir...

07 Noyabr 2025 00:06see135

Noyabr ayında bu bürcləri xoş sürprizlər gözləyir

06 Noyabr 2025 11:45see132

Süni intellekt 140 yaşa çatmağın yollarını ortaya qoydu..?

07 Noyabr 2025 00:46see131

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

08 Noyabr 2025 00:53see130

General mayor rütbəsi alan hərbçilər kimdir?

07 Noyabr 2025 16:50see130

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

08 Noyabr 2025 03:28see125

Orbandan Moskva Vaşinqton sammitinin keçirilməsi ilə bağlı açıqlama

06 Noyabr 2025 22:57see124

Avropa Liqası: Fənərbaxça səfərdə heç heçə etdi GÜNÜN NƏTİCƏLƏRİ

07 Noyabr 2025 04:15see124

Noyabr ayında dörd bürc ciddi sınaqlardan keçəcək

07 Noyabr 2025 09:51see122

DİQQƏT! Şəmkirdə qaz olmayacaq

06 Noyabr 2025 16:42see122

Ermənipərəst konqresmen siyasətdən gedir

06 Noyabr 2025 20:41see121

Tramp Əl Şaraa ilə görüşdə Suriyanın Rusiyadan asılı vəziyyətə düşməməsinə çalışacaq ŞƏRH

06 Noyabr 2025 21:05see120

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

08 Noyabr 2025 06:22see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri