Icma.az
close
up
RU
Məmur vətəndaş münasibətləri dövlət siyasətinin əsas prioritetidir

Məmur vətəndaş münasibətləri dövlət siyasətinin əsas prioritetidir

Icma.az, Demokrat.az saytına istinadən bildirir.

Azərbaycan dövləti müasir inkişaf yolunu müəyyənləşdirərkən xalqla dövlət arasında etimad körpüsünü daha da möhkəmləndirməyi əsas məqsədlərdən biri kimi müəyyən edib. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dərin islahatlar, idarəetmədə şəffaflığın artırılması, məmur-vətəndaş münasibətlərinin sağlam əsaslar üzərində qurulması bütövlükdə dövlətin möhkəmlənməsinə, cəmiyyətin rifahına və sosial ədalətin təmininə xidmət edir.
12 noyabr 2025-ci ildə Naxçıvanda Prezidentin yeni səlahiyyətli nümayəndəsini və bir sıra rayonların icra hakimiyyətlərinə təyin olunan başçıları qəbul edən dövlət başçısı çıxışında bu məsələlərə xüsusi diqqət yetirdi. Prezident İlham Əliyev qeyd etdi ki, bəzi hallarda məmurlar özlərini cəmiyyətdə düzgün apara bilmirlər, ifrat təkəbbürlülük göstərirlər, özlərini hamıdan üstün tutmağa çalışırlar və belə davranış nəticəsində həm öz nüfuzlarını itirir, həm də dövlətə və onun siyasətinə zərbə vururlar. Bu kimi hallar dövlət idarəçiliyində yolverilməzdir və belə davranışlar xalqın dövlətə olan etimadına xələl gətirir.
Dövlət başçısı eyni zamanda korrupsiya və rüşvətxorluq hallarına qarşı da sərt mövqeyini bir daha bəyan edərək vurğuladı ki, Azərbaycan ictimaiyyəti yaxşı bilir – əyri yola gedən hər bir məmur gec-tez qanun qarşısında cavab verir və bu proses heç bir istisna tanımır. Prezident İlham Əliyev qeyd etdi ki, bu gün də təəssüf ki, belə hallara rast gəlinir, lakin heç bir qanunsuz hərəkət nəticəsiz qalmayacaq – dövlət qanunun aliliyini təmin etməkdə və ədaləti bərqərar saxlamaqda qətiyyətlidir.
Yeni təyinat alan icra başçılarına və səlahiyyətli nümayəndəyə müraciət edən Prezident İlham Əliyev onların qarşısında aydın və prinsipial tələblər qoydu: “Sizin başlıca vəzifəniz xoşagəlməz hallara qarşı ciddi mübarizə aparmaq, kadr siyasətində etibarlı, peşəkar və mənəvi cəhətdən təmiz insanları seçmək, rəhbərlik edəcəyiniz bölgələrdə öz işinizlə mənim seçimimin düzgün olduğunu sübut etməkdir.”
Bu çağırış, əslində, ölkəmizdə məmur davranışının yeni etik modelini formalaşdırır. Artıq dövlət idarəçiliyində əsas meyar – xalqa xidmət etmək, dürüst və şəffaf fəaliyyət göstərmək, insan amilini hər şeydən üstün tutmaqdır. Prezident İlham Əliyev vurğuladı ki, məmur-vətəndaş münasibətlərinin sağlamlaşdırılması təkcə idarəetmənin səmərəliliyini artırmır, həm də dövlətin dayaqlarını möhkəmləndirir.
Dövlət başçısının siyasətində vətəndaş məmnunluğunun təmin edilməsi hər zaman prioritet olub və bu gün də dövlət strategiyasının mərkəzində dayanır. Hər bir islahat, qəbul edilən hər bir dövlət proqramı və ya yeni struktur qərarı vətəndaş rifahına xidmət edir. Prezident İlham Əliyev ölkəmizin bütün sahələrdə nümunəvi olması məqsədilə davamlı addımlar atır, dövlət qurumlarına konkret tapşırıqlar verir. Məhz bu istiqamətdə qəbul edilən Dövlət proqramları – sosial, iqtisadi, infrastruktur və idarəetmə sahələrində – Azərbaycanın hərtərəfli və dayanıqlı inkişafına mühüm töhfə verir. Prezident İlham Əliyevin vurğuladığı kimi, məmur xalqın xidmətçisidir. O, sadəcə vəzifə daşıyıcısı deyil, dövlətin və xalqın etimadını öz üzərində daşıyan şəxsdir. Bu baxımdan hər bir rəhbər təyin olunduğu bölgədə fəaliyyətini şəffaflıq, məsuliyyət və ədalət prinsipləri üzərində qurmalı, xalqa yaxın olmalı, onun problemlərini dinləməli və həll yolları tapmalıdır.
Son illərdə Azərbaycanda, o cümlədən Naxçıvan Muxtar Respublikasında həyata keçirilən kadr və struktur islahatları, idarəetmənin yenilənməsi bu siyasətin real nəticəsidir. Yeni təyinatlar dövlət idarəçiliyinin çevikliyini artırır, bölgələrdə sosial-iqtisadi proseslərə dinamizm gətirir və xalqın dövlətə olan etimadını möhkəmləndirir.
Beləliklə, Prezident İlham Əliyevin 12 noyabr 2025-ci il tarixli çıxışı bir daha göstərdi ki, Azərbaycanda dövlət siyasətinin mərkəzində insan amili dayanır. Hər bir dövlət qulluqçusunun vəzifəsi xalqa xidmət, dövlətə sədaqət və mənəvi saflıq nümunəsi göstərməkdir. Xalqa yaxın, məsuliyyətli və ədalətli məmur – müasir, güclü və etibarlı Azərbaycanın dayanıqlı inkişafının əsas dayağıdır.
Araz Hüseynov,
“Salyan Mənzil İstismar Təmir Tikinti İstehsalat Birliyi” MMC-nin rəisi, YAP fəalı
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:63
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 14 Noyabr 2025 17:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see236

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see210

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see206

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see206

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see192

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see175

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see163

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see159

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see152

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see152

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see150

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see149

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see148

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see148

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see147

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see142

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see141

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see140

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri