Icma.az
close
up
RU
Məmur, yoxsa biznesmen? ARB KANALININ BİNASININ SAHİBİ BARƏDƏ ELƏ İDDİALAR YAYILDI Kİ...

Məmur, yoxsa biznesmen? ARB KANALININ BİNASININ SAHİBİ BARƏDƏ ELƏ İDDİALAR YAYILDI Kİ...

Mia.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Prezidentin Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında xüsusi nümayəndəsinin müavini Səbuhi Mehdizadə uzun illər məmur olaraq çalışmasına baxmayaraq, adında qeyri-yaşayış binası olan biznes obyekti var.

Mia.az AzFakt.com-a istinadla xəbər verir ki, 5 mərtəbəli biznes obyekti Bakı şəhəri, Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsində yerləşir və hazırda həmin binadan ARB telekanalı studiya olaraq istifadə olunur.
Binanın reyster sənədi Səbuhi Knyaz oğlu Mehdizadənin adına Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən verilib. Sənəd 01100003-1-2605-001980/0619 kod nömrəsi ilə qeydiyyatdan keçib.

Sənəddə göstərilir ki, Səbuhi Mehdizadənin adına olan qeyri-yaşayış binası 0.0472 ha ərazidə yerləşir və ümumi sahəsi 1480.8 kvadratmetrdir.
Xatırladaq ki, Səbuhi Knyaz oğlu Mehdizadə Prezident İlham Əliyevin 15 iyul tarixli sərəncamı ilə Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyevin müavini vəzifəsinə təyin olunub.
Mediada yer alan məlumatlara görə, Səbuhi Mehdizadə bundan əvvəl sözü gedən Nümayəndəlikdə baş məsləhətçisi vəzifəsində çalışıb.

Səbuhi Mehdizadə Xüsusi nümayəndəlikdən öncə bir sıra önəmli dövlət vəzifələrində çalışıb.

O, Nümayəndəlikdə çalışmazdan əvvəl Kənd Təsərrüfatı nazirinin müşaviri, “Təmiz şəhər” ASC-nin İdarə Heyəti sədrinin müavini, İqtisadiyyat Nazirliyinin İstehlak Mallarının Ekspertizası Mərkəzinin direktoru, Azərbaycan Stolüstü Tennis Federasiyasının Baş katibi, “Azərbaycan Respublikasının Ağır Atletika Federasiyası” İctimai Birliyinin İdarə Heyətinin sədr müavini vəzifələrində çalışıb. Hazırda o, Azərbaycan Stolüstü Tennis Federasiyasının vitse-prezidentidir.
Bundan başqa Səbuhi Məmmədov “Hovers Group” MMC şirkətinin təsisçisilərindən biridir. 2011-ci ildə yaradılan bu çirkət isə on milyonlarla manat dəyəri olan tenderlərin qalibi olub.
“Hovers Group” MMC son olaraq yerli mətbuatda bir neçə gün əvvəl Naxçıvandan 12 milyonluq tender udması ilə gündəmə gəlib.

Həmin məlumatda bildirilir ki, Naxçıvan Muxtar Respublikasi Dövlət Su Ehtiyatlari Agentliyi tərəfindən 06.09.2024-cü il tarixində “Əlincəçaydan su götürən və Culfa rayonunun ərazisindəki Bənəniyar su anbarını qidalandıran kanalın yenidən qurulması”nın satınalınması ilə əlaqədar elan edilmiş açıq tender prosedurunda Bakı şəhəri, Nəcəfqulu Rəfiyev, 17 ünvanında qeydiyyatda olan “Hovers Group” Məhdud Məsuliyyətli Cəmiyyəti qalib elan olunmuş və həmin Cəmiyyətlə 12.430.027,54 manat məbləğində müvafiq satınalma müqaviləsinin bağlanması nəzərdə tutulur.

Məlumat Naxçıvan Muxtar Respublikasi Dövlət Su Ehtiyatlari Agentliyi tərəfindən dövlət satınalmalarının vahid internet portalına 14.11.2024-cü il tarixdə yerləşdirilib.
Dövlət qurumundan 12 milyon manatdan çox sifariş udan bu MMC-nin rəsmi veb saytında qeyd olunan məlumatlara görə HOVERS GROUP Məhdud Məsuliyyətli Cəmiyyəti 1 iyul 2011-ci ildə İlqar Zeynalov tərəfindən təsis edilib. Sürətlə inkişaf edən şirkət bərpa və tikinti, eləcə də dizayn layihələri xidmətlərinin həyata keçirilməsi ilə məşğul olur. Bir çox müxtəlif miqyaslı və mürəkkəb layihələrin arxasında “Hovers Group”un adı var.

Qeyd edilir ki, tikinti və bərpa işləri müasir tikinti texnologiyalarından və avadanlıqlarından istifadə edən yüksək ixtisaslı mütəxəssislər tərəfindən aparılır. Şirkət həmçinin Bakıda, “Hovers Beton” zavodunda hər növ markalı beton istehsalını, Metal zavodunda isə istənilən formalı metal tir istehsalını həyata keçirir və bu tikinti materiallarının lazımi istiqamətlərə çatdırılmasını təmin edir.

Dövlət satınalmalarının vahid internet portalından görünür ki, MMC son 5 ildə Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu ilə ümumi dəyəri 7 653 800 manat dəyəri olan 3 satınalma müaviləsi, Mənzil İnşaatı Dövlət Agentliyi “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə ümumi dəyəri 41 626 681 manat dəyəri olan 3 satınalma müaviləsi bağlayıb.

Bunlardan əlavə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin Tikilməkdə olan meliorasiya və irriqasiya obyektlərinin birləşmiş müdiriyyəti ilə ümumi dəyəri 2 552 433 manat dəyəri olan 2 satınalma müaviləsi, Gənclər və İdman Nazirliyi ilə Yevlax şəhərində Olimpiya İdman Kompleksinin tikintisi üzrə malların (işlərin və xidmətlərin) satın alınması üzrə 18.197.058,59 manat dəyəri olan 1 satınalma müaviləsi, Kənd Təsərrüfatı Nazirliyi ilə Qobustan rayon Cəngi ərazisində yararsız “Pestisid” dərman tullantılarının mövcud saxlanılma Poliqonunun təmiri üzrə 552.437,95 manat dəyəri olan 1 satınalma müaviləsi bağlanıb.
Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “HOVERS GROUP” (VÖEN: 1501843641) Məhdud Məsuliyyətli Cəmiyyətinin 01.07.2011-ci il tarixdə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 345 720.00 manat olan MMC-nin hüquqi ünvanının , BAKI ŞƏHƏRİ NƏSİMİ RAYONU, ABBAS SƏHHƏT, ev 73, qanuni təmsilçisi kimi isə Zeynalov İlqar Adıgözəl oğlu qeyd olunub.

Dövlət Vergi Xidmətinin reyestrində edilmiş dəyişiklikdə isə “Hovers Group” MMC-nin BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYONU, AZADLIQ PR., ev 114, mənzil 76 ünvanında Səbuhi Knyaz oğlu Mehdizadə tərəfindən təsis edildiyi göstərilir. O 2015-ci ilin fevralına qədər MMC-nin qanuni təmsilçisi olub. Ondan sonra MMC-yə müxttəlif vaxtlarda Hümbətov Cəmşid Ellər oğlu, Rəhimov Şəhriyar Kamal oğlu qanuni təmsilçilik edib.
Göründüyü kimi Səbuhi Mehdizadə bir sıra dövlət qurumlarında yüksək vəzifələrdə çalışıb. Təsisçisi olduğu “Hovers Group” MMC isə işlədiyi qurumlardan son beş ildə 70 milyon manata yaxın dövlət sifarişi alıb.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq(Mənbə: https://poliqon.info/arb-nin-5-mertebeli-studiya-binasi-hansi-memura-mexsusdur-fotofakt-567898-xeber.html

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:113
embedMənbə:https://mia.az
archiveBu xəbər 26 Noyabr 2024 12:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tramp Avropanı külək turbinlərindən imtina etməyə çağırıb

26 İyul 2025 09:00see191

Orxan yeni komandasında qolla debüt etdi

26 İyul 2025 11:06see142

Filip Ozobiç Turan Tovuz da EKSKLÜZİV

26 İyul 2025 10:23see133

Qəzzanı aclığa məhkum edən İsrailə qarşı qazan və tavalarla etirazlar başlayıb

26 İyul 2025 11:08see130

Nyu York birjasında təbii qaz bahalaşıb

26 İyul 2025 10:24see129

Ukrayna Stavropola hücum etdi

26 İyul 2025 10:29see129

Pokrovsk uğrunda şiddətli döyüşlər GEDİR

26 İyul 2025 10:10see129

Kamboca atəşkəs təklifini qəbul etdi

26 İyul 2025 10:55see127

Amerikalıların Trampın büdcə layihəsinə münasibəti ilə bağlı sorğu keçirilib

27 İyul 2025 08:13see125

Hazırda açıq ərazilərdə 100 dən çox yanğın aktivdir Serbiya DİN

27 İyul 2025 08:17see123

NATO Kalininqradı yer üzündən silməyi planlaşdırır Rusiya

26 İyul 2025 11:13see123

Rusiyanın hərbi sənaye müəssisələri müharibənin real təsirlərini hiss etməlidir Zelenski

26 İyul 2025 11:02see121

Azərbaycanın əməkdar məşqçisi vəfat edib KONKRET

27 İyul 2025 15:40see121

Diplomatiyamızın şərəfli səhifəsi

26 İyul 2025 10:55see119

Rusiya şovinizmi dünya sülhü üçün real təhlükədir Tənzilə Rüstəmxanlı yazır

26 İyul 2025 10:46see116

Laçında ağır qəza Ölənlər var

26 İyul 2025 21:39see116

Avropada genişmiqyaslı etirazlar aeroportların işini iflic edə bilər

26 İyul 2025 07:38see115

Azərbaycan İƏT ailəsinin fəal üzvüdür

26 İyul 2025 11:14see114

Böyük Britaniya Fələstini tanıya bilər

26 İyul 2025 07:35see112

“Ədalət”i səngərdə çıxarmışam 35 illik QƏZET

26 İyul 2025 11:13see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri