Icma.az
close
up
RU
“Məmurlar bu məsələyə ciddi yanaşmalıdırlar” Deputat “20 Yanvar”dakı mağazalardan DANIŞDI

“Məmurlar bu məsələyə ciddi yanaşmalıdırlar” Deputat “20 Yanvar”dakı mağazalardan DANIŞDI

Bizim media saytından alınan məlumata görə, Icma.az bildirir.

Bir müddətdir ki, “20 Yanvar” metrostansiyasının keçidlərindəki mağazalar fəaliyyətini dayandırıb.
Sözügedən ticarət obyektlərinin aqibəti həm sakinlərdə, həm də mağaza sahiblərində sual doğurur. Bir çoxları düşünür ki, insanların təhlükəsizliyinin təmin olunması, rahat hərəkətin nizamlanması üçün sözügedən ticarət obyektlərinin qapalı qalması daha məqsədəuyğundur.
Bəs belə olan halda, həmin mağaza sahibləri nə etməlidir? Onlara dövlət tərəfindən hər hansı yardım olunacaqmı? Mağazalar hara köçürüləcək?
Bizim.Media xəbər verir ki, məsələni şərh edən deputat Fazil Mustafa yenisabah.az-a bildirib ki, hər hansı ticarət obyektinin, müsəssisənin bağlanması olduqca təhlükəli və riskli məsələdir:
“Vətəndaş hansısa formada yaşamalıdır. Qanuni olaraq, əgər öz ticarət şəbəkəsini qurubsa, hansısa formada ümumi infranstruktura mane olmursa, niyə onun obyektini bağlasınlar? Mən bu obyekt bağlanılması məsələsinə daha ciddi yanaşmağın tərəfdarıyam. Hər bir Azərbaycan vətəndaşı, məmurlar sözügedən məsələdə bir az daha həssas davranmalıdır və prosesə ciddi yanaşmalıdır. Bu, vətəndaşın dolanışığı, yaşamı ilə bağlı bir məsələdir. Ailələrin çörəkpulu məsələsidir. Belə mövzularda “filan yer bağlandı”, “filan yer açıldı” demək bu qədər rahat olmamalıdır”.
Millət vəkili düşünür ki, bu cür məsələlər ölkəmizdə yoxsulluğu artıra bilər:
“Hesab edirəm ki, həm mülkiyyətin qorunması, həm də insan hüquqlarının tanınması baxımından daha gerçəkçi olmaq lazımdır. Yaxşı olar ki, normal addımlar atılsın. Çünki bütövlükdə yoxsullaşan öz vətəndaşımızdır. Belə olduqda, həmin kasıb vətəndaşların da ailəsinin problemlərini dövlətin öhdəsinə buraxmış oluruq və sosial yardıma ehtiyacı olur. Özünü dolandıran, yaşadan vətəndaşın sayının çox olmağı bizə lazımdır ki, işimiz daha da irəli getsin”.
Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:69
embedMənbə:https://bizim.media
archiveBu xəbər 25 Noyabr 2024 22:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see283

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see279

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see276

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see248

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see240

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see225

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see219

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see195

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see195

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see185

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see183

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see170

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see159

Fermada keçən uşaqlıq: Cəlilabadda dörd qardaş məktəb üzü görmür

30 Yanvar 2026 00:41see151

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see150

Məhəmmədəliyev: “Heyətdə 11 azərbaycanlının olması üçün uşaq futboluna investisiya qoymalıyıq”

30 Yanvar 2026 02:58see148

Hakan fidan: Müharibə davam edərsə, Türkiyə İsraillə ticarətə başlamayacaq

30 Yanvar 2026 02:27see144

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see140

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see139

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri