Icma.az
close
up
RU
Menu

Kəlbəcərin yüksəkliyində yenidən doğulan Zar BÖYÜK QAYIDIŞA SAYILI GÜNLƏR QALDI

Sahibkarlar AQTA dan narazıdır: Obyektlər arasında şəxsi maraqlara uyğun seçim edilərək qərar verilir

ABŞ də atışmada ikisi polis olmaqla bir neçə insan güllələnib

Tramp açıqladı: Ancaq bu hada Putinlə görüşərəm

İran Səhiyyə Nazirliyi: ABŞ ın son hücumlarında 18 nəfər ölüb, 142 yaralı var

PR nədir? Sadəcə tanıtım, yoxsa təşkilatla insanlar arasında etimad körpüsü?

Uşağın evdə ayaqyalın gəzməsi xəstəlik yaradır? Pediatrdan valideynlərə CAVAB

İsveçrə Azərbaycandan neft tədarükünü artırıb

“Sabah” BOS da oynaya bilər? klub rəsmisindən açıqlama

Sümüklərinizi səssiz təhlükədən qoruyun! Densitometriya müayinəsi ilə osteoporozu vaxtında aşkarlayın

“Bu həm də Azərbaycan səhiyyəsinin keyfiyyətinə qoyulan investisiyadır”

Mərkəzi Gömrük Hospitalında Onlayn Şəxsi Kabinetdən istifadə üçün video bələdçini təqdim edirik

Həddindən artıq isti hava 33 xəstəliyə səbəb olur

Deputat: Azərbaycanın səhiyyə sistemi islahatların yeni mərhələsinə qədəm qoyur

Qubadlıya hələ köç olmayıb, amma Bakıdakı məktəbləri bağlanır ETİRAZ

“Ümid edirəm ki, yaxşı nəticə əldə edəcəyik” Mikels

ATƏT PA TÜRKPA nın bundan sonrakı fəaliyyətini dəstəkləyəcək

Mərkəzi Gömrük Hospitalında göz sağlamlığının qorunması üçün hərtərəfli oftalmoloji xidmətlər göstərilir

Bolqarıstan: Aİ nin genişlənməsi geosiyasi proses olmamalıdır

Gənc istedadlara həsr olunmuş musiqi festival keçiriləcək

Məmurlar işini itirir, yoxsa bazar dəyişir?

Məmurlar işini itirir, yoxsa bazar dəyişir?

Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycanda əmək bazarında diqqətçəkən dəyişiklik müşahidə olunur. Dövlət Statistika Komitəsinin son məlumatına görə, 2026-cı il aprelin 1-i vəziyyətinə muzdla çalışan işçilərin sayı 1 milyon 797,6 min nəfərə çatıb. Maraqlıdır ki, ümumi artım fonunda dövlət sektorunda çalışanların sayı azalıb, özəl sektorda isə ciddi artım qeydə alınıb.

Bakıvaxtı.az-ın xəbərinə görə, rəsmi statistikaya əsasən, mart ayı ilə müqayisədə dövlət sektorunda çalışanların sayı 1,1 min nəfər azalaraq 869,5 min nəfərə düşüb. Eyni dövrdə qeyri-dövlət sektorunda çalışanların sayı isə 14,7 min nəfər artaraq 928,1 min nəfərə yüksəlib.

Bu rəqəmlər təsadüfi dinamika deyil. Əksinə, son illər Azərbaycanda müşahidə olunan iqtisadi transformasiyanın əmək bazarına təsirinin göstəricisi hesab olunur.

Ekspertlər hesab edirlər ki, dövlət sektorunda çalışanların sayının azalmasının bir neçə əsas səbəbi mövcuddur. Birinci səbəb dövlət idarəçiliyində optimallaşdırma prosesidir. Son illər bir sıra dövlət qurumlarında struktur islahatları aparılır, paralel funksiyalar ləğv edilir, bəzi şöbələr birləşdirilir. Elektron xidmətlərin genişlənməsi də insan resurslarına olan ehtiyacı azaldır. Əvvəllər bir neçə əməkdaşın gördüyü işi artıq rəqəmsal platformalar yerinə yetirir.

İkinci mühüm amil pensiya yaşına çatan əməkdaşların sistemdən ayrılmasıdır. Bir çox hallarda vakant yerlər əvvəlki kimi tam həcmdə doldurulmur. Dövlət xərclərinin optimallaşdırılması siyasəti çərçivəsində bəzi sahələrdə yeni işçi qəbuluna məhdudiyyətlər tətbiq olunur.

Digər tərəfdən, müəyyən dövlət müəssisələrinin publik hüquqi şəxs və ya kommersiya modelinə keçməsi də statistik mənzərəni dəyişir. Belə hallarda işçilər formal olaraq artıq dövlət sektorunda deyil, qeyri-dövlət və ya yarımmüstəqil strukturlarda görünürlər.

Mövzu ilə bağlı sosioloq Üzeyir Şəfiyev “Yeni Müsavat”a açıqlamasında bildirib ki, əmək bazarı dinamik sahədir və hər il bu bazara təxminən 100-110 min yeni işçi qüvvəsi daxil olur: “Statistikaya baxdıqda görürük ki, ildə orta hesabla 80-90 min yeni iş yeri yaradılır və həmin iş yerlərinin təxminən 80 faizi Bakı-Abşeron ərazisinin payına düşür.

Sizin də qeyd etdiyiniz kimi, statistikadakı dəyişikliklər əsasən optimallaşdırma prosesi ilə bağlıdır. Hazırda bir sıra idarə və müəssisələrdə islahatlar aparılır, bəzi qurumlar birləşdirilir, müəyyən ixtisarlar həyata keçirilir, eyni zamanda yeni fəaliyyət sahələri yaranır. Bütün bunlar əmək bazarında artım və azalmalar şəklində statistikada özünü göstərir. Bu isə əmək bazarı üçün gözlənilən və proqnozlaşdırılan vəziyyət hesab olunur.

Hesab edirəm ki, əsas diqqət əmək bazarının regionlar üzrə şaxələndirilməsinə yönəlməlidir. İş yerləri yalnız Bakı-Abşeronda deyil, region və rayonlarda da yaradılmalıdır. Bölgələrdə müxtəlif sahələr üzrə yeni iş imkanlarının açılması vacibdir ki, regionlardan paytaxta axının qarşısı alınsın. Hətta bəzi hallarda regionlarda əməkhaqqı sistemi paytaxtla müqayisədə daha motivasiyaedici olmalıdır.

Bu baxımdan bölgələrdə turizmin inkişafı, yeni iş sahələrinin açılması, xüsusilə də gənclərin maraq və psixologiyasına uyğun fəaliyyət istiqamətlərinin yaradılması vacibdir. Əks halda, paytaxtın yüklənməsi artır və bu da sosial təminat, xidmət sektoru və infrastruktur sahəsində əlavə problemlər yaradır".

Sosioloq bildirir ki, əmək bazarının diversifikasiyasına, iş yerlərinin bölgələr üzrə daha balanslı paylaşdırılmasına ehtiyac var: “Eyni zamanda optimallaşdırma və ixtisarlar zamanı işini itirən insanların regionlarda və ya digər sahələrdə məşğulluğunun təmin edilməsi üçün alternativ layihələr hazırlanmalıdır. Bu, həm sosial baxımdan dəstək olar, həm də mövcud işçi qüvvəsinin itirilməsinin qarşısını alaraq onların potensialından düzgün istifadə edilməsinə xidmət edər”.

İqtisadçı ekspert Akif Nəsirli deyir ki, Azərbaycanda muzdla çalışan işçilərin sayında aylar üzrə artım və azalma əsasən iqtisadi fəallıq, mövsümi işlər, dövlət və özəl sektorun işçi siyasəti ilə bağlı olur. Bəzi aylarda yeni layihələrin başlanması, tikinti, xidmət, kənd təsərrüfatı və turizm sahələrində işlərin canlanması əlavə işçi qüvvəsinə ehtiyac yaradır. Bu zaman xüsusilə özəl sektorda yeni iş yerləri açılır və çalışanların sayı artır: “Özəl sektorda çalışanların sayının artması ölkədə sahibkarlığın və biznes fəaliyyətinin genişlənməsi ilə əlaqədardır. Yeni şirkətlərin açılması, investisiyaların artması və xidmət sektorunun inkişafı daha çox insanın işlə təmin olunmasına səbəb olur. Eyni zamanda bəzi iş yerlərinin qeyri-rəsmi fəaliyyətdən rəsmi əmək münasibətlərinə keçirilməsi də statistik göstəricilərdə artım yaradır.

Dövlət sektorunda çalışanların sayının azalması isə adətən optimallaşdırma, struktur dəyişiklikləri və bəzi dövlət qurumlarında ixtisarlarla bağlı olur. Dövlət xərclərinin azaldılması və idarəetmənin daha səmərəli qurulması məqsədilə bəzi sahələrdə işçi sayı azaldıla bilər. Bununla yanaşı, bəzi əməkdaşların özəl sektora keçməsi də dövlət sektorundakı azalmanın səbəblərindən biridir".

A.Nəsirlinin sözlərinə görə, mövsümi amillər də mühüm rol oynayır: “Yaz və yay aylarında kənd təsərrüfatı, tikinti və turizm sahələrində işçi tələbatı artır. Payız və qış aylarında isə bəzi müvəqqəti işlərin başa çatması səbəbindən çalışanların sayında azalma müşahidə oluna bilər.

İqtisadi vəziyyət də əmək bazarına birbaşa təsir göstərir. Ölkədə iqtisadi artım olduqda müəssisələr fəaliyyətlərini genişləndirir və yeni işçilər qəbul edir. Əksinə, iqtisadi çətinliklər zamanı bəzi şirkətlər xərcləri azaltmaq üçün işçi sayını azalda bilər.

Bundan əlavə, minimum əməkhaqqının artırılması, sosial layihələrin həyata keçirilməsi və əmək münasibətlərinin leqallaşdırılması da rəsmi çalışanların sayının artmasına təsir edən amillərdəndir. Bu tədbirlər insanların rəsmi əmək müqaviləsi ilə işləməsinə marağı artırır və nəticədə statistik göstəricilərdə yüksəliş müşahidə olunur".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:112
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 20 May 2026 08:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kəlbəcərin yüksəkliyində yenidən doğulan Zar BÖYÜK QAYIDIŞA SAYILI GÜNLƏR QALDI

03 Sentyabr 2026 12:02see395

Sahibkarlar AQTA dan narazıdır: Obyektlər arasında şəxsi maraqlara uyğun seçim edilərək qərar verilir

03 Sentyabr 2026 10:01see311

ABŞ də atışmada ikisi polis olmaqla bir neçə insan güllələnib

03 Sentyabr 2026 02:50see263

Tramp açıqladı: Ancaq bu hada Putinlə görüşərəm

03 Sentyabr 2026 03:24see242

İran Səhiyyə Nazirliyi: ABŞ ın son hücumlarında 18 nəfər ölüb, 142 yaralı var

03 Sentyabr 2026 11:11see235

PR nədir? Sadəcə tanıtım, yoxsa təşkilatla insanlar arasında etimad körpüsü?

03 Sentyabr 2026 10:37see234

Uşağın evdə ayaqyalın gəzməsi xəstəlik yaradır? Pediatrdan valideynlərə CAVAB

03 Sentyabr 2026 16:13see232

İsveçrə Azərbaycandan neft tədarükünü artırıb

03 Sentyabr 2026 14:49see229

“Sabah” BOS da oynaya bilər? klub rəsmisindən açıqlama

03 Sentyabr 2026 02:12see227

Sümüklərinizi səssiz təhlükədən qoruyun! Densitometriya müayinəsi ilə osteoporozu vaxtında aşkarlayın

03 Sentyabr 2026 14:03see226

“Bu həm də Azərbaycan səhiyyəsinin keyfiyyətinə qoyulan investisiyadır”

03 Sentyabr 2026 13:47see223

Mərkəzi Gömrük Hospitalında Onlayn Şəxsi Kabinetdən istifadə üçün video bələdçini təqdim edirik

03 Sentyabr 2026 15:18see220

Həddindən artıq isti hava 33 xəstəliyə səbəb olur

03 Sentyabr 2026 12:32see218

Deputat: Azərbaycanın səhiyyə sistemi islahatların yeni mərhələsinə qədəm qoyur

03 Sentyabr 2026 18:50see207

Qubadlıya hələ köç olmayıb, amma Bakıdakı məktəbləri bağlanır ETİRAZ

04 Sentyabr 2026 13:42see207

“Ümid edirəm ki, yaxşı nəticə əldə edəcəyik” Mikels

04 Sentyabr 2026 01:56see202

ATƏT PA TÜRKPA nın bundan sonrakı fəaliyyətini dəstəkləyəcək

03 Sentyabr 2026 19:21see195

Mərkəzi Gömrük Hospitalında göz sağlamlığının qorunması üçün hərtərəfli oftalmoloji xidmətlər göstərilir

03 Sentyabr 2026 15:18see178

Bolqarıstan: Aİ nin genişlənməsi geosiyasi proses olmamalıdır

03 Sentyabr 2026 19:19see177

Gənc istedadlara həsr olunmuş musiqi festival keçiriləcək

03 Sentyabr 2026 13:22see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri