Icma.az
close
up
RU
Məmurlar şikayət etdi, İsayevlər 1 milyon manatı ödəyəcək

Məmurlar şikayət etdi, İsayevlər 1 milyon manatı ödəyəcək

Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Messenat Holdinq”ə məxsus “Bəhramtəpə-Çınqıl” ASC-nin icraçı direktoru vəzifəsində çalışarkən qanunsuz sahibkarlıqda, vergiləri, işsizlikdən sığortanı, icbari tibbi sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınmada, işlərin yerinə yetirilməsi zamanı ətraf mühitin mühafizəsi (qorunması) qaydalarını pozmada, habelə vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunan Ağamalı İsayevin cinayət təqibinə xitam verilməsi və cinayət məsuliyyətindən azad edilməsi barədə İmişli Rayon Məhkəməsinin qərarından dövlət ittihamçı tərəfindən verilmiş apellyasiya protestinə baxılıb.

Bakıvaxtı.az-ın Teleqraf-a istinadən məlumatına görə, apellyasiya məhkəməsində keçirilən prosesdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin İdarə Heyətinin sədri Samir İdayətov tərəfindən verilmiş apellyasiya şikayətinə, o cümlədən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinin rəisi Ərəb Aslanov tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxılaraq, cinayət kollegiyası qərar verib.

Qərara əsasən, verilmiş apellyasiya şikayətləri qismən təmin edilib. İmişli Rayon Məhkəməsinin 12 iyun 2025-ci il tarixli qərarı dəyişdirilib və Ağamalı İsayevdən dəymiş maddi ziyana görə 818.636 manat alınaraq Ekologiya və Təbii Sərvərlər Nazirliyinin Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin hesabına, həmçinin vergi borcuna görə 113.941,47 manat alınaraq İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinin hesabına ödəniləcək.

Qeyd edək ki, A.İsayevin rəhbəri olduğu şirkət İmişli rayonunun Xubyarlı kəndi ərazisində 5 il vahid qəsdlə qum-çınqıl hasilatı ilə bağlı qanunsuz fəaliyyət göstərib. Ağamalı İsayev habelə dağ-mədən obyektinin istismarı zamanı qanunvericiliyin tələblərini pozaraq hidrotexniki gilsovuran qurğunun istifadəsinin qadağan edilməsinə baxmayaraq, yataq ərazisində 1 623 600 manat dəyərində 295 200 kub metr həcmində qum çıxarıb dövlətə və təbiətə xüsusilə külli miqdarda ziyan vurub.

Bu əməllər nəticəsində, həmin ərazidə uzunluğu 240 metr, eni 123 metr, orta dərinliyi 10 metr olan gölün yaranmasına səbəb olmaqla torpaq sahələrinin geniş miqyasda çökməsi, infrastruktur və yaşayış sahələrinin dağılmasına təhlükə yaratmaqla təbiətə və ətraf mühitə mühüm zərər vurub. Bundan başqa, o, külli miqdarda vergiləri dövlət büdcəsinə ödəməkdən qəsdən yayınıb.

Qeyd edək ki, mətbuatda yayılan məlumatlarda “Messenat Holding”in rəhbəri kimi “Titanik Tofiq” kimi tanınan iş adamı Tofiq İsayevdir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:169
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 08 Yanvar 2026 14:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see317

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see308

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see303

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see276

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see259

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see241

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see238

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see225

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see221

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see219

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see218

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see215

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see209

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see205

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see194

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see194

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see192

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see192

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see176

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri