Icma.az
close
up
RU
Məmurlara telefon çırpan xanım həkimdən ŞOK şikayətlər FOTOFAKT

Məmurlara telefon çırpan xanım həkimdən ŞOK şikayətlər FOTOFAKT

Icma.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Laser Beauty Estetik Klinikası” MMC-nin baş həkimi Rəna Soltanova haqda çoxsaylı şikayətlər var. Şikayətlər isə vaxtı ilə onun pasiyenti olmuş şəxslərdəndir. 
Bizim.Media “musavat.com”a istinadən xəbər verir ki, uzun müddət reklamlarla gündəmə gələn Rəna Soltanova klinikasının bağlanması ilə də qalmaqal yaratdı. 
Belə ki, o və klinikanın rəhbəri Yeganə Cəfərova yoxlamaya gələn məmurları yuxarılara şikayət edəcəkləri ilə hədələyiblər. Həm də məmurlara telefon çırpıblar. Bu məlumat yanvarın 24-də verilən rəsmi açıqlamada yer alır. 
Adıçəkilən klinikada yoxlamanı Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin yoxlayıcı-mütəxəssisləri həyata keçirib. 

Yoxlama nəticəsində məlum olub ki, müəssisədə istifadə edilən tibbi avadanlıqların normativ-texniki tələblərə uyğunluğu barədə təsdiqedici sənədlər yoxlamaya natamam təqdim edilib. Stomatoloji otaqda sanitar-epidemioloji tələblərə dair qaydalara riayət etmədən, “cərrahi-stomatoloji”, “rentgenoloji”, “diş texniki” işlərinin həyata keçirilməsi üçün şəraitin yaradılması faktı aşkar edilib. 
Həmçinin müəssisədə 30 nəfərdən çox sertifikasiyadan keçmədən praktik özəl tibbi fəaliyyəti ilə məşğul olma faktları aşkarlanıb. Müəssisədə lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsi də müəyyən olunub. 
Bu qədər ciddi nöqsanlar aşkar edilsə də, maraqlıdır ki, klinika fəaliyyətini davam etdirir. Klinikadan Musavat.com-a bildirilib ki, fəaliyyətlərinin davam etməsində heç bir problem yoxdur. 
Həkim Rəna Soltanova da öz sosial şəbəkə hesablarında fəaliyyətini davam etdirdiyini nümayiş etdirib. O, pasiyentlərinə xidmət göstərməsini əks etdirən foto və videogörüntüləri paylaşıb. Rəna Soltanova onun barəsində yayılan məlumatlara da söz atıb. 
“Bir azdan deyəcəklər ki, Rəna həkim ürək əməliyyatı edib. Nəticədə iki nəfər ürəksiz qalıb” - deyə R.Soltanova ismarışında qeyd edib. 
Klinikanın bağlanacağı xəbərləri yayıldıqdan sonar Rəna Soltanovadan çoxsaylı şikayətlər üzə çıxıb. 
R.Soltanovanın qurbanlarından biri olan Zülfiyyə adlı xanım bu günə qədər 6 əməliyyat keçirib. O, Rəna Soltanovanın qəbulunda olan zaman ayaqlarına dolğu vurdurub. Bir müddət sonra isə ayaqlarında ciddi fəsadlar yaranıb. Xanım qeyd edib ki, bu günə qədər 6 əməliyyat keçirsə də, normal həyata qayıda bilmir. 
Maraqlıdır ki, Səhiyyə Nazirliyinin bu qədər nöqsanlar aşkar etdiyi, həkimindən bu qədər şikayətlər olan klinika fəaliyyətini necə davam etdirir? Ola bilər ki, Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin yaydığı rəsmi xəbərin içində yazıldığı kimi Rəna Soltanova və klinikanın rəhbəri “yuxarılara sizdən şikayət edərik” sözlərini reallığa çevirib… 
Həkim RənaSoltanovadan daxil olan digər şikayətləri təqdim edirik: 








Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://bizim.media
archiveBu xəbər 27 Yanvar 2025 14:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see203

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see195

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see173

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see165

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see155

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see154

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see153

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see151

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see150

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see139

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see135

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see128

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see128

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri