Icma.az
close
up
RU
Məmurların adından istifadə edən dələduzlar saxlanıldı ADLAR

Məmurların adından istifadə edən dələduzlar saxlanıldı ADLAR

Icma.az, Modern.az saytına istinadən bildirir.

Daxili İşlər Nazirliyinin (DİN) Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi (KMBİ) hüquq-mühafizə orqanlarının əməkdaşları və dövlət qulluqçularının adından istifadə edilməklə törədilən kiberdələduzluq hallarına qarşı əməliyyat keçirib.

Modern.az xəbər verir ki, DİN-in yaydığı məlumata görə, saxta sosial şəbəkə profilləri və “WhatsApp” hesabları vasitəsilə törədilən çoxsaylı kiberdələduzluq faktları ilə bağlı keçirilən əməliyyat nəticəsində Fərid Əliyev, Asiman Zeynalov, Tofiq Əliyev, Fərid Atakişiyev, Röyal Abdullayev, Anar Məmmədov, Rəşad Hacıyev və Həmid Əliyev saxlanılıblar.

Onların ölkə hüdudlarından kənarda fəaliyyət göstərən kibercinayətkar qruplaşmalarla əlbir olmaqda şübhəli bilindiyi qeyd olunub.

Araşdırmalar zamanı müəyyən edilib ki, saxlanılan şəxslər xaricdə fəaliyyət göstərən kibercinayətkar qruplaşmaların üzvlərini yerli mobil operatorlara məxsus elektron nömrələr, bank kartları və digər məlumatlarla təmin ediblər. Onlayn satışı təşkil edilən həmin mobil nömrə və bank kartlarından kibercinayətlərin törədilməsində istifadə olunduğu müəyyənləşdirilib.

Əməliyyat zamanı saxlanılan şəxslərin qanunsuz yolla əldə etdikləri 2 mindən artıq bank kartı və elektron mobil nömrənin cinayət əməllərində istifadə üçün yönləndirildiyi aşkarlanıb. Həmin kart və mobil nömrələrin bir hissəsindən qanunsuz onlayn qumar və kazino oyunlarının təşkili zamanı da istifadə edildiyi məlum olub.

Hazırda saxlanılan şəxslərlə bağlı əməliyyat-istintaq və əməliyyat-texniki tədbirlər davam etdirilir. Xarici ölkələrdə fəaliyyət göstərən kibercinayətkar qruplaşmaların digər iştirakçılarının müəyyən edilərək məsuliyyətə cəlb olunması istiqamətində tədbirlər görülür.

DİN vətəndaşlara bank rekvizitlərini və mobil nömrələrini üçüncü şəxslərə təqdim etməmələri barədə xəbərdarlıq edib. Vətəndaşlara bank hesablarına mənbəyi şübhəli pul vəsaitləri köçürüldükdə, mobil nömrələrinə şübhəli SMS-lər daxil olduqda və ya ödəniş müqabilində bank kartı məlumatlarını təqdim etmək təklif edildikdə dərhal polis orqanlarına məlumat vermələri tövsiyə olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://modern.az
archiveBu xəbər 17 Avqust 2026 14:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see324

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see321

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see314

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see282

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see277

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see269

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see264

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see260

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see258

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see251

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see232

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see231

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see230

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see228

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see225

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see222

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see220

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see217

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see213

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see210
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri