Icma.az
close
up
RU
Menu

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

Marsda “kartof çipsi” dalğaları tapıldı

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

Bakıda 28 istiqamətdə sıxlıq var

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

Məmurlarla ekspertlər üz üzə: ölkədə kasıb yoxdur? Aydınlıq gətirildi

Məmurlarla ekspertlər üz üzə: ölkədə kasıb yoxdur? Aydınlıq gətirildi

GlobalInfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Əksər hallarda məmurlar ölkədə kasıblığın olduğunu iddia edən müstəqil ekspertlərə qarşı əks-arqument kimi avtomobil və mənzil alışını, insanların əyləncəyə, xarici səfərlərə və geyimə artan dinamika ilə pul xərcləməsini göstərirlər. Bu isə ciddi müzakirələrə səbəb olur.

Bir ölkədə əhalinin sosial durumunun bu cür qiymətləndirilməsi nə dərəcədə obyektiv və peşəkardır?

Globalinfo.az-a danışan iqtisadçı Natiq Cəfərli deyib ki, bu yanaşma obyektiv deyil, həddindən artıq subyektivdir.

Onun sözlərinə görə, cəmiyyətdə ağ-qara mənzərə formalaşdırılır:

“Bəziləri həddindən artıq kasıblıq olduğunu deyirlər, iqtidar nümayəndələri isə əksinə, insanların yaxşı dolandığını göstərməyə çalışır. Halbuki sosial vəziyyət bu şəkildə ölçülmür. Bu, elmi əsaslandırılmış sorğular, iqtisadi və makroiqtisadi göstəricilər üzərindən qiymətləndirilməlidir. Azərbaycanda real gəlirlərin artım sürətinə baxmaq lazımdır. Bu göstərici son dövrlər ciddi şəkildə zəifləyib. İnsanların real gəlirləri ya artmır, ya da çox cüzi artır. İnflyasiya yüksəkdir, qiymətlərin artımı və prosesin tempi sürətlidir. Azərbaycanda median maaş təxminən 600 manat civarındadır. Burada söhbət orta aylıq əməkhaqqından deyil, median maaşdan gedir. Yəni əməkhaqqı ilə çalışanların yarısı 600 manata qədər maaş alır. Bu cür göstəricilər daha elmi və daha tutarlıdır”.

Natiq Cəfərli

İqtisadçı bildirib ki, restoranları nəzərdən keçirməklə düzgün nəticə çıxarmaq mümkün deyil:

“Neçə restoran var, neçə masa var və həmin masalarda maksimum neçə nəfər əyləşə bilər? Bu, Bakı əhalisinin neçə faizini təşkil edir? Azərbaycanda 1000 nəfərə düşən avtomobil sayı Gürcüstan və Ermənistandan azdır. Vizual baxışda Bakıda avtomobillərin çoxluğu diqqət çəkir, amma beynəlxalq statistikada əsas meyar 1000 nəfərə düşən avtomobil sayıdır və bu göstərici üzrə Azərbaycan Gürcüstandan demək olar ki, iki dəfə geri qalır. Bütün bu parametrlər baxış bucağından asılıdır. İqtidar və müxalif yönümlü şəxslər fərqli istiqamətlərə diqqət edir. Halbuki ortaq məxrəcə gəlmək üçün müzakirə aparılmalıdır. Bu, təbliğat xarakterli deyil, elmi əsaslara söykənən mübahisəyə çevrilməli, insanların kasıblaşması ciddi şəkildə araşdırılmalıdır”.

N.Cəfərlinin fikrincə, kasıblığın ən vacib göstəricilərindən biri insanların ərzağa xərclədiyi vəsaitdir:

“Rəsmi statistikaya görə, Azərbaycanda vətəndaş xərclədiyi hər 100 manatın 51 manatını ərzağa verir. Bu, dünya ortalamasından xeyli yüksəkdir. Dünya üzrə orta göstərici 20-25 faiz civarındadır, inkişaf etmiş ölkələrdə isə bu rəqəm 20 faizə qədərdir. Azərbaycanda isə 51 faizdir və bu, kasıblığın açıq göstəricisidir”.

Zaira Akifqızı
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:189
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 06 Fevral 2026 17:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see738

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see591

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see305

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see302

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see294

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see293

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see281

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see271

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see256

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

25 Noyabr 2026 22:36see254

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see251

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see248

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see248

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

25 Noyabr 2026 18:36see246

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see244

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

25 Noyabr 2026 22:56see228

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see222

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see214

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see209

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri