Icma.az
close
up
RU
Məmurun uçuşu : Həsənov o vəzifəlilərin siyahısını yaydı Vəkildən reaksiya

Məmurun uçuşu : Həsənov o vəzifəlilərin siyahısını yaydı Vəkildən reaksiya

Icma.az bildirir, GlobalInfo portalına istinadən.

Hüquqşünas Əkrəm Həsənov dövlət məmurlarının xarici səfərlərdə biznes-klassdan istifadə etdiyini yazıb və bunun büdcəyə ciddi maliyyə yükü olduğunu vurğulayıb. O bildirib ki, Nazirlər Kabinetinin 25 yanvar 2008-ci il tarixli 14 saylı “Ezamiyyə xərclərinin normaları haqqında” Qərarına əsasən, biznes-klassla uçmaq hüququ aşağıdakı şəxslərə tanınır:

Baş nazir və onun müavinləri;

Deputatlar;

Nazirlər (komitə) və onların müavinləri;

Dövlət agentliklərinin və dövlət xidmətlərinin rəhbərləri;

Konstitusiya Məhkəməsinin hakimləri;

Ali Məhkəmənin sədri və onun müavini;

Milli Məclisin, Konstitusiya Məhkəməsinin, Ali Məhkəmənin, Nazirlər Kabinetinin Aparat rəhbərləri;

Hesablama Palatasının sədri və auditorları;

Mərkəzi Seçki Komissiyasının, Audiovizual Şuranın, apellyasiya məhkəmələrinin sədrləri;

Milli Elmlər Akademiyasının prezidenti;

Ombudsman;

Baş prokuror və onun müavinləri;

Bakı Şəhər İcra Hakimiyyəti başçısı;

Fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsi olan xüsusi tapşırıqlar üzrə səfirlər, diplomatik nümayəndəliklərinin rəhbərləri və baş konsullar, Prezident tərəfindən yaradılmış hökumətlərarası komissiyaların üzvləri.

Ə.Həsənov iddia edir ki, məmurların əksəriyyəti biznes-klassdan istifadə edirlər. Əlavə edib ki, əgər ekonom-klassla uçsalar, dövlət büdcəsində milyonlarla manata qənaət etmək mümkün olar.

Azərbaycan qanunverciliyində hansı kateqoriyalı məmurlara biznes-klassda uçmaq üçün bilet alınır? Məmura biznes sinfində uçmaq qadağandırmı? Ya da öz hesabına alarsa, bu, araşdırma mövzusu ola bilərmi?

Globalinfo.az-a danışan vəkil Mehman Muradlı deyib ki, Əkrəm Həsənovun bu statistikanı hansı mənbədən götürdüyü məlum deyil və bu barədə konkret məlumat yoxdur:

“Bildirir ki, məmurlar kütləvi şəkildə biznes-klassla uçurlar. Lakin bu iddianın nə dərəcədə əsaslı olduğu aydın deyil. Açığı, anlaşılmır ki, Əkrəm Həsənov bu məlumatları hansı əsasla irəli sürür, onda bu məlumatlar hardandır. Çünki real müşahidələr tam fərqli mənzərə ortaya qoyur. Məsələn, mən özüm də zaman-zaman uçuşlar həyata keçirirəm və tez-tez görürəm ki, bir çox məmur ekonom-klassda uçur”.

Vəkil bildirib ki, biznes-klassda uçuşla bağlı hər hansı xüsusi məhdudiyyət yoxdur:

“Nəzərə almaq lazımdır ki, məmurların uçuşları əksər hallarda ani və təcili xarakter daşıyır. Belə hallarda ekonom-klassda bilet tapmaq çətinləşir. Nəticədə boş yerlərin daha çox olduğu biznes-klassdan bilet almağa məcbur qalırlar. Bu baxımdan, məmurların biznes-klassla uçmasını ümumiləşdirərək statistik göstərici kimi təqdim etmək doğru yanaşma deyil”.

Zaira Akifqızı
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:85
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 28 Yanvar 2026 01:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see306

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see274

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see232

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see229

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see211

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see206

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see191

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see182

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see167

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see165

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see161

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see156

Əhali kreditlərini sığortalamağa niyə maraq göstərmir?

26 Yanvar 2026 12:56see156

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see155

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see154

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see154

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see154

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see148

Bakıda erməni dili kursu BÖYÜK MARAQ VAR

26 Yanvar 2026 09:40see148

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri