Mən ailəmlə çox xoşbəxtəm Səidə Dadaşovadan xalasının iddialarına CAVAB YENİLƏNİB
Lent az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Mərhum sənətkar Rafael Dadaşovun qızı müğənni Səidə Dadaşova xalası Brilliant Dadaşovanın efirdə səsləndirdiyi fikirlərə münasibət bildirib.
Lent.az xəbər verir ki, müğənni bu barədə sosial şəbəkə hesabında paylaşım edib:
“Atam dünyasını dəyişəndən sonra elə bilirdim ki, arxamda heç kim qalmayıb. Amma bu gün sosial şəbəkələrdə gördüklərim mənə bunun əksini sübut etdi. Təşəkkür edirəm, Brilliant xanım (xalam) – mənə görə narahat oldunuz. Amma mən ailəmlə, həyat yoldaşım Maqa və övladım Rafael ilə çox xoşbəxtəm. Çox sağ olun.”
***
Xalq artisti Brilliant Dadaşovanın bacısı qızı, mərhum sənətkar Rafel Dadaşovanın qızı, müğənni Səidə Dadaşova barəsində dedikləri gündəm oldu.
Səidə Dadşova xalasının onun barəsində söylədikləri ilə bağlı geniş açıqlama hazırlayır.
Bu barədə müğənni özü Lent.az-a bildirib.
Səidə Dadaşova xalasının onun, daha doğrusu həyat yoldaşı Məhəmməd Şamilovun barəsində dediklərinə dair qısaca fikir bildirmək istəmədi. Bu hadisə ilə bağlı nə təsdiq, nə də inkar formasında cavab verməyə tələsmədi. O, birazdan bu mövzuda geniş açıqlama verəcəyini bildirib.
Xatırladaq ki, Xalq artisti Brilliant Dadaşova Səidə Dadaşovanın əri tərəfindən zorakılığa məruz qaldığını bildirib. "Səidə o qədər düzgün, yaxşı qızdır ki... Səidə efirdə deyir ki, anam mənim evimə gəlmir, uşağımı görmək istəmir. Anası Səidəyə zəng vurub deyib ki, sənə bujiteriya almışam. Əri də zən edərək, "Əgər bizə gəlsən sənin ayaqlarını qıraram", deyib. Bu söhbətdən sonra anan sənin evinə necə gəlsin?
Məsələ əndazədən çıxdığına görə bunları açıqlayıram. Səidə indi ağlayır, gözyaşlarının səbəbi odur ki, ərim dediyi adam 2 ay əvvəl onun qabırğalarını sındırıb. Səidə də atasının 50 illik dostuna zəng edib ki, 102-yə zəng etdim, gəldi yenə məni döydü, məni bunun əlindən alan yoxdur. Səidə məcbur qalıb deyib ki, stuldan yıxılmışam.
Əgər Səidənin başından bir tük əskik olsa, səs yazıları əlimdədir, onu öyrədib televiziya çıxarıb, Dadaşovların adını hallandırsanız, mən hökumətimizə ərizə yazacağam" deyə Brilliant Dadaşova qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:49
Bu xəbər 07 Noyabr 2025 16:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















