Icma.az
close
up
RU
“Mən başa düşmürəm, direktor mafiya başçısıdır, reketdir...”

“Mən başa düşmürəm, direktor mafiya başçısıdır, reketdir...”

Icma.az xəbər verir, Yeniavaz saytına əsaslanaraq.


“2024-cü il dekabrın 19-da Xırdalan şəhər 1 saylı tam orta məktəbdə təhsil alan övladım həmin məktəbin direktoru Arifə Balakişiyeva tərəfindən fiziki zorakılığa məruz qalıb. Belə ki, o, telefonla 4-5 dəfə övladımın başına vurub. Sonradan polis izahat alan zaman da 12 uşaq övladımın döyülməsi faktını təsdiqləyib”.
Bunu Yeniavaz.com-a müraciət edən Xırdalan şəhər sakini Ramin Ağayev deyib.
O bildirib ki, elə həmin gün direktorla görüşüb:
“Uşağı döyüb-döymədiyini soruşdum. O isə məni təhqir etdi. Polisə müraciət etdim və direktorun üzr istəməsini tələb etdim. O isə məni ittiham etdi və üzrxahlıq etmədi.
Bu hadisədən 6 gün sonra, 25 dekabrda Süleyman adlı bir nəfər zəng vurdu mənə, qazi olduğunu dedi və mənimlə görüşmək istədiyini bildirdi. “Boranı” restoranında görüşdük. 4 nəfər gəlmişdilər. Məni öldürməklə hədələdirlər. Dedilər ki, Arifə xanım onların bacılarıdır və onları Arifə Balakişiyeva göndərib. Mənə şikayətimi geri götürmək üçün təzyiq göstərdilər. Dedilər ki, məni öldürərlər, məhv edərlər. Tələb etdilər ki, gedib Arifə xanımdan üzr istəyim. Növbəti günün səhəri də həmin şəxslərdən biri zəng vurub məktəbdə olduğunu dedi və gedib direktordan üzr istəməyimi tələb etdi. Mən yenidən polisə müraciət etdim. Polis onları çağırıb izahatlarını aldı. Arifə Balakişiyeva da çağırıldı. Direktor birinci həmin şəxsləri tanımadığını dedi. Sonra tanıdığını və mənim üzərimə göndərdiyini etiraf etdi”.

Arifə Balakişiyeva
R. Ağayevin sözlərinə görə, bundan sonra iş vəzifə səlahiyyətlərini aşma ittihamı ilə Abşeron rayon prokurorluğuna göndərilib:
“Prokuror köməkçisi Turanə Mirzəyeva məni çağırıb bildirdi ki, burada Arifə xanımlıq heç nə yoxdur, o mənə heç nə etməyib. Dedi ki, istəyirəmsə, qaziləri çağırsın, məndən üzr istəsinlər. Dedi, məhkəməyə də versəm, iş ona gələcək və o da söhbəti bağlayacaq. Mən Arifə Balakişiyevanın məni öldürməklə hədələtdirdiyini bildirdikdə isə, dedi ki, o, təhdid sayılmır. Bildirdi ki, onlar peşəkar adamlardır, məni təhdid etsələr, onun qarşısında olmazdım. Dedi ki, məsələni bağlayacaq və mənə də tövsiyə etdi ki, Arifə xanımla intriqa aparmayım, onun arxası güclüdür. Aprelin 7-də vəkilim bildirdi ki, prokurorluq belə bir hadisənin və cinayət tərkibinin olmadığına dair rəy verib. Aidiyyəti üzrə məhkəməyə müraciət edəcəyik”.
Xırdalan sakini deyir ki, Abşeron-Xızı Regional Təhsil İdarəsinə də üz tutub:
“İdarənin müdiri İlhamə Abdullayevanın müavini ilə görüşdüm. Bildirdilər ki, 15 gün ərzində mənə rəsmi cavab veriləcək. Amma cavab verilmədi. Sonradan öyrəndim ki, Arifə Balakişiyeva İlhamə Abdullayevanın xalası qızıdır.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə də üç dəfə müraciət etmişəm, amma cavab verilməyib.
Bu müddətdə məktəbin müəllimlərindən bəziləri, xüsusilə də ingilis dili müəllimi Aysel Ağamalıyeva övladımı bullinqə məruz qoyub, onu təhqir edib. Müəllimlərdən bəziləri ona aşağı qiymətlər verməyə başlayıb.
Mən başa düşmürəm, direktor mafiya başçısıdır, reketdir, nədir ki, şikayət edən valideyni hədələtdirir? Bir məktəb direktoru valideynin üstünə necə adam göndərə bilər? Bu onu göstərir ki, bu insanın problemi var”.
R. Ağayevin iddiaları ilə bağlı Abşeron-Xızı Regional Təhsil İdarəsinə ünvanladığımız sorğuya cavab olaraq bildirilib ki, məktəb direktorunun şagirdi döyməsi ilə bağlı yayılan iddialar yerində araşdırılıb:
“Şagirdlərin, müəllimlərin və valideynlərin izahatlarına əsasən, fiziki zorakılıq faktı təsdiqlənməyib. Qeyd edilən tarixdə direktor sinifdəki şagirdlərarası mübahisə ilə bağlı sinfə daxil olaraq yalnız profilaktik söhbət aparıb.
Məktəb rəhbərliyinə məktəb-valideyn münasibətlərinin düzgün istiqamətində müvafiq tapşırıqlar verilib.
Bildiririk ki, sözügedən məktəbin direktoru ilə Regional Təhsil İdarəsinin rəhbəri arasında qohumluq əlaqəsinin olması ilə bağlı səsləndirilən iddialar həqiqəti əks etdirmir”.
Xırdalan sakininin Abşeron rayon prokurorunun köməkçisi Turanə Mirzəyeva ilə bağlı səsləndirdiyi iddialar barədə Baş Prokurorluğa ünvanladığımız sorğu isə cavabsız qalıb.
Murad Məmmədov
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:2116
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 29 May 2025 11:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see343

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see339

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see335

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see300

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see292

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see290

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see287

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see277

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see276

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see267

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see262

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see235

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see233

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see230

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see225

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see222

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see222

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see221

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see218

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri