Icma.az
close
up
RU
Mən bir gün təbəssüm olmuşdum

Mən bir gün təbəssüm olmuşdum

Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Yıxılmağı sevirdim" kitabımdakı bir hekayədə polislərdən qaçmaq məcburiyyətində qalan qatil, nəhayət, gizlənməyə yer tapa bilir. Həmin məkan kitabxanadır. Qatil - əslində isə, müəllif - düşünür ki, onu orda heç kim tapa bilməyəcək. Məlum məsələdir ki, kitabxanalara gedənlərin sayı "yox" deyə biləcəyimiz qədər azdır. Amma kitabxanada gizlənə biləcəyini düşünən qatilin unutduğu bir məsələ də var. Kitabxananın müdiri rayonun polis rəisinin həyat yoldaşıdır.

Məni təəccübləndirən nədir bəs? Hekayəni yazmağımın və bu hekayənin də daxil olduğu "Yıxılmağı sevirdim" adlı kitabımın çap olunmağının üstündən bir neçə il keçəndən sonra Türkiyədən sifarişlə gətirtdiyim "Ot" dərgisindən öyrəndim ki, sən demə, 1948-ci ildə bir yazısına görə haqqında həbs qərarı çıxarılan Əziz Nesin düz altı ay ərzində kitabxanada gizlənə bilibmiş.

Mənim hekayəmin qəhrəmanından fərqli olaraq Əziz Nesinin bəxti onda gətirib ki, gizləndiyi kitabxananın müdiri polis rəisinin həyat yoldaşı olmayıb. Bu da mənim gəldiyim qənaətdir!

I KADR: PƏNCƏRƏ

2022-ci ilin fevralı. Rusiya-Ukrayna müharibəsinin ilk günləri. Sosial şəbəkədə bir şəkil çıxır rastıma. Adını unutduğum ukraynalı bir yazıçı evinin küçəyə baxan pəncərəsinə kitablar yığıb. Pəncərədən evə işıq düşməsi üçün barmaq boyda yer qalmayıb. Yazıçı özünə sığınacaq düzəldib. Kitablardan sığınacaq. Səhv başa düşməyin, bu, müharibədən, düşmən işğalından qorxub gizlənmək deyil. Bu, müharibələrlə dolu iyrənc dünyanın üfunətindən qaçıb kitablara sığınmaq, təsəlli tapmaqdır. Bir az da çarəsizlik. Milyonlarla kitabın yazıldığı dünyada hələ də müharibələr qarşısında çarəsiz qalmağın portreti.

Və mən çox istəyirdim ki, o pəncərənin şəklini sizinlə bölüşüm. Nə qədər axtardımsa, tapa bilmədim. Əvəzinə, bir bənd şeiri sizinlə paylaşmaq qərarına gəldim. Bu şeiri oxuyanda kitablarla dolu bir pəncərə təsəvvür edin. Türk şair Orxan Vəlinin şeiridir:

pəncərə

ən yaxşısı pəncərə

keçən quşları görərsən heç olmasa

dörd divarı görəcəyinə

II KADR: QAPI

Təqribən 6 milyon yəhudinin ölümünə səbəb olan Adolf Hitler və onun qucaqladığı yəhudi qızcığaz Roza Nienaunun bu fotosu insanın necə təhlükəli bir varlıq olduğunu bizə açıq-aydın göstərir. Bu fotonu Hitlerin özü 16 iyun 1933-cü ildə imzalayıb Roza Nienauya göndərilmişdi.

Fotoya baxarkən qızcığazın tərtəmiz, Hitlerin isə saxta təbəssümü ilə üz-üzə qalırıq. Milyonlarla insanın ölümünə səbəb olan cəllad diktatorun üzündəki dırnaqarası təbəssümün arxasında gizlənmiş nələr var, Allah bilir.

Bu fotoşəkilin çəkilməsindən təxminən 10 il keçəndən sonra - 10 sentyabr 1943-cü ildə Niderlandda bir ofisdə, kitab şkafının arxasındakı gizli otaqda işğalçı almanlardan ailəsi və başqa dörd nəfərlə birgə gizlənən Anna Frank gələcəkdə məşhur olacaq gündəliyinə yazmışdı:

"Çərşənbə günü saat yeddidə radionu qoşan kimi bunu eşitdik: "Müharibə başlayan gündən ən şad xəbəri çatdırırıq: İtaliya qeyd-şərtsiz təslim oldu". Bu, ingilis radiosuydu..."

İki il ərzində almanlardan gizlənməyi bacarmış Frank ailəsinin üzvləri, təəssüf ki, bir gün aşkarlanaraq həbs edilir və əsir düşərgəsinə göndərilirlər. Ailənin sağ qalan yeganə üzvü Annanın atası Otto Frank olur. Və o, iş yoldaşı Miep Giesin qoruyub saxladığı gündəliyi 1947-ci ildə kitab kimi çap etdirir.

Ailənin vaxtilə gizləndiyi ofis hazırda "Anna Frank evi" adlı bir muzey kimi fəaliyyət göstərir. Şəkildə bir zaman Frank ailəsinin və digər dörd nəfərin sığındığı gizli otağa açılan qapını görürsünüz.

Yazı boyunca "kitabxana" və "gizlənmək" sözlərinin neçə dəfə yan-yana gəldiyini gördük. Belə nəticə çıxarmaq olar ki, kitablar təkcə səhifələrində yazılı həqiqətlərin ortaya çıxarılması üçün yox, həm də bəzi gerçəklərin gizlədilməsi üçündür. Çünki yalanın hegemonluq etdiyi yerdə həqiqət gizlənmək məcburiyyətində qalır.

Necə demişdi Vaqif Səmədoğlu?!

mən bir gün təbəssüm olmuşdum

nə oldu bilmədim

görünmədim

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:174
embedMənbə:https://525.az
archiveBu xəbər 17 Noyabr 2025 20:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see288

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see275

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see239

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see221

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see216

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see216

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see208

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see205

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see205

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see196

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see187

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see185

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see184

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see181

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see180

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see180

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see179

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see178

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see177

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri