Icma.az
close
up
RU
“Mən boş beyinləri doldurmaq üçün bu dünyada varam” Deputat

“Mən boş beyinləri doldurmaq üçün bu dünyada varam” Deputat

Yeniavaz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.


“Dönə-dönə xahiş edib bir tədbirə çağırıblar. Protokolun birincı sıralamasına baxıram bütün adlar və soyadlar yazılıb, bəndənizinki, yox. İkinci sıralamada da görmürəm. Təşkilatçılardan soruşuram ki, harada əyləşməm nəzərdə tutulub. Arxa cərgədəki sıralara göz gəzdirib nəzakətlə deyir ki, orada 6-cı cərgədə boş yer var, otura bilərsiniz”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Fazil Mustafa sosial şəbəkə hesabında yazıb.
Millət vəkili bildirib ki, adətən sakitcə keçib əyləşir:
“Bəlkə də həyatda ən sevmədiyim haldır ki, rəsmi tədbirdə insanı kimdənsə boşalmış yerə yönləndirirlər. Bir neçə dəfə məclislərdə olur ki, tanımadıqda aparıb qıraq yerdə əyləşdirirlər, sakitcə keçib oturub yeməyə və yaxud proqramla tanışlığa, nəyisə qeyd etməyə başlayan kimi bir neçə nəfər təlaşla yaxınlaşır ki, bəs ön cərgədə və ya ön masada yer boşaldı, xahiş edirik o boş yerə keçin. Gülümsəyərək deyirəm ki, mən bu dünyaya boş yer doldurmaq üçün gəlməmişəm, oturduğum yer ən axırıncı cərgədə də olsa, mənim dəyər qazandıracağım yerdir”.
Deputat qeyd edib ki, heç yerdə status və ya protokol kaprizi etmir:
“Ancaq rəsmi şəxs kimi dəvət olunduğum məkanda ən azı bunu sorğulamaq məqsədəuyğundur. Bu məqamda  bir söz söyləyirəm və özümə də xoş gəldiyi üçün burada yazıram: Gözəl qardaşım, mən boş yerləri doldurmaq üçün doğulmamışam, boş beyinlər doldurmaq üçün bu dünyada varam. Gözləyin, indi boş yerləri doldurmağa uyğun adamlar gələcək, yerləşdirərsiniz. Sakitcə, gülümsəyərək başlamadan tədbiri tərk edirəm”.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:203
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 06 May 2025 20:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see767

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see595

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see332

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see283

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see280

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see268

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see249

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see245

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see228

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see227

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see214

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see212

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see208

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see203

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see203

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see201

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see192

Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır

27 Noyabr 2026 22:46see191

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see190

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri