Icma.az
close
up
RU
Mən bunu insan qanını sovuran həşərata bənzədərdim Deputatdan AÇIQLAMA

Mən bunu insan qanını sovuran həşərata bənzədərdim Deputatdan AÇIQLAMA

Icma.az, Redaktor.az portalına istinadən məlumat verir.

"ATƏT-in Minsk qrupunun və əlaqədar institutlarının ləğv edilməsi həqiqətən çox önəmli hadisədir. Bu, Azərbaycan dövlətinin və Prezidentinin ciddi siyasi-diplomatik qələbəsi kimi qiymətləndirilməlidir".

Bu fikirləri Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Tural Gəncəliyev 1 sentyabr 2025-ci il tarixində ATƏT Nazirlər Şurası tərəfindən ATƏT-in Minsk Prosesi və əlaqəli strukturlarının bağlanmasına dair qərar qəbul olunmasından danışarkən bildirdi.

Onun sözlərinə görə, ATƏT-in Minsk qrupunun həmsədrlik institutu 30 il ərzində Ermənistan-Azərbaycan münaqişəsində vasitəçiliklə məşğul olsa da, heç bir nəticə əldə etmədi:

"Əksinə, münaqişənin nəticələrinin möhkəmlənməsinə, dondurulmasına və Ermənistanın işğalının de-fakto qəbul etdirilməsinə çalışdı. Azərbaycan isə torpaqlarını işğaldan azad edərək real faktlar yaratdı, yeni reallıq formalaşdırdı və Minsk qrupunun mövcudluğunu səmərəsiz hala gətirdi. Nəticədə dövlətin gücü, siyasi iradəsi və təkidi ilə bu qurum tarixin arxivinə göndərildi. Minsk qrupunun həmsədrlik institutu ilə yanaşı, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi ofisi də fəaliyyət göstərirdi. Anjey Kaspşik uzun illər guya təmas xətti boyunca atəşkəsin pozulmasının qarşısını almaqla məşğul olurdu. Halbuki ATƏT-in büdcəsi illər boyu səmərəsiz şəkildə bu ofisin saxlanılmasına sərf edilirdi. Bundan əlavə, ATƏT-in yüksək səviyyəli planlaşdırma qrupu (HLPG) da kağız üzərində mövcud idi və guya gələcəkdə ATƏT sülhməramlı missiyasının işğal olunmuş ərazilərə göndərilməsini nəzərdə tuturdu. Əslində isə bütün bu strukturlar münaqişənin həllinə yox, onun dondurulmasına və Ermənistanın işğalının saxlanılmasına xidmət edirdi".

Deputat əlavə etdi ki, o, diplomat kimi Xarici İşlər Nazirliyində fəaliyyətə başlayanda ilk çalışdığı idarə məhz ATƏT-in Minsk qrupu ilə bağlı idi və uzun illər bu qurumun səmərəsizliyinin şahidi olub:

"Bu gün isə Azərbaycan dövləti, ordusu və Prezidenti bütün reallığı dəyişdi, yeni vəziyyət yaratdı və nəticədə həm həmsədrlik institutu, həm Kaspşik ofisi, həm də yüksək səviyyəli planlaşdırma qrupu kimi lüzumsuz qurumlar arxivə göndərildi. Tarixdə belə hallara nadir rast gəlinir ki, dövlətlər münaqişəni öz milli maraqları və ərazi bütövlüyü çərçivəsində həll etməklə, uzun illərdən bəri fəaliyyət göstərən təsirsiz qurumları sıradan çıxara bilsin".

Müsahibimizin fikrincə, çox vaxt ATƏT kimi qurumlar onilliklər boyu münaqişələrdən faydalanır, maliyyə vəsaitlərini mənimsəyir və münaqişəni dondurmaqla öz mövcudluqlarını qoruyurlar:

"Mən bunu insan qanını sovuran həşərata bənzədərdim: yapışıb illərlə həm ATƏT-in resurslarını sovurur, həm də münaqişənin davam etməsinə çalışırdılar. Şükürlər olsun ki, Azərbaycanın yeni gücü və yaratdığı yeni reallıq bu vəziyyətə son qoydu. Minsk qrupunun arxasında duran dünyanın üç böyük güc mərkəzi - ABŞ, Fransa və Rusiya belə Azərbaycanın qətiyyətli mövqeyinə qarşı heç bir addım ata bilmədi. Dövlətimiz və prezidentimiz məhz bu üç ölkənin dəstəklədiyi həmsədrlik institutunun ləğv edilməsinə nail oldu. Bu isə tarixi qələbə, siyasi və diplomatik uğurdur", - deyə Tural Gəncəliyev yekunlaşdırdı.

Xədicə BAXIŞLI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 02 Sentyabr 2025 18:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see372

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see313

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see295

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see269

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see261

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see254

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see242

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see236

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see230

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see217

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see208

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see195

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see191

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see190

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see190

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see187

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see181

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see174

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see172

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri