“Mən bununla maraqlanmıram” Tramp Nobel Sülh Mükafatından DANIŞDI
Redaktor.az saytına istinadən Icma.az xəbər verir.
ABŞ Prezidenti Donald Tramp artıq Nobel Sülh Mükafatını qazanmaqda maraqlı olmadığını açıqlayıb.
Redaktor.az xəbər verir ki, Tramp bu açıqlamanı “Washington Examiner” qəzetinə verdiyi müsahibədə səsləndirib.
Nobel Sülh Mükafatı barədə danışarkən o, “Mən bununla maraqlanmıram”,- deyə bildirib.
Qeyd edək ki, yanvar ayında Venesuela müxalifətinin lideri Mariya Korina Maçado Trampı Nobel Sülh Mükafatına namizəd kimi təqdim edib. Maçado hesab edir ki, Tramp 2025-ci ilin laureatı ola bilər.
Tramp daha əvvəl 2025-ci ildə bu mükafatı almaq istədiyini gizlətməyərək “səkkiz müharibəni dayandırdığı” üçün buna layiq olduğunu bildirmişdi.
Məlumata görə, 2026-cı ilin əvvəlində ABŞ qüvvələri Prezident Nikolas Maduronu hakimiyyətdən uzaqlaşdırmaq üçün Venesuelada xüsusi əməliyyat həyata keçirib. Fevralın sonlarında isə ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb.
Aminə ŞAHSUVARQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:135
Bu xəbər 13 Mart 2026 16:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















