Icma.az
close
up
RU
Mən canlıların olduğu dünyaya bir daha dönmək istəmirdim...

Mən canlıların olduğu dünyaya bir daha dönmək istəmirdim...

Moderator.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Sənin zamanın hələ yetişməyib, sən hələ çox işlər görməlisən..."

Kişi 20 dəqiqə ərzində kliniki ölüm keçirib. O, nələri görüb və bu, onun həyatını necə dəyişib?..

20 dəqiqə ərzində öldüyü elan edilən kişi onun ruhu bədəninə dönənədək fövqəlbəşər səyahətə göndərilməsini təsvir edib.

Moderator.az xəbər verir ki, bu barədə o, "Prioritize Your Life" nəşrinə müsahibəsində danışıb.

28 yaşı olanda Skottun xizək sürərkən bədbəxt hadisə zamanı baş barmağı çıxıb. Lakin baş barmağının funksiyasının bərpası üzrə mürəkkəb əməliyyat fəlakətlə nəticələnib, çünki tibb bacısı turnanı (jqut) düzgün qoymayıb.

Yaşı 60-ı keçmiş Skott tibb bacısının əməliyyat otağından çıxaraq "Mən onu öldürdüm!" qışqırığını eşitdiyi məqamı xatırlayıb. Skott bunu yalnız öz həyat yoldaşı və bir neçə yaxın dostları ilə bölüşüb və bəyan edib ki, bu, onun həyata baxışlarını dəyişib.

Lakin sonradan o, açıqlama verib: "Məndə belə bir hissiyat oyanıb ki, əlimdən ürəyimə nəsə keçib və mən anlamışam ki, öz bədənimin üzərində dayanmışam və əməliyyata aşağıdan yuxarıya baxıram. Mən əlimə qoyulan hər bir tikişi izləyirdim".

Skott iddia edib ki, tək olmayıb və "sifətini" yanında hiss edib. İndi isə o, bunun Tanrı olduğuna inanır. Tibb bacısının təlaş içində palatadan çıxdığını görəndə və yardım diləyəndə Skott deyib ki, onun siması görünməyən bələdçisi qəflətən onu heyrət doğuran rəngləri olan və qurşağadək otlarla dolu sahəyə aparıb.

O, deyib: "Xatirimdədir ki,

mən heç vaxt ətrafa boylana bilmədim və ya mənə heç vaxt ətrafa boylanmamaq əmri edilib. Daha sonra xatirimdədir ki, bu, gözqırpımına bənzəyib, mən sahədə dayanmışdım, yanımda bir nəfər vardı, amma mən onu görə bilmirdim. 

Mən sola baxdım və hündür ağaclar gördüm, xatırimdədir ki, bunlar uzun gövdəsi və zirvəsində yarpaqları olan çoxlu sayda qeyri-adi ağaclar olub. Bundan sağ tərəfdə isə təxminən qurşağadək çəmən çiçəkləri olub.

Xatirimdədir ki, bu çiçəklərin necə gözəl olduğuna tamaşa edirdim, çünki mən həyətdə və bağda işləməyi çox sevirəm, bu parlaq güllərin necə də gözəl olduğu xatirimdədir. Daha sonra xatirimdədir ki, məni müşayiət edən adam artıq yox idi və mən tək qalmışam, amma bu, çox mənim üçün çox rahat idi".

Skott xatırlayıb ki, yandan keçən ağ buludu görəndə dərin rahatlıq hiss edib. O, deyib ki, birdən öz həyatının doğulduğu ilindən bu məqama kimi videosuna baxmağa başlayıb. O, həyatında etdiyi bütün yaxşı və pis şeyləri görüb.

Skott deyib: "Xatirimdədir ki, bəzi şeylər ağrılı olub, bəzi şeylər sevinc gətirib. Amma olanlar olub, mən bilirdim ki, bunlar həyatımı yaxşılığa doğru dəyişəcək".

Skott onun bələdçisinin telepatik olaraq ona qalxıb buluda doğru getməyi əmr etdiyini deyəndə hər şey daha da sürrealistik təsir bağışlayıb.

Bu zaman buludun içərisindən güclü əl ona tərəf uzanaraq deyib: "Sənin zamanın hələ yetişməyib. Sən hələ çox işlər görməlisən". O, əlini uzadanda, mən öz bədənimə döndüm.

Sonradan Skott etiraf edib ki, o, canlılar dünyasına qayıtmaq istəməyib, çünki onun gördükləri çox gözəl və qayğısız olub. O, ayılanda 20 dəqiqə ərzində kliniki ölüm keçirdiyinə təəccüblənib, o zamandan o, öz həyatını xeyli dəyişib.

"Mənim bundan əldə etdiyim ən böyük nəticə geriyə boylanmamaqdır. Öz həyatında etdiklərinə heç zaman boylanmamaqdır. Öz həyatınıza bu gün, indi olduğu kimi baxın və gələcəyə nəzər salmağa başlayın.

Biz istəsək dəyişilə bilərik. Əgər nələrisə dəyişmək istəyirsinizsə, kimə qarşısa xeyirxah olun, bir-birinizə, iş həmkarınıza və ya qonşunuza qarşı mərhəmətli olun. Və bundan doğacaq münasibəti izləyin. Bu münasibət bizim öz sevgimizlə təsir edə biləcəyimiz bir insan həyatı deməkdir", - o, hisslərini bölüşüb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:125
embedMənbə:https://moderator.az
archiveBu xəbər 12 Noyabr 2024 23:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri