Mən də onun kimi gənc olanda, indiki halımdan daha çox ağılsız sözlər deyirdim Mourinyo
Sportal.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Mourinyo rəhbərliyi altında “Benfika” Portuqaliya çempionatının 10-cu turunda “Vitoriya” üzərində 3:0 hesablı qələbə qazanıb. 56-cı dəqiqədə, hesab 1:0 olarkən, rəqib Fabiu Blankonun qırmızı vərəqə alması ilə azlıqda qalıb.
Sportal.az xəbər verir ki, oyun bitdikdən sonra "Vitoriya"nın baş məşqçisi 36 yaşlı Luiş Pintu hakimlərin idarəçiliyindən narazılığını bildirib:
"Benfika"nın oyunun gedişatının dəyişməsində heç bir payı yoxdur. Düşünürəm ki, hamı baş verənləri açıq şəkildə gördü. Maraqlı oyun zəif tamaşaya çevrildi,” – deyə Pintu "Sport TV"yə müsahibəsində bildirib.
Joze Mourinyo isə mətbuat konfransında Pintuya cavab verib:
“Mən də vaxtilə Luişlə eyni yaşda olmuşam və gənc olanda indiki halıma nisbətən daha çox mənasız sözlər deyirdim. İndi isə daha az.
O, istedadlı gənc məşqçidir, gözəl yolu var. Hər şey yaxşı gedərsə, o, öz məqsədinə çatacaq".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 03 Noyabr 2025 00:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















