Mən dövlətimizi sata bilmərəm Zelenski
Icma.az bildirir, Redaktor.az saytına əsaslanaraq.
Ukrayna Prezidenti Volodimir Zelenski Ukraynanın nadir torpaq resurslarına girişin Vaşinqtona verilməsinə dair razılaşmanın ABŞ ilə müzakirəsi çərçivəsində bəyan edib ki, dövləti satmaq niyyətində deyil.
Redaktor.az xəbər verir ki, bu barərə ABŞ-nin "The Wall Street Journal" qəzeti məlumat paylaşıb.
Bildirilir ki, Birləşmiş Ştatların maliyyə naziri Skott Bessent Ukrayna lideri ilə Kiyevdə görüşərkən müvafiq sənədi ona tərəf yaxınlaşdıraraq imzalamasını tələb edib:
"Zelenski sənədə tez nəzər salaraq deyib ki, bunu komandası ilə müzakirə edəcək. Ardınca Bessent sənədi Zelenskiyə tərəf daha da yaxınlaşdırıb".
V.Zelenski vurğulayıb ki, bu, qeyri-ciddi söhbətdir: "Mən dövlətimizi sata bilmərəm".
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp fevralın 15-də rəsmi Kiyevə ABŞ-yə Ukraynanın nadir torpaq ehtiyatlarının 50 faizinə çıxış imkanı verəcək razılaşma təklif edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:161
Bu xəbər 21 Fevral 2025 10:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















