Mən evimdə otururam, siyasətlə əlaqəm yoxdur Akşener sükutu pozdu
Modern.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Türkiyənin İYİ Partiyanın sabiq sədri Meral Akşener haqqında yayılan iddialara münasibət bildirib.
Modern.az xəbər verir ki, sabiq siyasətçi barəsində çıxan xəbərlərin yalan olduğunu bildirib.
Qeyd edək ki, Türkiyə mətbuatında Akşenerin bir sıra obyektlər almaq istədiyi, bunun üçün hökumətə müraciət etdiyi barədə iddialar yayılıb.
"Qətiyyən yalan… Yanlış məlumat demirəm, qətiyyən yalandır. Mən evimdə otururam, siyasətin heç bir sahəsində yoxam. Siyasi partiya sədrləri ilə qarşılaşsam, sadəcə salamlaşıram, görüşmürəm. İlk dəfə sizdən eşidirəm”, - Oda TV-yə açıqlama verən Akşener deyib.
O deyib ki, 30 illik siyasi həyatında pul ilə heç bir əlaqəsi olmayıb: "Qadın olaraq belə işlərlə məşğul olsaydım, bu qədər davam gətirə bilməzdim. Siyasəti buraxandan sonra bu cür dedi-qodular artdı”.
Akşener öz qurduğu partiyanı könüllü şəkildə tərk etdiyini vurğulayıb: “Bu dedi-qodular haradan çıxır, bilmirəm. Siyasəti buraxdım, dedi-qodu bitmədi”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:41
Bu xəbər 09 Avqust 2025 17:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















