“Mən hələ də ona eyni sevgi ilə baxıram“
Icma.az bildirir, Axsham.az portalına istinadən.
Əməkdar artist Abbas Bağırov doğum günü münasibətilə sosial media hesabında paylaşım edib.
Axşam.az xəbər verir ki, sənətçi paylaşımında həyatında qazandığı insanların və yaşadığı gözəl anların onun üçün ən böyük dəyər olduğunu bildirib:
“Həyatımın daha bir ilini geridə qoyuram. İllər keçdikcə insan anlayır ki, ən böyük qazanc rəqəmlər deyil - yanında olan doğmalar, səmimi dostlar, qazandığın insanların sevgisi və yadda qalan gözəl anlardır.
Bu illər ərzində məni sevən, dinləyən, sənətimə dəyər verən, sevincimi mənimlə bölüşən hər kəsə ürəkdən təşəkkür edirəm. Yeni yaşıma böyük iddialarla yox, gözəl ümidlərlə girirəm. Sağlamlıq, ailəmin və sevdiklərimin xoşbəxtliyi, yeni mahnılar, yeni görüşlər və birlikdə yaşayacağımız daha çox gözəl xatirələr…
Həyat davam edir… Və mən hələ də ona eyni sevgi ilə baxıram. 29 avqust - yaxşı ki, varam, yaxşı ki, varsınız!”.
Qeyd edək ki, A.Bağırov ailəlidir və 2 övladı var.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 29 Avqust 2026 11:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















