“Mən İsa Peyğmbər deyiləm” Matç satmaqda ittiham olunan məşqçidən sərt reaksiya
Icma.az, Bakupost saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
2026 Dünya Çempionatının pley-off mərhələsində Rumıniya Milli Komandasının baş məşqçisi Mirça Luçeskunun açıqlamaları futbol aləmində təlatüm yaradıb.
Rumıniya dünən axşam doğma divarlar arasında San Marinonu 7–1 hesabı ilə məğlub edib və 13 xalla “H” qrupunu 3-cü pillədə tamamlayıb.
2000-ci illərin əvvəllərində “Qalatasaray” və “Beşiktaş” komandaları ilə Türkiyə çempionu olmuş və Avropa Super Kubokunu qazanmış Luçesku görüşdən sonra keçirdiyi mətbuat konfransında diqqətçəkən açıqlamalar verib.
Bakupost.az rumın mediasına istinadən xəbər verir ki, Luçesku onu oyun satmaqda və “Securitate” (Rumıniyanın kommunist rejimi dövründəki gizli polis idarəsi) ilə əməkdaşlıq etməkdə ittiham edənlərə sərt cavab verib.
Təcrübəli futbol adamı həm məşqçilik, həm də futbolçu karyerası boyunca qazandığı nəticələri yada salaraq yalnız rumın futbolunun inkişafına fokuslandığını deyib:
“Milli komandaya çox önəm verdim. Mənim vəzifəm ehtiyac duyulduqda orada olmaqdır. Bir sərhəd var, keçilməyəcək qırmızı xətt. Mənim etdiyimi 2 min ilə edə bilməzlər. Deyirlər ki, oyunları “Securitate”yə satmısan. Mən yalnız bir şey etdim – rumın futbolunun inkişafına fokuslandım. Heç kim məni qova bilməz. Bacarmasam özümü gedəcəyəm”.
Rumıniya millisindəki işinə davam edib-etməyəcəyi sualına cavab olaraq baş məşqçi milli komandada qalacağını, mart ayında keçiriləcək pley-off matçlarında da vəzifəsinin başında olacağını bildirib: “Sabah püşkatma mərasiminə gedirəm”.
80 yaşlı futbol mütəxəssisi pley-off mərhələsində hansı komandası ilə qarşılaşmaq istədiyi haqda verilən suala belə cavab verib:
“Bu, mənim seçimimdən asılı deyil. Oynamalıyıq, qalib gəlmək üçün nə lazımdırsa etməliyik. Mən İsa peyğəmbər deyiləm, möcüzə yarada bilmərəm. Marta qədər görəcəyik, püşkatmaya gedirəm. Hər şeyin məsuliyyətini öz üzərimə götürmək istəyirəm, oyunçularımı rahat buraxın”.
Cavid, BakuPost
Bu mövzuda digər xəbərlər:Xatirədən nazirliyə sərt REAKSİYA: Mən o adam deyiləm!
18 Noyabr 2025 20:52
“Mən subay deyiləm”
12 Sentyabr 2025 17:35
ABŞ Prezidenti etirazlara reaksiya verdi: “Mən kral deyiləm”
21 Oktyabr 2025 04:39
“Mən sənin xidmətçin deyiləm” Fitsodan Zelenskiyə sərt cavab
28 Dekabr 2024 01:55
O fotodakı mən deyiləm Göksel
20 May 2025 10:45
Baxış sayı:25
Bu xəbər 20 Noyabr 2025 13:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















