Icma.az
close
up
RU
Mən müsahibədə verdiyim sözü tutub siyasətdən getmişəm Zərdüşt Əlizadə

Mən müsahibədə verdiyim sözü tutub siyasətdən getmişəm Zərdüşt Əlizadə

Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Sosial şəbəkədə politoloq Zərdüşt Əlizadənin  Azərbaycan Sosial-Demokrat Partiyasının sədri olduğu vaxtlarda verdiyi müsahibənin şəkli paylaşılıb. Z.Əlizadə qəzetlərdən birinə verdiyi müsahibədə Qarabağla bağlı məsəlinin Azərbaycanın xeyrinə həll olunacağı təqdirdə siyasətdən gedəcəyini deyib: "Qarabağ məsələsi xeyrimizə həll olunan dəqiqədən siyasətdən gedəcəyəm".

Modern.az-ən əməkdaşı sözügedən müsahibəni Zərdüşt Əlizadənin yadına salaraq, ondan bu barədə açıqlama verməsini istəyib.
Politoloq saytımıza açıqlamasında həmin fikri niyə səsləndirdiyinə aydınlıq gətirib:

"Yenidənqurna başlayanda Azərbaycan nomenklaturası öz vəziyyətindən çox razı idi. Ölkənin sürətlə tənəzzülünə uğramasına laqeyd baxırdı. Qarabağ münaqişəsinin başlaması zəlzələ kimi bu prosesə təkan oldu. Hesab edirdim ki, nomenklatura maraqları tərpənmək niyyətində deyil. Mütləq xalqı təşkilatlandırıb onlara aşağıdan təsir etmək lazımdır ki, hər hansı islahatlara getsinlər. Açığı deyim ki, SSRİ-nin çökməsini istəmirdim, sovet vətənpərvəriydim. Hesab edirdim ki, Azərbaycan SSRİ daxilində geniş imkanlara malikdir. Onu demək kifayətdir ki, Sovet Azərbaycanı dünyanın 67 ölkəsinə cihaz və təchizat satırdı. İndi yalnız neft və qaz, bir də xiyar-pomidor satırıq.
O zaman imkan vardı ki, Sovet İttifaqı yenilənsin, demokratikləşmə getsin, azad seçki olsun, Azərbyacan SSRİ daxilində geniş miqyasda müstəqilliyini qorusun. Amma məlum oldu ki, nomenklatura maraqları ümumxalq mülkiyyətini yağmalamaq, şəxsi mülkiyyətə çevirməkdir. Onları xalq, elmi tərəqqi maraqlandırmırdı.  Maraqlarına çatmaq üçün də xalq hərəkatının daxilinə casuslarını saldılar. O zaman hesab edirdim ki, demokratiya ümidi getdi öz işinə, yalnız Qarabağın qaytarılması məsələsi qalıb. Buna görə də dedim ki, Qarabağ qaytarılsa, ümumiyyətlə, siyasətdən gedəcəm".
 

Z.Əlizadə verdiyi sözün üstündə durduğunu, hələ 2000-ci ildən siyasətdən getdiyini deyib:
 

"Mən və bir neçə yoldaşım Azərbaycan Sosial-Demokrat Partiyasını tərk edib siyasətdən getmişik. Başlamışıq öz adi vətəndaş həyatımıza. Ancaq vətəndaş kimi öz xidmətlərimizi davam etdirmişik. Mən jurnalist kimi, eləcə də ekspert kimi müxtəlif beynəlxalq tədbirlərdə iştirk etmişəm. Amma siyasətlə məşğul olmamışam. Siyasətçinin vəzifəsi nədir - siyasi fəaliyyət nəticəsində bariz dövlət vəzifəsinə gəlmək. Mənim vəzifə istəyim olmayıb. 7-8 dəfə mənə vəzifə təklifləri olsa da, bundan imtina etmişəm. Çünki mən hakim zümrəyə daxil olmaq fikrindən uzağam. Mən siyasətdən getmişdim, amma ictimai fəaliyyətdən getməməşdim. Sülhpərvərliklə məşğul idim.  Onlarla beynəlxalq tədbirlərdə erməni, avropalı, amerikalı həmkarlarımla Qarabağ məsələsini müzakirə edirdik.  2000-ci ildən sonra Aland adalarına Azərbaycanın ictimai fəalları ilə birlikdə səfər etmişəm. Dünyanın müxtəlif ölkələrində - ABŞ-da, Avropada ermənilərlə görüşüb, onlara Qarabağın qansız-qadasız, müharibəsiz qaytarılması, eyni zamanda Azərbaycandakı erməni əsilli vətəndaşlarımıza yüksək təhlükəsizlik zəmanətinin təmin edilməsi təkliflərini vermişəm, razılaşmayıblar. Mən həmişə demişəm ki, ermənilər faydalı tədbirləri itirmək üzrə dünya çempionudular. İndi Qarabağda erməni qalmayıb. Biz ermənilərə Qarabağda qalıb ləyaqətli yaşamağı, birgəyaşayışın formulunu tapmağı təklif edirdik. Deyirdik ki, azərbaycanlılarla ermənilər nə üçün bir yerdə yaşamasınlar? Amma bu düşüncələr onlara çatmadı".

Yenidən siyasi fəaliyyətə qayıtmaqla bağlı düşünüb-düşünmədiyini soruşduqda, Zərdüşt Əlizadə belə cavab verib:

"Mən 1946-cı ildə anadan omuşam, 79 yaşım var. 79 yaşında qoca kişinin siyasətə qayıtması ağlabatandır?"

Politoloqa ABŞ Prezidenti Donald Trampın 78 yaşı olduğunu xatırlatdıqda, o deyib:

"Tramp başdanxarabdır. Mən ciddi və özünə hörmət edən adamam. Trampın nəfsi, natamamlıq kompleksi var, özünü göstərmək istəyir. Məndə kiməsə nəyisə sübut etmək, özünü göstərmək, qürrələnmək olmayıb".

 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:103
embedMənbə:https://modern.az
archiveBu xəbər 27 Fevral 2025 11:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see251

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see199

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see184

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see178

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see175

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see170

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see165

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see162

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see155

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see151

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see151

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see146

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see146

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see144

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see143

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see143

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see141

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see140

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see138

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri