Icma.az
close
up
RU
“Mən namusumu təmizləmişəm” Anasını amansızlıqla öldürən oğul

“Mən namusumu təmizləmişəm” Anasını amansızlıqla öldürən oğul

Icma.az, Lent az portalına istinadən məlumatı açıqlayır.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Namiq Kərimovun sədrliyi ilə anasını qətlə yetirməkdə təqsirləndirilən Emil Ağayevin cinayət işi üzrə məhkəmə  iclası keçirilib.

Lent.az xəbər verir ki, dövlət ittihamçısı ittiham aktını elan edib. 

İttihama görə, E.Ağayev anasının kişilərlə əlaqə saxladığına görə öldürüb. Belə ki, E.Ağayev qaynatasının evə gələcəyi barədə yalan deyərək anasını evə çağırıb. Anası işdən evə gəldikdə isə onu boğaraq üz nahiyyəsindən yumruqlar vurmuş, daha sonra öldüyündən əmin olmaq üçün 2 dəfə bıçaqla boğazından zərbə endirərək, xüsusi amansızlıqla öldürüb. 

Təqsirləndirilən E.Ağayev  ittiham üzrə özünü təqsirli bildiyini deyib:

“İşdən qayıdanda anama zəng edərək qaynatamın bizə gələcəyini və onunla işim olduğunu dedim. O evə gələndə boğazından tutub onu itələdim daha sonra boğdum. Bıçaqla isə bir dəfə onu vurdum ki, canı çıxsın. Mən ancaq  öz namusumu təmizləmişəm. Üç il qabaq sosial şəbəkələrdəki  yazışmalarını tutmuşdum. Yeniyetmə yaşlarımdan bəri anamın atama xəyanət etdiyini bilirdim. Yalandan deyirdi ki,  atanın qəbrini ziyarətə  gedirəm, amma yaşına uyğun olmayan tərzdə bəzənib- düzənərək, o adamın yanına gedirdi".

Növbəti proses 2 iyuna təyin olunub.

Xatırladaq ki, qətl hadisəsi ötən ilin yanvar ayının  24-də paytaxtın Sabunçu rayonu, Maştağa qəsəbəsində baş verib. 1981-ci il təvəllüdlü Emil Ağayev anası 1959-cu il təvəllüdlü Həyat Ağayevanı amansızlıqla qətlə yetirib.

O, hadisə baş verən gün həyat yoldaşı ilə birlikdə qayınanasıgildə qalıb. Səhər saatlarında isə evə gəlib və anasının iş yerinə taksi göndərərək qayıtmasını xahiş edib. Həyat Ağayeva evə gəldikdə isə onu bıçaqlayaraq həyatına son qoyub.Faktla bağlı cinayət işi başlanılıb, Emil Ağayev Cinayət Məcəlləsinin 120.2.2, 120.2.4, 120.2.9 maddələri ilə məsuliyyətə cəlb edilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:165
embedMənbə:https://lent.az
archiveBu xəbər 12 May 2026 16:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see342

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see321

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see287

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see280

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see276

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see271

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see260

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see257

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see251

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see251

Bitkoinin qiyməti 66 min dollardan aşağı düşdü

15 Noyabr 2026 01:34see222

Həftədə bir məşq fiziki formanı və sağlamlığı yaxşılaşdıra bilərmi?

14 Noyabr 2026 21:54see220

Məşhur model milyarderə ərə getdi

15 Noyabr 2026 00:26see213

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

15 Noyabr 2026 14:28see205

Türkiyəli aktyor ev sahibi ilə məhkəməni uddu Kirayə qalmaqalı

14 Noyabr 2026 22:18see202

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

15 Noyabr 2026 15:50see201

Azərbaycanın İKT sektorunda rekord artım: Region ölkələri ilə fərq nə qədərdir?

15 Noyabr 2026 13:53see199

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi ŞƏRH

15 Noyabr 2026 13:13see198

Kayli Cennerin keçmiş işçisi məhkəməyə müraciət etdi Ağır ittihamlar

14 Noyabr 2026 23:23see186

SÖZÜN İŞIĞINDA KEÇƏN ÖMÜR Qazi şair Ədalət Nicatın 60 illiyi qeyd olunub

15 Noyabr 2026 13:40see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri