Icma.az
close
up
RU
Menu

Paşinyanın Moskva səfərinin əsas məqsədi nə olacaq? ŞƏRH

Kəlbəcərin yüksəkliyində yenidən doğulan Zar BÖYÜK QAYIDIŞA SAYILI GÜNLƏR QALDI

Soyuq hava infarkt və insult riskini artıra bilər Günay İsmayılova

Bülbül Vokal Məktəbinin məzunu Hamburq Musiqi və Teatr Ali Məktəbinə qəbul olunub (Foto)

Azərbaycan futbolunun əfsanəsi

Sahibkarlar AQTA dan narazıdır: Obyektlər arasında şəxsi maraqlara uyğun seçim edilərək qərar verilir

ABŞ da kommersiya məqsədli neft ehtiyatları 4,5 milyon barel azalıb

Musa Quliyev: “Maaş artımı ciddi islahatlara və yenilənmələrə ehtiyacı olan səhiyyə sahəsinə mühüm təkan olacaq”

Bir dəqiqə ərzində demensiyanı müəyyənləşdirməyə imkan verən sadə test açıqlandı

Endirim, yoxsa qiymət oyunları? Cibinizdən belə pul çıxır

Azərbaycanın Mərkəzi Asiya və ŞƏT müstəvisində geosiyasi imkanları təhlil olunub

ABŞ də atışmada ikisi polis olmaqla bir neçə insan güllələnib

Əməkdar artist Züleyxa Hacıyeva vəfat etdi

“” portalı “2025 ci ilin ən yaxşı Milli İxracın Təşviqi Platforması” mükafatına layiq görülüb

Kartınızdan xəbərsiz pul çıxır? Səbəbini öyrənin

Tramp açıqladı: Ancaq bu hada Putinlə görüşərəm

“Nestlé” vitamin və qida əlavələri biznesini 1 milyard dollara satır

“Sabah” BOS da oynaya bilər? klub rəsmisindən açıqlama

Təzə, yoxsa qurudulmuş? Əncirin sağlamlığa faydaları nələrdir?

Müharibə iştirakçısı veteran statusu ala bilmir FOTO

Mən niyə sülh istəyirəm?!

Mən niyə sülh istəyirəm?!

Bizimyol saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İslam Peyğəmbəri cavab verməyi lazım bilməyibsə, deməli, bir bildiyi varmış. Mübahisəni bacarmayanla mübahisə etmək lazım deyilmiş.

Bəli, bəzilərini öz "həqiqətləri ilə" baş-başa buraxmaq lazımdır. Daha nə qədər, neçə il istəyirlərsə, qoy özlərinin qurduqları virtual reallıqda rahat yaşasınlar. Heç nəyə görə məsuliyyət daşımadan, sadəcə, tənqid eləmək rahatdır axı.

Amma iş burasındadır ki, bu cür insanlar özləri "rahat" olsalar da, cəmiyyəti narahat edirlər. Fərqli fikir söyləyənin üstünə zəhər axıdırlar. Düşünürsən: bu adamlarla polemika etmək nəyə lazımdır?!

Mərhum Hikmət Hacızadə düz deyirmiş: "Bəzi adamları, ümumiyyətlə, unutmaq lazımdır". Yəni iqnor etmək.

Mən də müəyyən adamları çox dərin unutmağa qərar verdim. Bu, növbəti qərarıma qədər qüvvədə olacaq.

Yox, fikirlərlə, ideyalarla mübahisə etmək olar, polemikaya hazır olmayan insanlarla deyil.

Karl Şaqan deyirdi: "Mən inanmaq yox, bilmək istəyirəm".

Bilməyi yox, inanmağı seçmiş adamları unutmağın doğru olduğuna inanıram.

Niyə "unudacam"?! Çünki vaxt və enerji sərf etməyə dəyməzmiş. Çünki polemika anlayışları səninkindən fərqlidir. Çünki sən normal, mədəni cümlələr qurursan, o isə...

Nə isə. Məsələ bunda deyil. Mən adamları deyil, hadisələri də deyil, ideyaları müzakirə etməyin tərəfdarıyam. Bu gün əsas ideya sülhdür. Bölgədə sülh, dünyada sülh.

Ən yaxın tariximizdə iki mühüm hadisəni "tarixi" adlandırmışam. Düz də etmişəm. Bunun birincisi, torpaqlarımızın azad olunmasıdır, o biri isə sülh sazişi haqda bəyannamədir.

Doğrudur, sülh sazişi hələ imzalanmayıb, qüvvəyə minməyib. Ancaq paraflanıb və daha burdan geriyə dönmək, demək olar, mümkün deyil. Bu iki hadisə - müharibədəki qələbə və Vaşinqtondakı razılaşma bizim Moskvanın təsirindən, Tehranın təhdidindən - Rusiya-İran məngənəsindən xilasımız üçün həlledici faktlar-faktorlardır. Bu faktorları təmin edən dövlət rəhbəri postunda indiki yox, başqa şəxs də olsaydı, onu da indiki kimi təqdir edəcəkdik. Mənim doğru bildiyim, anladığım budur. Kim bunu yanlış anlayırsa, bu fikirlə razılaşmırsa, özü bilər, öz Allahı bilər.

Bölgədə sülh tək mənim deyil, kiçik bir fərdi olduğum millətin arzusudur. Ancaq onun da fərqindəyəm ki, təkcə yerləşdiyimiz bölgədə sülh yetərli deyil, ölkədə sülh də çox önəmlidir.

Bəli, sülh özlüyündə kifayət etmir. Rifah da lazımdır. Yeri gəlmişkən, Trampın özü belə Zəngəzur dəhlizinə ad qoyanda bu iki sözü seçib: Sülh və Rifah.

Əvvəllər də yeri gəlib, yazmışam: sabitlik, sülh təklikdə bir məqsəd ola bilməz, əgər o, inkişafla taclandırılmasa. Məşhur "Dədə Qorqud" filmində müdrikcəsinə deyildiyi kimi: "Torpağı əkib-becərmirsənsə, qorumağa dəyməz, qorumursansa, əkib-becərməyə dəyməz".

Bölgədə sülh, Cənubi Qafqazda düşmənçiliyin, qanlı ədavətin, permanent müharibə havasının dinc qonşuluqla, səmimi dostluqla, faydalı tərəfdaşlıqla əvəzlənməsi çox mühümdür. Ancaq bölgədəki hər bir ölkənin öz daxilində də vətəndaş sülhü, yüksək sosial rifah çox daha önəmlidir.

Məsələn, ölkədəki işsizliyin, yoxsulluğun səviyyəsi məni də narahat edir. Mən də istəyirəm, qiymətlər bu cür həndəsi silsilə üzrə artmasın, ucuzluq olsun, bolluq olsun. Mən də çoxuşaqlı ailələrə effektiv dövlət dəstəyinə tərəfdaram. Mən də ölkə həbsxanalarında günahsız insanların, o cümlədən, söz, fikir, elm adamlarının olmasını istəmirəm. Bunu dəfələrlə yazıb ifadə etmişəm.

Mən də istəyirəm, bizim ölkəmizdə əməkhaqları Litva səviyyəsində olsun. Bu göstəriciyə görə Ermənistandan geridə olmağımız məni də narahat edir. Mən də istəyirəm ki, sərhədlərimiz açılsın, insanlar rahat hərəkət edə bilsin. Mən də istəmirəm ki, ölkədə rüşvətxorluq, korrupsiya olsun.

Heç bir normal adam bunu istəmir. Qüsurları mən də görürəm, öz üslubumda yeri düşdükcə deyirəm, yazıram. Ancaq mən ümummilli məsələlərdə uğurları görəndə, onları da qeyd edirəm.

Burda biz bəzi insanlardan fərqlənə bilərik; kimsə hesab edə bilər ki, hər şey pisdir, mən hesab edə bilərəm ki, hər şey pis deyil. "Hər şey pis deyil" demək, hər şeyin yaxşı olduğunu demək anlamına da gəlmir.

Bunlar toqquşan fikirlər deyil, dediyim kimi, fərqlənən fikirlərdir. Mənə görə, fərqli fikirlərlə normal, mədəni üslubda mübahisə etmək olar. Bax, elə bu sonuncu fikrin özü ilə də razılaşmayan ola bilər. Ancaq mən bu fərqi düşməncəsinə qəbul etmirəm. Təbii ki, fərqli fikir normal, mədəni üslubda ifadə olunursa, heç bir problem yoxdur.

Problemin nədə olduğunu hamımız bilirik, görürük.

Mən bölgədə sülhü həm də ona görə arzulayıram, istəyirəm ki, ölkədə sülh üçün heç bir formal əngəl qalmasın. Qarabağdakı qələbədən sonra, doğrusu, belə bir daxili sülhün mütləq əldə olunacağına mən də inanmışdım. Amma, görünür, hələ həll olunası çox məsələlər, aşılası çox əngəllər var.

Daxili sülh deyəndə, mən, təbii ki, ölkədə azadlıqları və rifahı nəzərdə tuturam. Biz daha azad və daha xoşbəxt yaşamağa layiq millətik; mən buna inanıram. Ancaq buna layiq olmaq azdır, qadir olmaq da lazımdır, elə deyilmi?!

Biz hazırda tarixi bir dövr yaşayırıq. İnsanların da həyatında belə dövrlər var; özünü sanki yenidən doğulmuş kimi hiss etdiyi məqamlar olur. Bu, həyatda dönüş momentləridir. Eynilə dövlətlərin də taleyində belə periodlar yaşanır; sanki bu dövlət indicə, yenicə qurulub və elə bil yenidən qurulur. Müharibədəki qələbə elə hiss etdirmişdi mənə; Azərbaycan sanki yenidən yenicə müstəqil dövlətə çevrilir. Ya da yenidən. Sülh irəliləyişini də elə qəbul etdim. Təkcə mən yox, əminəm ki, çoxluq o cür yanaşdı, o cür qəbul etdi.

Bu, doğrudan da, Rusiyadan qopmaqdırsa, şübhəsiz, təkrar doğulmaq kimidir. Deməli, bu mərhələdə dövlətin bizim dəstəyimizə daha çox ehtiyacı var.

Kim ölkəsini sevirsə, övladlarının gələcəyini düşünürsə, Şimaldan və Cənubdan gələ biləcək təhdidlər qarşısında dövlətinin yanında olmalıdır. Bu, nə qüsurlara, nə uğurlara göz yummaq anlamına gəlmir.

Mən belə düşünürəm. Öz düşüncələrimi yazıram; bu, kiməsə yanlış görünə bilər. Ancaq mən istisnasız olaraq doğru bildiyimi deyirəm. Hər kəsə də bunu tövsiyə edirəm: yanılanda da öz qərarınızla yanılın.

Bu qədər!

Yazıçı-publisist, əməkdar jurnalist Bahəddin Həzi, bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:265
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 14 Avqust 2025 18:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Paşinyanın Moskva səfərinin əsas məqsədi nə olacaq? ŞƏRH

02 Sentyabr 2026 17:44see495

Kəlbəcərin yüksəkliyində yenidən doğulan Zar BÖYÜK QAYIDIŞA SAYILI GÜNLƏR QALDI

03 Sentyabr 2026 12:02see300

Soyuq hava infarkt və insult riskini artıra bilər Günay İsmayılova

02 Sentyabr 2026 15:27see243

Bülbül Vokal Məktəbinin məzunu Hamburq Musiqi və Teatr Ali Məktəbinə qəbul olunub (Foto)

02 Sentyabr 2026 17:03see240

Azərbaycan futbolunun əfsanəsi

03 Sentyabr 2026 00:27see233

Sahibkarlar AQTA dan narazıdır: Obyektlər arasında şəxsi maraqlara uyğun seçim edilərək qərar verilir

03 Sentyabr 2026 10:01see233

ABŞ da kommersiya məqsədli neft ehtiyatları 4,5 milyon barel azalıb

03 Sentyabr 2026 00:30see224

Musa Quliyev: “Maaş artımı ciddi islahatlara və yenilənmələrə ehtiyacı olan səhiyyə sahəsinə mühüm təkan olacaq”

02 Sentyabr 2026 17:43see216

Bir dəqiqə ərzində demensiyanı müəyyənləşdirməyə imkan verən sadə test açıqlandı

02 Sentyabr 2026 05:49see210

Endirim, yoxsa qiymət oyunları? Cibinizdən belə pul çıxır

02 Sentyabr 2026 20:16see196

Azərbaycanın Mərkəzi Asiya və ŞƏT müstəvisində geosiyasi imkanları təhlil olunub

02 Sentyabr 2026 20:20see190

ABŞ də atışmada ikisi polis olmaqla bir neçə insan güllələnib

03 Sentyabr 2026 02:50see188

Əməkdar artist Züleyxa Hacıyeva vəfat etdi

02 Sentyabr 2026 21:50see185

“” portalı “2025 ci ilin ən yaxşı Milli İxracın Təşviqi Platforması” mükafatına layiq görülüb

02 Sentyabr 2026 18:21see181

Kartınızdan xəbərsiz pul çıxır? Səbəbini öyrənin

02 Sentyabr 2026 17:42see180

Tramp açıqladı: Ancaq bu hada Putinlə görüşərəm

03 Sentyabr 2026 03:24see174

“Nestlé” vitamin və qida əlavələri biznesini 1 milyard dollara satır

03 Sentyabr 2026 00:41see172

“Sabah” BOS da oynaya bilər? klub rəsmisindən açıqlama

03 Sentyabr 2026 02:12see166

Təzə, yoxsa qurudulmuş? Əncirin sağlamlığa faydaları nələrdir?

02 Sentyabr 2026 21:07see160

Müharibə iştirakçısı veteran statusu ala bilmir FOTO

02 Sentyabr 2026 23:01see159
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri