Mən o mahnı ilə Röyaya vurulmuşdum
Milli.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Azərbaycanın Xalq artisti Röya Ayxanın keçmiş həyat yoldaşı Anar Cəlilov etdiyi səmimi etirafla diqqət mərkəzinə düşüb.
Milli.Az xəbər verir ki, eks müğənni xanımı ilə bağlı xatirələrini bölüşərək bildirib ki, Röyaya olan hisslərinin yaranmasında onun ifa etdiyi "Bahar" mahnısının xüsusi rolu olub. Anarın sözlərinə görə, o, bu mahnı ilə Röyaya vurulub:
"Röyanın ən çox sevdiyim mahnısı 'Bahar'dır. Mən o mahnı ilə ona vurulmuşam, heç vaxt unutmuram. Ondan əvvəl mahnılarına qulaq asmırdım. Tanış olandan sonra dinləməyə başladım və bu mahnı məni çox təsirləndirdi. Həm də mən mart ayında - bahar fəslində anadan olmuşam".
Anar Cəlilov əlavə edib ki, onların ilk tanışlığı təsadüf nəticəsində baş tutub. Belə ki, Röya Ayxan onun qardaşının həyat yoldaşı ilə dost olub və məhz qardaşının xanımının ad günündə ilk dəfə üz-üzə gəliblər:
"Qardaşımın həyat yoldaşının ad günü idi. İlk dəfə orada gördüm. Elə orada aramızda qığılcım yarandı və münasibətimiz başladı".
Qeyd edək ki, bu açıqlamalar sosial şəbəkələrdə maraqla qarşılanıb və müzakirələrə səbəb olub.
Musa
Milli.Az
Baxış sayı:129
Bu xəbər 03 May 2026 10:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















