Icma.az
close
up
RU
Mən öləndə, məni basdırarsınız... Bakıda adına meydan verilən Şevçenko kimdir?

Mən öləndə, məni basdırarsınız... Bakıda adına meydan verilən Şevçenko kimdir?

Olke.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Paytaxtın Nəsimi rayonu, Azadlıq prospekti ilə Abbasqulu Ağa Bakıxanov küçəsinin kəsişməsi ünvanında, Ukrayna şairi və yazıçısı Taras Şevçenkonun abidəsinin yerləşdiyi meydana Taras Şevçenkonun adı verilib.

Ədibin həmin abidəsi 2008-ci il iyunun 30-da açılıb. Azərbaycan Prezidenti İlham Əliyev və Ukraynanın o zamanki dövlət başçısı Viktor Yuşşenko mərasimdə iştirak ediblər. Mərasimndə Azərbaycan Dövlət xor kapellasının ifasında Taras Şevçenkonun məşhur əsərlərindən biri olan “Dumı moi dumı” əsəri səsləndirilib. Dövlət başçıları mərasimdə çıxış ediblər.

Taras Şevçenko kimdir? 

Ukrayna şairi, rəssam, mütəfəkkir, inqilabçı-demokrat, Ukrayna ədəbiyyatı və təsviri sənətində tənqidi realizmin və inqilabi-demokratik cərəyanın banisi, T. Şevçenko 9 mart 1814-cü ildə təhkimli kəndli ailəsində doğulub. İlk təhsilini kənd keşişindən alıb, 1831-ci ildə sahibi ilə Sankt-Peterburq şəhərinə gəlib. 

İlk kitabı “Kovzar” 1840-cı ildə nəşr olunub. “Kor qadın”, (1842), “Muzdur qadın”, (1845), “Marina” (1848) və s. romanlarında, “Taras gecəsi” (1838) tarixi poemasında T.Şevçenko milli azadlıq mübarizəsinə toxunub. 

Əsərləri Ukrayna ədəbiyyatında siyasi lirika və satira janrlarının inkişafında mühüm rol oynayıb. 1847-ci ildə xəyanət nəticəsində həbs edilib, Orsk qalasına sürgünə göndərilib. 10 il (1847-1857) sürgündə qalan Şevçenko yalnız I Nikolayın ölümündən sonra azadlığa çıxıb. Sürgün illərində rus dilində avtobioqrafik səciyyəli “Çalğıçı” (1854-1855), “Bədbəxt”, “Kapitan arvadı”, “Əkizlər”, “Rəssam” (1856) və s. realist povestlərini yazıb. 

Ukrayna ədəbiyyatının inkişafında T.Şevçenkonun müstəsna xidmətləri olub. Əsərləri dünya xalqları dillərinə tərcümə edilib. 

Taras Şevçenko rəssam kimi də məşhurdur. O, 1838-1845-ci illərdə Sankt-Peterburq Rəssamlıq Akademiyasında oxuyub, K.P.Brullovdan dərs alıb. 

Realist meyillər T.Şevçenkonun erkən yaradıcılığında meydana gəlib, sürgündə yaratdığı rəsmlərində kəskin ifşaedici qüvvə kəsb etmişdir.

O, sürgündən qayıtdıqdan sonra çoxlu qravyüralar yaradıb, 1860-cı ildə mis üzərində qravürlərinə görə akademik adı alıb. T.Şevçenkonun “Çimən Virsaviya” (1860) əsəri R.Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyində saxlanılır.

1861-ci il fevralın 26-da vəfat edib. Həmin ilin mayında vəsiyyətinə görə Kaver yaxınlığında, Dnepr sahilindəki Çerneçyada dəfn edilib. 

SSRİ-də Şevçenko adına Respublika Mükafatı təsis olunmuşdu. 

Onun “Vəsiyyət” adlı şeiri Azərbaycanda dillər əzbəridir. Həmin şeri təqdim edirik: 

Mən öləndə, məni basdırarsınız,

Yüksək bir təpədə, bir dağ başında.

Elə bir yerdə ki, görünsün yalnız

O gözəl Ukrayna... Onun daşında,

Onun tarlasında, geniş çölündə,

Mən öləndən sonra, görüm nələr var!

Sevdiyim Dneprin şən sahilində

Nədən söhbət açır quduz dalğalar!

Mənim Ukraynamdan yuyub aparsa ,

Dnepr yad qanını mavi dənizə,

Onda mən sözümü deyərəm qısa,

Unudub tarlanı, dağı… nə isə,

Son verib fəğana, son verib aha,

Dua eyləyərəm onda Allaha.

Çiçək açmayınca bax, bu arzular,

Edərəm yenə də hər şeyi inkar.

Məni basdırınız, üsyan ediniz,

Qırıb yox ediniz o qandalları.

Düşmənin qanını axıtmaqla siz

Azad olarsınız, biliniz barı.

Mən isə gələcək böyük, şən, xoşbəxt,

O azad və yeni ailənizdə

Xatırlayarsız, hər zaman hər vaxt,

Adımı çəkərək şən dilinizdə

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:93
embedMənbə:https://olke.az
archiveBu xəbər 17 Avqust 2026 15:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see355

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see338

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see298

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see269

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see235

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see212

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see200

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see197

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see193

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see189

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see187

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see178

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see175

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see168

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see168

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see166

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see164

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see163

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see161

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri