Icma.az
close
up
RU
Mən öz birinciliyimi filmdəki “ermənilərə” verirəm...

Mən öz birinciliyimi filmdəki “ermənilərə” verirəm...

Qafqazinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Dünən təqdim olunan “44”ün rəngarəng görüntüləri, parlaq səhnələri və möhtəşəm prezentasiyasından sonra ortaya çıxıb fərqli nəsə qeydlər eləmək müşkül məsələdir. Xüsusilə, “Filmin sonu” yazılandan sonra pərdənin arxasından çıxan şəhid anaları film içində möhtəşəm bir film ikən. Məncə, o analara bu şəkildə təşəkkür alqışı yaratmaq ayrı heç cür mümkün deyildi. Alqışdan söz düşmüşkən, Heydər Əliyev Mərkəzinin divarları yəqin ki, bu qədər sürəkli alqışa şahidlik etməyib... 

Qayıdaq filmə. 

Əlbəttə ki, yaxın günlərdə nümayişinə başlanılacaq “44” bədii filmi haqqında əsas sözü kino tənqidçiləri, mütəxəssislər deyəcək. Mənim isə filmə baxa-baxa apardığım şəxsi qeydlər oxucuya maraqlı gələr deyə düşünürəm. 

“44” bədii film kimi təqdim olunsa da, əslində hər detal həm də sənədli görünür. Sanki Vətən Müharibəsi bu filmlə sənədləşdirilib. Gələcəkdə kim bu müharibə haqqında kino çəkəcəksə, mütləq “44”ə baxmalı olacaq. Ən diqqətçəkən məqamlardan biri Ali Baş Komandanın əvvəldən sona kimi ya əzmkar görüntüsü, ya da bütün otaqlara yansıyan səsi ilə filmdə iştirak etməsidir. 

Müharibədə iştirak edənlərdən başqa heç kim döyüşçülərin necə şəhid olduqlarını, bu prosesin necə baş verdiyini görməyib. Filmdə ən təsirli məqamlardan biri şəhidlik zirvəsinə ucalma prosesinin fiziki olaraq necə baş verdiyini çatdırmaqdır. Şuşa ətrafındakı döyüşlərdə qan içində çabalayan komandirin “məni Cıdır Düzünə qaldırın” deməsi, məhz arzuladığı yerə, hətta şəhid kimi çatmaq arzusu çox dəqiqliklə ifadə olunub. Mən yüz faiz inanıram ki, ssenaridə yer alan “Şuşanı görməyən sonuncu nəsil biz olacağıq” ifadəsi bu şəhər uğrunda döyüşə hazırlaşan neçə şəhidimizin dilində səslənib… Və bu o deməkdir ki, bundan sonra gələcək bütün nəsillər Şuşasız olmayacaq.

“Şuşa öz övladlarının tərəfində döyüşəcək” kəlməsi də kadrlarda gözəl əks olunub. Adama elə gəlir ki, ekranda “3 noyabr”, “6 noyabr”, “8 noyabr” yazılan film görüntüləri məhz elə həmin tarixlərdə də çəkilib... Daha bir həssas detal isə Azərbaycan əsgərinə məxsus davranışı, yaralı döyüş yoldaşının qaynar nöqtədən uzaqlaşdırılması səhnəsidir. Əsgərlər Şuşada yaralanan yoldaşlarına “sən qal, məscidi süpür. Tək ayaqla da məscid süpürmək olar”, - deyib zarafatlaşır, özləri irəli atılırlar. 

Aktyor oyunlarına gəlincə, həm baş, həm də epizodik rolların əksərinin ifasından məharətlə gəlindiyini düşünürəm. Xüsusilə, türkiyəli aktrisa Özgə Görel öz roluna çox yaraşıb. Amma mən öz birinciliyimi filmdəki “ermənilərə” verirəm... Orada ermənilərlə bağlı verilən mesajlar, “Sarkisyan”ın arxadan açdığı atəş, əsgərimizin şəhid olduğu son anda “Sarkisyan mifi”ni dağıdaraq onu öldürməsi tamaşaçıya ötürülən əsas mesajlardan biridir. Filmdə belə Azərbaycan əsgərinin düşmənin mülki şəxsinə atəş açmaması müharibədə nə qədər humanist davrandığımızın təcəssümüdür. 

Xüsusilə, “erməni snayper” rolunu canlandıran yeni nəsil aktyorumuz Hikmət Rəhimovun istedadlı oyununa baxıb sadəcə bunu deyə bilərəm: Məlik Dadaşovun “Fəryad”da yaratdığından sonra ən möhtəşəm erməni obrazını canlandıra bilmişik. Doğrudan da düşməni canlandırmağı bacarmaq lazımdır, yoxsa ona qalib gəlmək çətin olar...

Bir də hələ treylerlərini izləyəndə düşündüyüm incə detal var. “44”ün sonuna atəş açılaraq qoyulan nöqtə. Nöqtəni qoyanda da, belə qoyarlar...

Elbrus Ərud

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:121
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 13 Oktyabr 2026 13:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see268

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see251

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see237

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see226

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see225

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see222

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see208

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see207

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see204

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see197

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see197

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see196

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see186

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see179

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see178

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see178

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see173

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see166

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see162

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri