Mən Rodrisiz iki dəfə Premyer Liqanın qalibi olmuşam Bernardu Silva
Icma.az, Fanat portalına istinadən məlumat yayır.
"Mançester Siti"nin futbolçusu Bernardu Silva komanda yoldaşı Rodrinin uzun müddətə sıradan çıxmasının nəticələrə nə dərəcədə təsir etdiyi ilə bağlı sualı cavablandırıb.
Fanat.Az xəbər verir ki, onun sözlərini "City Xtra" belə çatdırıb:
"Mən Rodrisiz iki dəfə Premyer Liqanın qalibi olmuşam. "Mançester Siti" tarixinin ən yaxşı oyunçusu sayılan Kevin De Bröyne isə qazandığımız 6 çempionluğun ikisində ən azı 6 ay komandaya kömək edə bilməyib. Bu səbəbdən Rodrinin zədəli olması bizə bəraət qazandırmır. Ən azı ona görə ki, hazırda Rodrinin mövqeyində cari mövsümün ən yaxşılarından olan Mateo Kovaçiç çıxış edir. Əlbəttə, Rodri çox önəmli futbolçudur, dünyada onunla eyni səviyyədə oyunçu yoxdur. Həm müdafiə, həm də hücum bacarığı, həlledici anlarda səhnəyə çıxması, qollar vurması çox şey deməkdir. Mən bütün bunları yüksək səviyyədə edə bilən başqa oyunçu görməmişəm. Amma bizim uğursuz çıxışımızın səbəbi məhz Rodrinin zədələnməsi deyil. Müdafiəçilərimizin olmaması vəziyyəti mürəkkəbləşdirdi".
Nihat
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:125
Bu xəbər 07 Yanvar 2025 16:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















