Mən sənətdə olanda Namiq yox idi
Icma.az, Milli.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Meyxana aləmində yeni qalmaqalın əsası qoyulub. Meyxanaçı Namiq Məna Namiq Qaraçuxurlu barədə danışıb.
Milli.Az lent.az-a istinadən bildirir ki, şou proqramlardan birinə qatılan Namiq Məna belə deyib:
"Mən Namiq sənətdə olanda o biri Namiq (meyxanaçı Namiq Qaraçuxurlu) yox idi, o, sonradan gəlib".
İfaçı həmkarı Namiq Qaraçuxurlunun meyxananı xanımlara sevdirməsi barədə deyilənlərə etiraz edib:
"Heç kimin haqqına girməyin. Nizami Rəmzi meyxananı xanımlara sevdirib. Adaşım 1996-cı ildə sənətə gəldi. Zəhməti var, danılmazdır. Deyirlər, musiqili meyxananı kim gətirib?
Bunu Nizami Rəmzi və Ağasəlim Çıldaq edib. Meyxana ilə Amerikaya gedib çıxmışam, "Tərəqqi" medallıyam".
Milli.Az


Mən sənətdə olanda Namiq yox idi
13 Noyabr 2024 19:32
Mən sənətdə olanda heç Namiq yox idi
13 Noyabr 2024 14:12

