Icma.az
close
up
RU
Mən uğurun sirrini bunda görürəm

Mən uğurun sirrini bunda görürəm

Icma.az, Footbal-plus portalına istinadən məlumatı açıqlayır.

“Zirə” Misli premyer-liqasının 15-ci turunda “Sumqayıt”ı darmadağın etdi - 4:1.

“Football-plus.az” xəbər verir ki, “qartallar"ın baş məşqçisi Rəşad Sadıqov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavabladı.
- Çox maraqlı oyun oldu. Sürətli, dinamik və aqressiv oyun izlədik. Hər iki komanda baxımlı oyun nümayiş etdirməyə çalışdı. Birinci hissədə hər iki tərəf fərqləndi. Qol epizodlarımızdan ilk hissədə fərqlənə bilmədik. Meydanda bərabər şəraitli mübarizə gedirdi. “Sumqayıt” aqressiv pressinq tətbiq edirdi. Hücumlar qurmağa çalışırdıq. İkinci yarıda rəqibdən üstün oynadıq. Qol epizodlarından səmərəli istifadə etdik və qələbə qazandıq. Bu yükün altına girdikdə biraz narahatçılıq var idi. Rəqibi analiz etdikdə çox maraqlı detallar bizi cəlb elədi. Vaqif Cavadovu təbrik edirəm. Qarşıda “Şamaxı”ya qarşı kubok oyunu bizi gözləyir.
- Vaqif Cavadov qeyd etdi ki, qolları biz hədiyyə etdik. Bu barədə nə düşünürsünüz?
- Düşünürəm ki, yaxşı pressinq tətbiq edib, hücuma keçidlərdən qollarımızı vurduq. Mövqe hücumundan müasir futbolda qol vurmaq çətindi. Təhlil etdikdən sonra bəlkə də fikrim dəyişəcək.
- Orxan Məmmədov da komandanı təbrik eləmək üçün paltardəyişmə otağına gəlmişdi. Qələbə münasibəti ilə hansısa söhbət oldumu?
- Bizim üçün də sevindiricidi. Orxan müəllim komandanı paltardəyişmə otağında təbrik etdi. Müəyyən mövzular var ki, mətbuat konfransında danışmaq doğru olmaz. Çətin zamanlarda Orxan müəllim hər zaman özünü önə verir.
- Utziqin durumu nə yerdədi?
- Görsənən odu ki, zədəsi ciddidi. Qismət Alıyevi itirdik. 4-5 həftə meydandan uzaq qalacaq. Görsənən odu ki, qış fasiləsindən sonra oynaya biləcək. Sabah MRT olunacaq. Utziq dözümlü, əzmkar futbolçulardan biridi. Ümid edək ki, uzun müddət bizdən ayrı qalmasın. Bu gün yerli futbolçuları itirmək bizim üçün böyük itkidi.
- David Volkov bu gün möhtəşəm qollar vurdu. Onun qış fasiləsinə qədər bu tempdə qalması üçün nə lazımdı?
- Məşqlərdə əzmkarlığı ortaya qoyanda meydanda hər şey yaxşı alınır. Söhbət tək Vokovdan getmir. Belə olduqda oyunda çox şey alınır. Mən uğurun sirrini bunda görürəm.
ƏSƏD SEYİDOV

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:184
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 30 Noyabr 2024 20:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see329

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see326

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see319

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see287

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see282

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see277

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see273

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see267

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see263

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see255

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see242

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see232

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see232

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see229

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see223

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see221

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see218

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see214

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see211

İlkin tibbi yardım üçün ən yaxın səhiyyə müəssisəsinə müraciət edilməlidir Həkim

21 Oktyabr 2026 17:48see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri