“Məncə, o yaralanıb, amma hansısa formada sağdır” Tramp
Gununsesi saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
ABŞ Prezidenti Donald Tramp İranın yeni Ali rəhbəri Müctəba Xameneinin salamat, amma yaralı olduğunu açıqlayıb.
Gununsesi.info xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Agentlik yazıb ki, Müctəba Xameneinin bazar günü Ekspertlər Şurası tərəfindən seçilməsindən sonra iranlılar onu görməyiblər, yeni ali rəhbərin ilk bəyanatını cümə axşamı televiziya aparıcısı səsləndirib.
İran rəsmisi “Reuters”ə bildirib ki, Müctəba Xamenei yüngül xəsarətlər alıb, dövlət televiziyasının onu müharibədə yaralanmış kimi təqdim etməsinə baxmayaraq, vəzifələrini yerinə yetirməyə davam edir.
“Düşünürəm ki, o sağdır. Məncə, o yaralanıb, amma hansısa formada sağdır”, – Donald Tramp “Fox News”a deyib.
Müctəba Xamenei isə ilk bəyanatında Hörmüz boğazını bağlı saxlamağa söz verib və qonşu ölkələri öz ərazilərindəki ABŞ bazalarını bağlamağa çağırıb, əks halda İranın onları hədəfə ala biləcəyini iddia edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 13 Mart 2026 10:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















