Icma.az
close
up
RU
Məndən olsaydı, o teatrı bağlayardım

Məndən olsaydı, o teatrı bağlayardım

525.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Əməkdar artist Füzuli Hüseynovla söhbət

- Füzuli bəy, illər öncə bir müddət teatrdan uzaqlaşdınız, amma sonra yenidən qayıtdınız. Niyə getmişdiniz, niyə qayıtdınız?

- Səhhətimlə bağlı problem yaranmışdı, ona görə getməli oldum. Həm də teatr o dövrdə çox bərbad vəziyyətdə idi. Atmosfer normal deyildi deyə dedim, həm müalicəmlə məşğul olum, həm də bir müddət aralanım. Sonra elə oldu ki, aldatdılar və qaytardılar. Sözün açığı, qayıtmaq fikrim yox idi, amma aldadıb qaytardılar.

- Tez aldanansınız?

- Tez aldanam deyiləm, amma aldatmaq olur. Onu da Mərahim Fərzəlibəyov bacardı. Dedi, bir iş üçün dəvət edirəm. Bir-iki ay başımı bişirdi və razı saldı. Ondan sonra da ilişib qaldıq burada. Bu, bir xəstəlikdir, bir bəladır, giriftar olmayan bilməz.

- Sənət yoldaşlarınızın bir çoxunu itirmisiniz. Demək olar ki, geriyə köhnə nəsildən çox az sayda sənətkar qalıb. Yeni gələn gənc nəsil köhnə nəsilin yerini verə bilirmi?

- Əslində, bizim belimiz qırılacaq. Hər yeni nəsil özündən əvvəlkiləri bəyənmir. Yavaş-yavaş yaşlı nəslin nümayəndələrini itirdikcə zərbələri biz götürməli olacağıq. Biz də bizdən əvvəlkiləri bəyənmirdik. İndiki cavanlar da tamam başqa cür düşünürlər. Cəmiyyət inkişaf etdikcə yeni metodlar, yeni formalar ortaya çıxır. Keçən il Qazaxıstanda bir tamaşaya baxdım, birinci yerə layiq görüldü. Amma məndən olsaydı, həmin teatrı bağlayardım. Nə aktyorların üzü görünürdü, nə də bir kəlmə danışırdılar. Hamısının üzündə maska var idi, ora qaçırdılar, bura qaçırdılar. Axırda da birinci yer onlara verildi. Niyə verildi, nəyə görə verildi, anlaya bilmədim. Biz klassik teatra alışmışıq. Amma bu o demək deyil ki, biz deyən olmalıdır. Müasir zaman, müasir düşüncələr tamam başqa şeyi diktə edir. Ona görə də mən ona pis baxmıram. Gənclərin özlərindən əvvəlki nəsli bəyənməməsi normal bir şeydir. İnkişafın təməlin qoyurlar. Əvəzolunmaz adam yoxdur. Hamını əvəz etmək olar. İndi gənclərin dövrüdür. Biz yaşadığımızı yaşadıq. Onlar nə edirlərsə, qəbul etməlisən, başqa çarən də yoxdur. Qəbul etməyə bilmərsən, çünki qəbul etməyəndə səni eşitmirlər. Səni eşitmirlərsə, o sözü deməyin mənası yoxdur.

- "Sənsiz" tamaşasında gənclərlə eyni səhnəni bölüşmüsünüz. Belə hallarda köhnə nəsillə yeni nəsil arasında fikir ayrılıqları olurmu?

- Təbii ki, olur. Hər halda, fikrimi izah etməyə gücüm çatır. Sözsüz, mübahisələr, anlaşılmazlıqlar olur. Bu da normal haldır. Hərçənd ki, mən o tamaşanı və rolumu bəyənmirəm.

- Niyə?

- Mənim belə bir xasiyyətim var, heç bir işimi bəyənmirəm.

- Gördüyünüz işi bəyənmədiyiniz halda sizi burada tutan səbəb nədir?

- Bu, mənim peşəmdir, bunu oxumuşam, əlifbasın keçmişəm. Nə də ki buna görə heç vaxt özümə artist demirəm. Mən artist deyiləm. Sadəcə teatrda oyun oynamaq bizim peşəmizdir. Mənə maraqlı gələn əsər və yaxşı rejissor olanda razılaşıram, ürəkdən işləyirəm. Olmayanda da yenə məcbursan, işləməlisən. Fəhlə daşı buradan götürüb ora qoymalıdır ki, divarı hörsün. Sən bəyənsən də, bəyənməsən də, məcbur olub bunu etməlisən.

- Bəzi tənqidçilərin fikrincə, həmin tamaşada gənc aktyor Elsevər Rəhimov obrazı sizdən yaxşı canlandırmışdı.

- Təbii ki, elə də olmalıdır. Elsevər yerini bilən, istedadlı aktyordur. Ümumiyyətlə, özümdən başqa hamını bəyənirəm. Məndən başqa hamı yaxşı işləyir. Bilrsiniz, mən dövrünü yaşayıb, oradan yapışıb-duran insanlardan deyiləm. Biz artıq getməliyik. Bizim bir ayağımız o tərəfdədir, ömrümüzün qış dövrünü yaşayırıq. Təəssüflənirəm ki, niyə 60 yaşında bizi pensiyaya göndərmirlər? 60 oldu gərək gedəsən.

- Teatrda olan qalmaqalların mərkəzində sizin adınızı da tez-tez görürük. Hətta buna daha çox rəhbərlik dəyişəndə şahid oluruq.

- Dəyişəndə yox, yenisi gələndə narazı oluram. Düzgün işləmirsə, narazı oluram və bunu da özünə bildirirəm.

- Bir çox aktyorlar ya görünmək xatirinə, ya da daha çox pul qazanmaq üçün hər işə razılıq verirlər. Amma siz deyəsən, bu mövzuya daha həssas yanaşırsınız.

- Pul qazanım deyə çəkilənlər əslində, pul qazanmırlar. Sadəcə görünmək üçün gedirlər və necə görünürlərsə, elə də itib gedirlər. Bizim kollektivə dəfələrlə demişəm ki, hər işə getməyin, bir az qiymətinizi bilin. Bilirsiniz, bir az kobud səslənəcək, amma elə olanda adam həyasızlaşır. Mən elə olmaq istəmirəm. Təkliflər gəlir, amma mənim üçün vacib olan yaxşı əsər və kollektivin olmasıdır. Filmdə də operatorundan tutmuş rejissor köməkçisinə qədər hər kəs işini bilən peşəkarlar olmalıdır. Elə olanda az məbləğə belə razılıq verirəm. Amma təbii ki, maddi tərəf də önəmlidir. Az məbləğ deyəndə mən "hər yanda görünüm" deyənlər kimi çəkilmirəm. Çox uğurlu işdirsə, pulsuz çəkilərəm, ya da ki, layiqincə haqqımı tələb edərəm. Ona görə məndən ehtiyat edirlər. Bir çoxları düşünür ki, qəliz adamam. Əslində, elə deyil. Mən heç kimi heç vaxt yarı yolda qoymamışam. Özüm-özümə qiymət qoya bilirəmsə, bəsimdir. Çox tanınmağı sevmirəm. Heç kimdən seçilmək istəmirəm. Küçədə kimsə məni tanıyanda deyirəm, yox, səhv salmısınız, mən o deyiləm.

- Amma Spartak sizi tanıtdı.

- O, baş bəlası oldu da (gülür). Son zamanlar düşünürəm ki, hərənin alnına bir şey yazılıb. O qədər baş rollar var ki, heç kim onu xatırlamır. Heç olmasa məni, həmin obrazla xatırlayırlar. Bununla özümə təsəlli verirəm.

- Maraqlıdır, "Sənsiz"də baş rol almağınıza baxmayaraq, sizi "Təhminə" filmindəki ikinci dərəcəli obrazla - Spartak obrazı ilə tanıdılar.

- Bilirsiniz, dövrə görə Anarın əsəri daha populyar idi. "Sənsiz" daha çox repressiya dövrünə həsr olunmuşdu. Sözün düzü, orada rol almağı heç istəmirdim. Amaliya Pənahovanın təkidi ilə razılaşdım. Onun bir xasiyyəti var idi, bir şeyi dedisə, mütləq olmalı idi. Mən də onu qırmamaq üçün razılıq verdim. Hərçənd, həmin işi də heç cür bəyənmədim.

- Bir vaxtlar həm Bakıdan, həm də rayondan sizə ünvanlanmış çoxlu məktublar gəlib. Həmin məktublardan hansı daha çox yaddaqalan olub?

- Adətən sevgi dolu məktublar alırdım. İndi həmin məktublar sosail şəbəkələrdə yenə gəlir. O gün bir nəfər yazıb ki, mən 10-cu sinifdə oxuyanda sizə məktub yazmışdım. Normal bir şeydir. Buna görə özümü dartıb dağ başına qoymağım lazımsızdır. Elə insanlara nifrət edirəm. Bir gün mən də onlar kimi olsam, özümə də nifrət edərəm. Bir çoxları deyir, məndən yoxdur. Necə yəni, yoxdur? Sən kimsən axı? Elə an olar ki, səni heç edib ayaq altına qoyarlar. Həyatda hər şey olur. Mənim də heç kimin yanında gözükölgəli bir işim yoxdur. Sona qədər dostuma dost, düşmənimə düşmənəm. Sözüm, tənqidim, şillə vurmağım da varsa, vaxtında edirəm. Mənə deyirlər, nə üçün belə edirsən? Deyirəm, belə qəbul edin məni. Mənim də xarakterim budur.

- Bəs sizi belə qəbul edirlər?

- Görünüşdə hə, təbii ki, mən gedən kimi dalımca da danışırlar. Onlara da yeri gələndə sözümü deyirəm. Buna baxmayaraq az da olsa, özüm kimi qeyrətli və sədaqətli dostlarım var. Onlara görə yaşamağa dəyər.

- "Bəyin oğurlanması" filminə çəkiləndən sonra əsgərliyə getmisiniz. Orda biliblər ki, siz kimsiniz? Münasibətləri necə oldu?

- Yerli uşaqların çoxusu tanıdı. Əsgərliyim Tiflisdə başladı. Heç cür o aləmi qəbul edə bilmirdim. Ümumiyyətlə, başımın üstündə müdir olmasını qəbul etmirəm, əmrə tabe olmağı sevmirəm. "Füzuli" sözünün mənası axına qarşı getməkdir. Əsgərlikdə də sistemi qəbul etmirdim deyə davamlı olaraq komandirlərlə mübahisə edirdim. İki ay Tiflisdə əsgərlikdə oldum. Onun bir ayını əsgərlərin həbsxanasında keçirdim. Axırda məni oradan qovaladılar. İrəvanda hərbi xidmətə başladım. Orada da elə bir batalyona düşdüm ki, bir dənə normal insan yox idi. Bütün kriminallar həmin komandada idi. Komandir onların heç birini sevmirdi. Ali savadlı olduğuma və rus dilini bildiyimə görə məni rota komandiri qoydular. Mən də bizim uşaqların hamısına kömək edirdim. Ermənilərlə, gürcülərlə davalarımız olurdu. Orada həbsə düşmədim, amma komandirlərin qəzəbinə tuş gəlmişdim deyə məni buraxmaq istəmirdilər. Deyirdilər, səni ya həbsxanaya göndərəcəyik, ya da hamıdan gec buraxacağıq. Elə oldu ki, Allah üzümə baxdı. Gecə əmrləri yazan rəisin evinə gedib ona konyak bağışladım. O da dedi ki, sabah gecə hamı yatandan sonra gəl, sənədi götür. Sənədi götürdüm və səhər 5-də mindim avtobusa getdim. Sonra uşaqlar mənə danışırlar ki, səhər yeməyindən sonra əsgərlərin bölgüsünü edəndə komandir baxdı, dedi Hüseynov hanı? Uşaqlar deyib, çıxıb getdi. Komandir qışqırıb ki, qaytarın onu geri. Hara qaytarırlar, mən artıq səhədi keçib Tovuzda çörək yeyirdim (gülür).

- Ötən gün "Yuğ" Teatrında tamaşa zamanı aktyor Elşən Əsgərov tamaşanı yarıda qoyub tamaşaçılardan üzr istəyərək səhnəni tərk etdi. Bəziləri, bunun səbəbini "Yuğ" Teatrının binasının olmamasında, ümumiyyətlə, teatrlara diqqətin az olmasında gördü. Siz bu barədə nə düşünürsünüz?

- O barədə oxudum. Amma tam anlamadım. Ümumiyyətlə, Yuğ Teatrında belə şeylər olur. Ona görə o hadisəyə qeyri-adi baxmadım. Rəhmətlik Vaqif İbrahimoğlu insanın ağlına gəlməyəcək şeylər edirdi. Kimsə Otellonu oynayan yerdə digəri qıraqdan çıxıb deyirdi, nə qışqırırsan? Ola bilər ki, onların da etdiyi bir oyun tərzidir, səs salmaq üçün ediblər. O ki qaldı digər məsələyə. Artıq bütün dünyada teatrlar tənəzzülə gedir. Hətta mən bir dəfə dedim ki, teatr binasını yaxşı bir restorana, kazinoya çevirmək olar. Mənə elə gəlir ki, teatr yavaş-yavaş sıradan çıxacaq və lazımsız bir şey olacaq. Çünki kim nə istəyir, onu edir. Ağılasığmaz şeylər edirlər. Həmçinin kino sahəsində də bu hal yaşanır. Bir dənə kinostudiyanı 1990-cı ildən təmir edib bitirə bilmirlər. Mən bu barədə çıxış elədim. Dedim, gəlin vergiləri tutaq, siqaret çəkəndən beş qəpik, içki içəndən hər şüşəyə görə 50 qəpik vergi tutulsun. Məni də başçı qoyun, bir ilə kinostudiyanı tamamilə dəyişərəm. Yoldan ötən, toy çəkən gəlir, film çəkir. Kimi gəldi - qohumlarını, "zapravkada" işləyəni gətirib kinoya çəkirlər. Bu o deməkdir ki, bu sahə yavaş-yavaş sıradan çıxacaq. Adam nə qədər "Ölülər" oynayar... Bəsdirin də, yetər artıq. Elə əsərlər var ki, o barədə düşünəndə, oxuyanda adamın tükləri biz-biz durur. Yanaşma dəyişməlidir. Mənə elə gəlir ki, bu qədər teatra ehtiyac yoxdur. Artıq mən də sakit oturmağı seçmişəm, daha bizimki bitib. Görək gənclərimiz nə edəcək. Hər halda, uğurlu tamaşalar olur. Dünya başqa istiqamətdə gedir. Məsələ qəlizdir. Bizim qatarımız gedib. Dövr indi gənclərindir, görək, neyləyəcəklər.

Ləman İLKİN

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:79
embedMənbə:https://525.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Myanmada güclü zəlzələ yüzlərlə insan həlak oldu və yaralandı — ANBAAN VİDEO

28 Mart 2025 20:35see465

Elməddin: Biznesim batdı, dirçəldə bilmədim

29 Mart 2025 21:14see203

Zəlzələdən sonra xarici ölkələrdən yardım istədilər

28 Mart 2025 23:06see193

Ən çox asılılıq yaradan 2 növ spirtli içki...

29 Mart 2025 01:50see131

Vətəninə və Musiqi Sənətinə Həsr Olunmuş Bir Həyat

29 Mart 2025 19:18see130

Yer atmosferində yerdənkənar həyatın mümkün izləri aşkar edilib..?

29 Mart 2025 01:10see123

Kadi “Turan Tovuz”un qapıçısından üzr istəyib

29 Mart 2025 01:08see121

Sanki güzgüdə özümə baxıram: Mbappedən maraqlı yanaşma FOTO

28 Mart 2025 23:01see120

Superliqada 29 cu tur start götürdü “Fənərbaxça”dan qələbə

29 Mart 2025 01:05see119

Fransanın dövlət borcu rekord səviyyədədir

29 Mart 2025 06:25see117

PSJ 3 xalı 6 qolla qazanaraq çempionluğa doğru gedir VİDEO

30 Mart 2025 01:19see116

13 yaşlı qıza müəllimi, 11 yaşlı qıza əmisi təcavüz edir… Psixoloq

29 Mart 2025 01:04see114

Vüsal heç heçənin iştirakçısı oldu

29 Mart 2025 02:22see114

“Qadın Sağlamlıq İndeksi” açıqlandı: Ölkəmizin yeri…

29 Mart 2025 02:02see114

Orban administrasiyası vətəndaşların poçtuna bülleten göndərir: səbəb…

29 Mart 2025 23:52see112

Ukrayna demək olar ki, ABŞ la yeni müqavilə şərtləri ilə razılaşmayacaq

30 Mart 2025 02:46see110

Qazaxda narkokuryerlər saxlanıldılar

30 Mart 2025 14:50see110

BVF Ukraynada münaqişənin 2025 ci ilin sonuna qədər bitəcəyini proqnozlaşdırır

30 Mart 2025 03:06see109

Bölgədə güc balansı dəyişir Türkiyə bu ölkəyə xüsusi təyinatlılar GÖNDƏRİR

29 Mart 2025 20:04see109

Tbilisidə parlament binası yaxınlığında bir neçə etirazçı saxlanılıb

29 Mart 2025 06:07see109
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri