Icma.az
close
up
RU
“Mənə Azərbaycana gəlmək qadağandır” MÜSAHİBƏ

“Mənə Azərbaycana gəlmək qadağandır” MÜSAHİBƏ

Icma.az, Moderator.az portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan Premyer Liqasının lideri “Sabah” bir neçə gün öncə bosniyalı futbolçu Boyan Letiçlə yolları ayırdı. 2022-ci ilin fevralından “bayquşlar”ın üzvü olan 33 yaşlı müdafiəçi ümumilikdə 125 oyun keçirib, həm də klubun tarixində önəmli rol oynayıb. Letiç "Sabah"ın tarixində ən çox oyun keçirmiş ikinci oyunçu olmaqla yanaşı, həm də avrokuboklarda ilk qolunun müəllifidir.

Moderator.az xəbər verir ki, Letiç Teleqraf.az-a müsahibəsində həm ayrılığının səbələri, həm də digər sualları cavablandırıb:

- “Sabah”dan niyə ayrıldınız?

- Mən açıq danışacağam və necə baş verdiyini izah edəcəyəm… Premyer Liqanın ikinci turunda “Şamaxı” ilə oynayacaqdıq. Mən həmin oyundan 3 gün əvvəl biləyimi zədələdim və nəticələr göstərdi ki, iki aylıq fasilə etməliyəm. 7 gün keçmişdi, klubun direktoru gəlib dedi ki, mənim yerimə əvəzləyici tapılıb və mən çempionat üçün PFL-də qeydiyyatdan keçməyəcəyəm. Bu, mənim üçün ilk bir neçə günlük şok oldu. Açığı, belə bir şeyin mənim başıma gələ biləcəyini gözləmirdim. Çünki kluba verdiyim faydalar var. Amma həyat belədir, öyrəşir və irəli baxırsan.

- Adınız sonradan protokola nə üçün salınmadı? Baş məşqçinin bu qərarında ədalətsizlik hiss etdinizmi?

- Bu, düzgün deyil… Düşünürəm ki, hər şey fərqli və daha yaxşı şəkildə bitə bilərdi, belə yox… Amma “Sabah”dan heç bir şikayətim yoxdur. Səmimi olmalıyam, bu 4 il ərzində həm o klubdan, həm də Bakıdan həzz aldım.

- “Sabah”da tarix yazmış oyunçusunuz. Avrokuboklarda klubun qolunu vuran futbolçu olmaqla yanaşı, ən çox oyun keçirən legionersiniz. Hər kəs sizin karyeranızı “Sabah”da bitirəcəyinizi gözləyirdi. Sizin də belə bir planınız var idi?

- Düzünü desəm, şüuraltı olaraq karyeramı “Sabah”da bitirəcəyim barədə bir düşüncəm var idi. Çünki bu klub üçün hər şeyi etmişdim. İnsanların mənə karyeramı orada başa vura biləcəyimlə bağlı danışdığı bəzi söz-söhbətlər də var idi, amma mən bunlara həmişə müəyyən ehtiyatla yanaşmışam. Heç kimə tam etibar etmirdim, çünki karyeram boyu bir çox hallarda nəsə deyib, sözünü yerinə yetirməyən insanlarla rastlaşmışam. Deyə bilərəm ki, həmin zədə hər şeyi dəyişdi.

- Ümumilikdə, peşəkar futbolçu kimi, bu vəziyyət sizə necə təsir etdi? Dambrauskasla oyun vaxtınız barədə şəxsi danışığınız olmadımı?

- Bu, mənim üçün şok oldu. Mənim baş məşqçi ilə çox yaxşı münasibətim var idi. Həqiqətən bilmirəm ki, bu qərara görə məsuliyyət daşıyan kimdir. Bu barədə klubdan soruşmaq lazımdır. Amma məncə, bu, artıq heç bir əhəmiyyət daşımır.

- “Sabah”a Murad Musayev dönəmində gəldiniz, sonra Krunoslav Renduliç, Vasili Berezutski və Valdas Dambrauskasla çalışdınız. Bu məşqçilər karyeranıza necə təsir etdilər?
- Mən Murad Musayev ilə özümü çox yaxşı hiss etdim, çünki mənim üstünlüklərimi görən və sistemini mənim üzərimə quraraq dəyişən baş məşqçi idi. Mən hələ də inana bilmirəm ki, o “Sabah”dan getdi və belə bir məşqçini necə buraxdılar, başa düşmürəm… Renduliç ilə daha çox müdafiə üslubunda oynadıq, amma mən ən yaxşı statistikaya malik idim, Berezutski haqqında şərh verməyəcəyəm. Dambrauskasın əla məşqçi olduğunu demişdim və o gəldiyi zaman münasibətlərimiz əla idi, lakin onunla çox oynamadım, çünki qeydiyyatdan keçməmişdim.

- Sizə yaxşı təklif olub ki, sonradan getmədiyiniz üçün peşman olmusunuz?

- Əlbəttə, təkliflər olub… Açığı, Murad Musayev klubu tərk etdikdən sonra getmədiyim üçün peşman oldum. Amma getmək imkanım yox idi, çünki o klubdan ayrılmazdan az əvvəl müqaviləmi uzatmışdım. Keçən yay iki təklif aldım və yenə də getmədiyim üçün peşman oldum. Çünki mənə bir şey vəd edilmişdi, ona görə də onu pozmaq istəmədim.

- Hansı vəddən söhbət gedir?

- Bu, klubla mənim aramda olan məsələdir, açıqlaya bilməyəcəm.

- Azarkeşlər sizi Azərbaycanda çıxış etmiş ən yaxşı əcnəbi oyunçulardan biri hesab edirlər. Niyə klub sizə tam güvənmədi?

- Mən hər oyunda və məşqdə əlimdən gələni etdim. Onlar bunu qiymətləndirdilər və əlbəttə, keyfiyyətimə bələd edilər. Bəzən belə olur ki, nəsə yaxşı keçmir, amma heç kim mənə deyə bilməz ki, mən döyüşməmişəm. Mən heç vaxt özümə şübhə etməmişəm.

- Futbolçu kimi hansı məqsədlərə nail oldunuz və hansı hədəfləriniz qalır?

- Mənim məqsədim ya İtaliyada, ya da İspaniyada oynamaq idi ki, buna nail oldum. Əlbəttə, hələ də məqsədlərim var, amma onlar barədə danışmaq istəmirəm.

- “Sabah”da sizi ən çox kim dəstəkləyirdi? Klubda kiməsə qarşı incikliyiniz olub?

- Heç kəsi seçməzdim, mənim həqiqətən hər oyunçu ilə yaxşı münasibətim olub. Hər kəslə düzgün münasibət qurmağa çalışmışam və hesab edirəm ki, bunu yerinə yetirdim. “Sabah”da çox xatirə qalan oyunlarım olacaq, amma Bakıdakı “Partizan”la oyunu seçərdim, çünki yaxşı oynadım və gözəl qol vurmuşdum.

- Karyeranızı harada davam etdirməyi planlaşdırırsınız? Azərbaycandan təklif almısınız?

- Mənə bu qış transfer pəncərəsində Azərbaycana gəlmək qadağandır. Mən artıq iyundan Azərbaycana gələ bilərəm, amma hər şey oradakı klubların yaydan məni istəyib-istəməməsindən asılıdır.

- Yəni, bu, "Sabah"ın tələbidir?

- Bəli, indi mənim üçün qış transfer pəncərəsi qadağandır, amma yaydan etibarən sizin liqaya gələ bilərəm.

- Azərbaycan Premyer Liqasında hansı klublarda çıxış edərdiniz?

- Nəzərdən keçirərdim. Bu, klubdan və təklifdən asılıdır.

- Təxminən dörd il burada çıxış etmisiniz və Azərbaycan futboluna yaxşı bələdsiniz. Azərbaycan futbolunu düşünərkən hansı oyunçular yadınıza düşür?

- Mən oyunçuları ayırmağı sevmirəm. Hər oyunçunun öz zəif və güclü tərəfləri var. Ona görə də bu barədə danışmaq istəmirəm.

- Azərbaycanda yaşayərkən nəyi bəyənir, nəyi bəyənmədiniz? Buranın mətbəxi ilə aranız necədir?

- Bakıda həddindən artıq tıxac var. İnsanlar çox təhlükəli sürürlər. Yəni izdiham çoxdur. Yemək məsələsinə gəlincə, yaxşı yeməklər var, amma onlar mənim üçün çox ağırdır. Mən daha yüngül yeməkləri sevirəm. Açığı, Bakı məni müsbət mənada çox təsirləndirdi. İnsanlar pozitivdir, kömək etmək istəyirlər, bu məni sevindirir, siz mənim ölkəmdəki insanlara oxşayırsınız.

- Sonda Bakıdan hansı xatirələrlə ayrılırsınız?

- Mən Bakıya heyranam, gözəl, müasir şəhərdir. Səmimi olaraq ümid edirəm ki, gələcəkdə bu şəhəri ziyarət etmək şansım olacaq. Və o, həmişə qəlbimdə xüsusi bir yer olaraq qalacaq.

- “Sabah” azarkeşlərinə nə demək istərdiniz?

- Mən onlara təşəkkür edirəm ki, bütün bu illər ərzində mənə dəstək oldular. Ümid edirəm ki, onların gözləntilərini qarşıladım və məni yaxşı xatırlayacaqlar.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:213
embedMənbə:https://moderator.az
archiveBu xəbər 14 Yanvar 2026 09:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see304

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see300

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see290

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see285

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see281

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see278

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see267

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see261

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see254

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see238

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see237

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see235

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see234

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see233

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see230

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see226

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see216

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see208

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see201

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri