Mənə bir də bu barədə sual verməyin Qurban Qurbanov ƏSƏBİLƏŞDİ
Icma.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Belə məğlubiyyətlər hamımızın başına gəlib. Həmişə millimizin yanında olmalıyıq".
Redaktor.az xəbər verir ki, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan milli komandasının məğlubiyyətləri və yenidən baş məşçi sükanı arxasına keçə biləcəyi ilə bağlı iddialara cavab verib.
Qurban Qurbanov “Səbail”lə oyundan sonra keçirilən mətbuat konfransında deyib:
“Mənim üçün ən çətin suallar milli ilə bağlı olan suallardır. Orada mənim həmkarlarım var, həm də İcraiyyə Komitəsindəyəm. Xahiş edirəm, mənə bir də bu barədə sual verməyin. Hər qurumun öz idarəçiləri var. Bu dəqiqə fikrim “Qarabağ”dadır”.
Qurbanov “Bəs, Fernandu Santuşun işini necə dəyərləndirirsiniz?” sualına isə belə cavb verib:
“Cavab verə bilməyəcəm. Hər birimiz Santuşa hörmətlə yanaşırıq. Ona uğurlar arzulayıram. Hamı öz işində məsuliyyətli olmağa çalışır”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:138
Bu xəbər 24 Noyabr 2024 00:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















