Mənə qonorar vermədi, özünə maşın aldı
Axsham.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Aktyor Ziya Ağa filmə dəvət alarkən yaşadığı hadisəni bölüşüb.
Axşam.az xəbər verir ki, o, bu barədə “Kəşfət” proqramına açıqlamasında danışıb. Aktyor bildirib ki, filmdə rol almaq üçün xeyli hazırlaşsa da, qonorarla bağlı razılıq əldə olunmayıb:
“Adını çəkməyəcəyəm. Tanınmış rejissor məni filmə çağırdı, əl sıxışdıq. Müəyyən çəki atdım. Filmdə arıqlamaq lazım idi. Saçımı, saqqalımı uzatdım. Dedi ki, lazım olsa, qonorarımdan verəcəyəm, amma sən burada oynamalısan. Dedim, əla.
Məsələ gəldi pula. Filmin prodüseri də dostumdur. Zəng etdi ki, məbləğ budur. Razılaşmadım. Dedim, büdcəni anlayıram, amma məbləği artıraq. Cəmi 4 min artırsaydı, razılaşacaqdım. Rejissor maraqlanmadı. Özü kifayət qədər qonorar alırdı, onun 4 minini kəsib mənə verə bilərdi.
Nəticədə başqa aktyor çəkildi, halallıq verdim. Rejissor isə özünə Cip aldı. Sevinirəm ki, həmin filmdə olmamışam”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:43
Bu xəbər 23 Oktyabr 2026 12:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















