Mənə xoş münasibət bəslənilməyən yerdə oynamaq istəmirəm
Icma.az xəbər verir, Qol.az saytına əsaslanaraq.
"Real"ın futbolçusu Vinisius Junior azarkeşlərin etirazına sərt reaksiya verib.
QOL.az xəbər verir ki, braziliyalı hücumçu La Liqa çərçivəsində doğma meydanda "Levante" ilə oyundan öncə xoşagəlməz anlar yaşayıb. İsinmə hərəkətləri zamanı "Santyaqo Bernabeu"dakı azarkeşlər tərəfindən fitə basılan 25 yaşlı futbolçu bu münasibətdən bərk qəzəblənib. Matça start verilməzdən əvvəl son dərəcə məyus görünən Vinisiusu komanda yoldaşı Kilian Mbappe təsəlli etməyə çalışıb.
"El Periodico" nəşrinin məlumatına görə, ulduz futbolçu azarkeşlərin ona qarşı münasibətinə belə reaksiya verib:
"Mənə xoş münasibət bəslənilməyən yerdə oynamaq istəmirəm".
Xatırladaq ki, Vinisiusun Madrid təmsilçisi ilə hazırkı müqaviləsi 2027-ci ilin yayına qədər qüvvdədir. Onun klubdan ayrılacağı ilə bağlı söz-söhbətlər səngimək bilmir.
Qeyd edək ki, sözügedən qarşılaşma "Real"ın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:21
Bu xəbər 18 Yanvar 2026 18:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















