Icma.az
close
up
RU
Menendez qardaşlarının azadlıq tələbi ilə bağlı qərar!

Menendez qardaşlarının azadlıq tələbi ilə bağlı qərar!

Olay.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Menendez qardaşlarının azadlıq tələbi ilə bağlı qərar!

Erik və Lyle Menendez qardaşlarının valideynlərini öldürməkdə ittiham edilərək ömürlük həbs cəzası aldıqları məhkəmə işinə yenidən baxılmağa başlanılıb.

OLAY yazır ki, Erik Menendez ilə bağlı qərar verilib. Menendez qardaşları ötən il bu işlə bağlı apellyasiya və şərti azadlığa buraxılma üçün müraciət edib. Kaliforniya Şərti Azadlığa Buraxılma Şurası təxminən 10 saat davam edən iclasda Erik Menendezin vəziyyətini müzakirə edib.

İclasın sonunda şura Erikin ictimai təhlükəsizlik üçün risk daşıdığına qərar verərək onun azadlığa buraxılma tələbinin rədd edildiyini elan edib.

Lyle Menendez kiçik qardaşı Erikin şərti azadlığa buraxılma müraciəti rədd edildikdən bir gün sonra, cümə günü Kaliforniyada şərti azadlığa buraxılma dinləməsinə çıxacaq.

Qardaşlar 1989-cu ildə ABŞ-ı sarsıdan hadisədə varlı valideynlərini güllələyərək öldürdükləri üçün onilliklərdir həbsdədirlər. Onlar bu cinayəti atalarının zorakılığına qarşı özlərini müdafiə məqsədilə törətdiklərini deyir və illərdir azadlığa çıxmaq üçün mübarizə aparırlar.

İşlərinə ictimai maraq yenidən artdıqdan sonra, may ayında yenidən mühakimə olunaraq şərti azadlığa buraxılma üçün uyğun hesab ediliblər.

Lyle, qardaşından fərqli bir şərti azadlıq komissiyasının qarşısına çıxacaq. Bu isə o deməkdir ki, Erik həbsdə qalmaqda davam etdiyi halda Lyle azadlığa buraxıla bilər.

Qardaşların həm 1989-cu il qətllərindən əvvəlki, həm də həbsdəki davranışları fərqli qiymətləndirildiyi üçün Lyle Menendezin işi fərqli nəticə ilə yekunlaşa bilər.

Onların azadlığa çıxmasını dəstəkləyən qohumları Erikin müraciətinin rədd edilməsindən məyus olsalar da, Lyle üçün keçiriləcək ikinci dinləmə öncəsi “ehtiyatlı nikbinlik” nümayiş etdirirlər.

Parol komissarı cümə axşamı keçirilən dinləmədə qərarın əsas səbəbinin qətllər deyil, Erik-in həbsdəki davranışları olduğunu bildirib. Bu qərar, daha öncə onların cəzasının yüngülləşdirilməsinə qarşı çıxan Los-Anceles prokuroru Nathan Hochman tərəfindən alqışlanıb:  

“Bu qərar, vəhşicəsinə qətlə yetirilmiş Jose və Kitty Menendez üçün ədaləti təmin edir,” – deyə o bildirib.

Erikə üç il sonra yenidən şərti azadlıq üçün müraciət etmək hüququ verilib. Digər mümkün azadlıq yolu isə Kaliforniya qubernatoru Gavin Nevsomun qardaşların əfv müraciətini qəbul etməsidir.

10 saatdan artıq davam edən dinləməni izləyən komissar Robert Barton bildirib ki, Erikin hələ azadlığa hazır olmadığını düşünür:  

“Əgər islah olunmağa inanmasaydım, bu işi görməzdim. Amma hüquqi meyarlara əsasən, sən hələ də ictimai təhlükəsizlik üçün ciddi risk daşıyırsan,” – deyə Erikə müraciət edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://olay.az
archiveBu xəbər 22 Avqust 2025 20:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see282

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see254

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see233

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see166

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see160

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see153

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see145

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see141

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see141

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see138

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see136

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see133

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see132

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see132

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see132

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see131

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see130

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see130

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see129

“Subway Surfers” 14 il sonra qayıdır

16 Yanvar 2026 21:34see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri