Icma.az
close
up
RU
Mənəvi haqqı olmayanların vicdan oyunu

Mənəvi haqqı olmayanların vicdan oyunu

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Katolikosun “Yerablur”dakı susqunluğu məsuliyyətdən yayınmaq cəhdidir

Bütün ermənilərin ali patriarxı və katolikosu, Erməni Apostol Kilsəsinin birinci iyerarxı kimi böyük titulların sahibi olan II Qaregin son vaxtlar ictimaiyyətdən gizlənmək, jurnalistlərdən yayınmaq yolunu tutub. O, ictimai mərasimlərdə gözə dəymir, media ilə məsafə saxlayır və bununla da cəmiyyətdə açıq qalan sualların sayını daha da artırır. Kilsə daxilində baş verən proseslərə dair açıqlamaların verilməməsi şəffaflıqla bağlı narahatlıqları gücləndirir. Ali din xadiminin bu məqamda susqunluğu vəziyyəti sakitləşdirməkdən çox, qeyri-müəyyənliyi dərinləşdirir.

Katolikos bugünlərdə yenə də oxşar davranış nümayiş etdirdi. Söhbət yanvarın 28-də Ermənistanda qeyd edilən ordu günü ilə bağlı anım mərasimlərinin tərkib hissəsi olaraq “Yerablur” hərbi məzarlığında keçirilən tədbirdə II Qareginin jurnalistlərin normal suallarından yayınmasından gedir. Həmin gün bütün ermənilərin katolikosu da çoxsaylı din xadimlərinin müşayiəti ilə məzarlığa gəlib. Katolikos kilsə ətrafında baş verən hadisələr, arxiyepiskop Gevorq Saroyanın ruhani rütbəsindən məhrum edilməsi (rütbəsi əlindən alındığı üçün hazırda əvvəlki kimi dünyəvi Arman Saroyan ad-soyadını daşıyır – S.H), kilsənin mümkün parçalanması və digər məsələlərlə bağlı jurnalistlərin çoxsaylı suallarını cavablandırmayıb.

Din xadimləri birlikdə dua edib, daha sonra Birinci və İkinci Qarabağ müharibəsində həyatını itirmiş şəxslərin xatirəsinə həsr olunmuş anım mərasimi keçiriblər. Qeyd etdiyimiz kimi, mərasimdən sonra da bütün ermənilərin katolikosu jurnalistlərin heç bir sualına cavab verməyib. Onu müşayiət edən şəxslər isə bütün suallara vaxtı çatanda cavab veriləcəyini bildiriblər. II Qaregin “Yerablur”da ucaldılmış abidənin və digər məzarların önünə gül dəstələri qoyub. Ziyarətini başa çatdırarkən o, jurnalistlərə müraciət edərək deyib: “Biz bu müqəddəs məkanı hər dəfə ziyarət edərkən sizə bir xahişlə müraciət edirik: günün nəsihətini pozmayın. Bu münasibətlə öz ismarıcımızı artıq ünvanlamışıq. Biz bura oğullarımızın xatirəsini yad etmək və vətənimiz üçün Allahdan sülh, təhlükəsizlik və firavan həyat diləmək üçün gəlmişik. Bu sualları başqa vaxt vermək imkanınız olacaq. İnformasiya sistemimizin rəhbəri ilə əlaqə saxlayın. Yaradan sizi qorusun”.

Katolikosun bu davranışı bir daha göstərdi ki, o, ictimaiyyət və media qarşısında açıq mövqe nümayiş etdirmək əvəzinə, susqunluq və yayınma taktikasını seçir. Halbuki, burada söhbət kilsə daxilində gedən ciddi proseslərdən, arxiyepiskop kimi yüksək dini rütbə daşıyan birinin bu tituldan məhrum edilməsindən, kilsənin parçalanma təhlükəsi ilə üz-üzə qalmasından gedirdi. Bunlar sıradan mövzular deyil və erməni cəmiyyətinin cavab gözləməsi tamamilə haqlıdır. Ancaq II Qaregin yenə də bu suallardan yayınmağa üstünlük verdi, məsuliyyəti qeyri-müəyyən “sonra cavab veriləcək” vədləri ilə ötürdü. Ali ruhani liderin bu cür davranışı ən azı qəribə təsir bağışlayır. Çünki kilsə yalnız ibadət məkanı deyil, həm də ictimai institutdur və onun rəhbəri baş verənlərə aydınlıq gətirməyə borcludur. Susqunluq isə vəziyyəti aydınlaşdırmır, əksinə, müxtəlif şübhə və söz-söhbətlərin yayılmasına zəmin yaradır. Erməni cəmiyyətində belə bir təəssürat formalaşır ki, katolikos ya baş verən proseslərə nəzarəti itirib, ya da izah edə bilməyəcəyi məsələlərdən yayınır. Əgər kilsə daxilində hər şey şəffaf və qanuni çərçivədə baş verirsə, niyə bu qədər sualdan qaçılır? Niyə jurnalistlərlə açıq dialoqdan imtina edilir? Cavabsız qalan bu suallar katolikosun mənəvi lider obrazına ciddi kölgə salır.

Digər tərəfdən, din xadimləri adlanan bu qaragüruh dəstənin Birinci və İkinci Qarabağ müharibəsində həlak olmuş şəxslərin xatirəsinə dua etməsi zahirən hüzn və ehtiram görüntüsü yaratsa da, bu mərasimlərin arxasında dərin mənəvi riyakarlıq gizlənir. Xüsusilə də mərasimin mərkəzində katolikos II Qaregin dayanırsa. Çünki bu halda söhbət təkcə bir din xadiminin dualarından yox, on minlərlə insanın ölümünə aparan zəhərli ideologiyanın əsas fiqurlarından birinin məsuliyyətdən yayınmaq cəhdindən gedir.

Katolikos II Qareginin müharibə qurbanlarının məzarlarını ziyarət etməyə mənəvi haqqı yoxdur! Bu, sərt səslənsə də, tarixi faktlara söykənən açıq həqiqətdir. Çünki ermənilərin Azərbaycana qarşı işğalçı müharibəsinin ideoloji təməli havadan yaranmayıb. Hələ Sovet İttifaqı dövründən etibarən Erməni Apostol Kilsəsi millətçi-şovinist iddiaların dini don geydirilmiş əsas daşıyıcısı olub. Qarabağ məsələsi kilsə moizələrində “müqəddəs savaş”, “tarixi missiya”, “milli borc” kimi təqdim olunub və bu ritorika minlərlə gənci ölümə göndərən siyasi avantüraların əsaslandırılmasına xidmət edib.

Özü də kilsə təkbaşına hərəkət etməyib. Xaricdəki erməni diasporu ilə sinxron şəkildə formalaşdırılan bu ideoloji xətt işğalçı müharibənin həm təbliğat, həm də müəyyən mənada maliyyə dayağı olub. Livandan tutmuş ABŞ-a, Rusiyadan tutmuş Uruqvaya kimi dünyanın ən müxtəlif yerlərinə səpələnmiş diaspor ermənilərinin mərkəzləri illərlə revanşist xülyaları qidalandırıb, reallıqdan uzaq vədlərlə Ermənistan cəmiyyətini aldadıb. Nəticə isə göz önündədir: iki müharibə, məhv olmuş talelər və həyatını itirmiş on minlərlə erməni. Bu qanlı nəticənin məsuliyyəti təkcə Koçaryan-Sarkisyan kimi siyasi rəhbərlərin deyil, onları ruhlandıran kilsə və diaspor strukturlarının da üzərindədir. Belə bir acı həqiqət ortada var ikən II Qareginin “Yerablur”da dualar oxuması mənəvi mərasim yox, ölənlərin ruhuna açıq-aşkar həqarətdir. Bu addım tövbə deyil, günahın üstünü örtmək cəhdidir. Əgər kilsə həqiqətən də heç olmazsa, bunan sonra mənəvi institut olmaq iddiasındadırsa, ilk növbədə öz rolunu etiraf etməli, illərlə insanları fəlakətə sürükləyən ideoloji xəttə görə məsuliyyət daşıdığını açıq şəkildə bəyan etməlidir.

Amma bunun əvəzinə susqunluq, suallardan yayınma və dini rituallarla reallığı pərdələmək yolu seçilir. Kilsə və diaspor bu gün də nəticə çıxarmaq istəmir. Açıq revanşizm formasını dəyişsə də, mahiyyət etibarilə sülh prosesinə mane olmaq, cəmiyyəti yenidən qarşıdurmaya sürükləmək cəhdləri davam edir. Bu isə artıq təkcə siyasi səhv deyil, erməni xalqına qarşı növbəti mənəvi cinayətdir.

Lakin daha vəziyyət əvvəlki kimi deyil. Kilsə və diasporun “milli xilaskar” maskası cırılıb. Erməni cəmiyyəti getdikcə daha aydın dərk edir ki, onu fəlakətlərə aparan məhz bu qüvvələr olub. Məhz buna görə də sülhə yönəlmiş, regionda yaranmış yeni reallıqları qəbul edən hazırkı siyasi kursa ictimai dəstək artır. Bu kursu gözdən salmaq istəyənlərin ən çox qorxduğu məqam da elə budur.

“Qafqaz Tarixi” Mərkəzinin rəhbəri, siyasi şərhçi Rizvan Hüseynov XQ-yə açıqlamasında bildirdi ki, “Yerablur”da keçirilən anım mərasimində II Qareginin davranışı bir daha onun ictimai məsuliyyətdən yayındığını göstərdi. Onun sözlərinə görə, halbuki, belə günlər susmaq üçün yox, həqiqəti demək üçün fürsət olmalıdır: “Katolikosun jurnalistlərdən qaçması təsadüfi epizod deyil, sistemli davranış qaydasıdır. Əslində, bu xəttin mahiyyəti aydındır. Kilsə münaqişənin baş verməsində roluna dair açıq müzakirədən yayınır, ictimai hesabat verməkdən imtina edir”.

Siyasi şərhçi onu da bildirdi ki, Ermənistan müharibəni təkcə döyüş meydanında uduzmayıb, illərlə yanlış istiqamət göstərən mənəvi və ideoloji rəhbərlik də bu məğlubiyyətin bir hissəsidir: “Buna baxmayaraq onlar hələ də baş verənlərdən nəticə çıxarmır, sülh yoluna, necə deyərlər, daş diyirlətməyə davam edirlər. Halbuki bütün bunlar boş və mənasız çapalamalardır. Kilsənin və diasporun iç üzü ifşa olunub. Artıq erməni xalqı bu qüvvələrin əsl mahiyyətini gözəl anlayır və sülhün əldə olunması istiqamətində hazırkı hökumətin apardığı siyasətə dəstək verir”.

Səxavət HƏMİD
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:179
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 30 Yanvar 2026 11:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see419

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see374

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see333

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see294

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see285

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see249

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see234

AQEM in zirvə görüşü Azərbaycana nə vəd edir?

15 Oktyabr 2026 13:04see228

GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair dünyada ilk məlumatları təqdim edib (Foto)

15 Oktyabr 2026 14:54see215

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see211

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see206

Bəzi insanların riyyaziyyatı bilməmə səbəbi QAVRAMA FƏRQİ NƏDİR?

15 Oktyabr 2026 04:29see196

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see190

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see184

Azərbaycanda ən yaxşı təcrübələr İnklüziv məşğulluq məsələləri nəzərdən keçirilib

15 Oktyabr 2026 13:43see181

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see178

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see173

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

15 Oktyabr 2026 17:26see173

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see152

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri