Icma.az
close
up
RU
Məni evdən çıxarmaq istəyirdi 66 yaşlı kişi içib arvadını döydü

Məni evdən çıxarmaq istəyirdi 66 yaşlı kişi içib arvadını döydü

Demokrat.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Şəmkir rayonunda yaşlı kişinin keçmiş həyat yoldaşına qarşı fiziki zorakılıq tətbiq etməsi ilə bağlı cinayət işinin təfərrüatları məlum olub. Hadisə ötən ilin dekabrın 22-də, saat 17:30 radələrində rayonun qəsəbələrindən birində qeydə alınıb. 66 yaşlı Təvəkkül (ad şərtidir) bir evdə yaşadığı keçmiş arvadı Səmayə ilə mübahisə zəminində ona xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə münaqişə zamanı təqsirləndirilən şəxs qadının baş nahiyəsinə yumruq zərbələri endirib və saçından dartaraq ona fiziki ağrı yetirib. Faktla bağlı Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə cinayət işi açılıb.
Məhkəmə prosesində ifadə verən Təvəkkül əməlini etiraf edərək hadisənin sərxoşluq fonunda baş verdiyini bildirib:
“Dekabrın 22-də, saat 17:30-da yaşadığım evə gələn zaman Səmayə mənim sərxoş olmağımı gördü və atmacalı sözlər işlətdi. Sərxoş olduğum üçün Səmayə ilə mübahisə etdim və mübahisə zamanı əlim ilə onun başından itələdim. Ola bilsin ki, həmin vaxt Səmayə başından xəsarət aldı. Sonradan əməlimdən peşman oldum, Səmayədən üzrxahlıq etdim, ona dəymiş ziyanı ödəmişəm və onunla barışmışam. Bir daha cinayət törətməyəcəyimə söz verirəm”.
Zərərçəkmiş Səmayə isə ifadəsində keçmiş həyat yoldaşının içki qəbul etdikdən sonra aqressivləşdiyini vurğulayıb:
“Dekabrın 22-də, saat 17:30-da yaşadığım evdə olan zaman Təvəkkül sərxoş vəziyyətdə evə gəldi və məni evdən çıxarmaq istədi. Bu səbəbdən aramızda mübahisə yarandı. Mübahisə zamanı o, yumruqla baş nahiyəmə bir neçə dəfə vurdu və saçımdan dartaraq mənə xəsarət yetirdi”.
Şəmkir Rayon Məhkəməsi tərəfindən araşdırılan cinayət işində tərəflərin qarşılıqlı barışığı əsas götürülüb. Hakim zərərçəkmişin şikayətçi olmadığını və dəymiş ziyanın ödənildiyini nəzərə alaraq Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə uyğun qərar qəbul edib.
Beləliklə, təqsirləndirilən şəxs barəsində olan cinayət təqibinə xitam verilib və o, məsuliyyətdən azad olunub.
Fariz Məlikli
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:185
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 15 Aprel 2026 20:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see315

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see308

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see299

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see295

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see290

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see287

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see286

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see259

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see258

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see240

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see239

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see237

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see236

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see227

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see226

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see224

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see222

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see198

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see186

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri