Icma.az
close
up
RU
“Məni Mercedesə mindirib malikanəsinə apardı” Melaniya Tramp əri ilə ilk görüşündən danışdı

“Məni Mercedesə mindirib malikanəsinə apardı” Melaniya Tramp əri ilə ilk görüşündən danışdı

Icma.az, Moderator.az portalına istinadən məlumat yayır.

ABŞ-ın birinci xanımı Melaniya Tramp “Melaniya” adlı xatirə kitabını yazıb və orada prezident Donald Trampla həyatı, eləcə də münasibətlərindən bəhs edib.

Moderator.az Lent.az-a istinadən xəbər verir ki, o, Ağ Evin gələcək rəhbəri ilə ilk görüş hekayəsini paylaşıb.

Melaniya model olmaq üçün 27 avqust 1996-cı ildə Sloveniyadan ABŞ-a necə köçdüyünü xatırlayır. İki il sonra, 1998-ci ilin sentyabrında, bir cümə axşamı, dostu onu klubda əylənməyə dəvət edib.

"Yorulmuşdum, amma hər halda dəvəti qəbul etdim. Klubda modellər, fotoqraflar və dizaynerlər də daxil olmaqla, çoxlu insan var idi. Rəfiqəmlə VİP bölməsində əyləşdik. Rəfiqəm kiməsə əl yellədi. O, yaxınlaşıb özünü təqdim etdi. "Mən Donald Trampam" dedi. Onun bir iş adamı və ya məşhur olduğunu başa düşdüm, lakin o, mənim əlimi sıxmaq üçün əlini uzatmadı. O, məndə dərhal maraq oyandırdı. Yanımda oturdu və söhbətə başladı” deyə Melaniya yazıb.

"O, məndən Nyu-Yorkda keçirdiyim vaxt, Sloveniyadakı evim, dünyanı gəzdiyim vaxtlar haqqında soruşdu. Sonra hiss etdim ki, mənə dərin marağı var. Bu diqqət məni onun dünyasının mərkəzi kimi hiss etdirirdi. Ayrılanda telefon nömrəmi istədi və mən imtina etdim. O isə mənə öz vizit kartını verdi. Düşünürəm ki, Donald məndə daha dərindən söhbət edə biləcəyi bir insan gördü" - o yazıb.

Memuarlarda deyildiyi kimi, adada çəkilişlərdən sonra mənzilinə qayıdan Melaniya əşyalarını açarkən Donald Trampın vizit kartına rast gəlib. O, Trampa mesaj yazıb.

Melaniya ertəsi gün Donaldın necə zəng etdiyini və həftə sonu üçün Bedforddakı malikanəsinə getməyə dəvət etdiyini yazıb:  “Məni “Mersedes”ə mindirib fransız qəsri kimi görünən malikanəsinə apardı. Biz otaqları gəzdik, onun qolf meydançasında olduq, bu həyatımın ən gözəl günlərindən biri idi”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:188
embedMənbə:https://moderator.az
archiveBu xəbər 16 Noyabr 2024 13:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see375

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see247

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see241

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see240

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see236

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see235

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see233

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see231

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see230

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see229

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see225

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see218

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see213

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see213

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see213

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see212

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see212

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see212

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see210

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri