Icma.az
close
up
RU
“Məni niyə sevmədin, ata? Gənc müəllifin kitabı nəşr olunub

“Məni niyə sevmədin, ata? Gənc müəllifin kitabı nəşr olunub

Sherg.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

 Zəhra Hüseyinli: Əsərin adı hekayəsi qədər güclü olmalıdır 


 Müasir ədəbiyyat müəlliflərinə xitab etməyi çox vaxt unuduruq, ya da qədimlərin ab-havasından tam çıxa bilmirik. Zənn edirik ki, sözün ən gözəli yalnız keçmişdə yazılıb. Amma bu o deməkdirmi ki, bu gün ədəbiyyatda dəyərli əsərlər yoxdur? Əksinə, bu gün də uğurlu əsərlər və dəyərli müəlliflər var. Sətirlər hər üç zamanda - dünəndə, bu gündə və sabahda bizə zəngin düşüncələr təqdim edir. Bu yolda yazmağı sınayan, ürəyinin səsini qələmlə susdurmayan gənc qələm sahiblərindən biri də Zəhra Hüseynlidir. Kimdir Zəhra Hüseynli? 

18 yaşı olan bu gənc yazıçı, bu yaxın günlərdə “Məni niyə sevmədin, ata?” kitabının müəllifidir. Zəhra xanımla söhbətimiz  oldu.  O yazıya olan sevgisini, müəlliflik yolunu və kitabının maraqlı adının mənasını açdı.  Zəhra yazmaq barədə deyir: “Mənim üçün yazı sadəcə sözləri kağıza düzmək deyil. Yazmaq içimdəki dünyanı ifadə etmək, ürəyimdə gizlətdiyim sirləri insanlarla bölüşmək deməkdir. Hər dəfə yazanda sanki özümlə danışır, özümü daha dərindən kəşf edirəm. Yazmaq mənim üçün azadlıq və sağalma yoludur. Bəzən danışa bilmədiyim hisslərimi yazılarımda ifadə edirəm. Yazı mənə güc verir, məni sakitləşdirir və həyata daha möhkəm bağlayır. Yazanda rahatlayıram, yazanda yaşadığımı daha aydın hiss edirəm.”

Bəs, yazmağa həvəs necə başladı? Zəhra deyir ki, məktəb illərində, 8-ci sinifdə yazmağa başlayıb. Dəyərli müəllimi Sevinc xanım onu bir inşa müsabiqəsinə qatılmağa təşviq edib. Mövzu “20 Yanvar” idi. Zəhra evdə oturub bütün hisslərini kağıza köçürdü. Müsabiqə günü birinci yerə layiq görüldü. Bu uğurdan sonra Sevinc müəllimə onu müxtəlif müsabiqələrə yazdırdı. Hər uğur Zəhranı yazmağa daha da həvəsləndirdi. Beləliklə, yazı onun həyatının ayrılmaz bir parçasına çevrildi. Yolda ən böyük dəstək kim oldu? Əlbəttə, ailəsi. Amma bəzən onların içində də inamsızlıq vardı. Onlar qorxurdular: “Ya bu xəyal gerçəkləşməsə, ya Zəhra məyus olsa?”. Lakin bu qorxu Zəhranı ruhdan salmadı, əksinə daha da gücləndirdi. Ailə və yaxınlarının, xüsusilə gənc yazıçı Fidan Tağısoyun dəstəyi ilə bu yol daha da gözəl oldu.  Bəs kitab yazmaq qərarına necə gəldi? 

Zəhranın bu haqda fikirləri maraqlıdır: “Düzünü desəm, xüsusi bir ilhamım yox idi. Sadəcə əvvəllər kiçik hekayələr yazırdım və düşündüm ki, əgər hekayə yazmağı bacarıram, deməli bədii kitab da yaza bilərəm. Həmin an özümə inam yarandı və yazmağa başladım. Beləcə “Məni niyə sevmədin, ata?” ərsəyə gəldi. Mənim üçün bu kitab sadəcə yazı deyil, uzun illərin xəyalı idi.” Əslində   Zəhra hər zaman özünə inanıb. Yazmaq  istəyinə və kitabının bir gün çap olunacağına güvənib. Amma yol asan deyildi. Maliyyə, vaxt və digər məsuliyyətlər bu prosesi çətinləşdirirdi. Lakin inamı ona bütün çətinliklərin öhdəsindən gəlməyə imkan verdi. İndi isə o, kitabını oxuculara təqdim etməyin xoşbəxtliyini yaşayır.


 Kitabı ilk dəfə əlinə aldıqda nə hiss etdi? Zəhra danışır:

“Ən çox gözlədiyim an kitabı ilk dəfə əlimə aldığım andır. Hər kəs düşünürdü ki, ağlayacağam, amma gözlənilənin tam əksi oldu. Sadəcə donub qaldım. İki il əvvəl yazdığım, yalnız xəyalımda gördüyüm bir əsərin indi real şəkildə əlimdə olması inanılmaz bir duyğu idi. Kitabın qoxusu, ağırlığı, üz qabığının parıltısı mənə yuxu kimi gəlirdi. İçimdən sevinci, qüruru və həyəcana qarışan inamı bir anda yaşadım. Sanki xəyal ilə reallıq arasındakı sərhəd yox olmuşdu.” Kitabı  hansı nəşriyyat çap etdi? Qanun Nəşriyyatı. Bir çox nəşriyyatlarla danışıqlar aparılsa da, ən sonda kitab bu nəşriyyatda nəşr olundu. Kitabın mövzusu nədir? Əsərin əsas mövzusu sevgi və valideyn-övlad münasibətləridir. Amma bu sevgi çox vaxt yarımçıq qalır. İnsan içində boşluqla böyüyür, amma yenə də sevməkdən vaz keçmir. Eyni zamanda kitabda mübarizə aparmaq, özünü dərk etmək və daxili gücünü tapmaq mövzuları da işlənib. Zəhra bildirir ki, kitab oxucuya güzgü tutmalıdır - kimsə öz həyatından bir parça, kimsə mübarizə yolunu tapa bilər.

Oxucular  kitabı necə qarşılayır? Zəhra deyir: “Çox vaxt mənə yazırlar ki, kitab onların qəlbinə toxunub. Bəziləri atasını, bəziləri uşaqlığını, bəziləri isə həyatındakı boşluğu burada tapır. Hətta bəzi oxucular kitabı oxuyandan sonra valideynlərinə daha çox sevgi göstərməyə başlayıblar.


Kitabın adı necə seçildi? Zəhra bu haqda izah verir: 

“Bu fəryaddır. Sevilməyən, amma sevməkdən əl çəkməyən bir qızın ürəyindən qopan səsdir. Əvvəl ad tamam başqa idi, amma düşündüm ki, əsərin adı hekayəsi qədər güclü olmalıdır. Oxucu bu adı görəndə içində illərlə gizlətdiyi bir sual oyansın: “Məni niyə sevmədin?’”.  Kitab tamamilə təxəyyül məhsuludur və Zəhranın şəxsi həyatına aid deyil. Əsərdəki hadisələr, obrazlar və duyğular müəllifin təsəvvüründə yaranıb və cəmiyyətdə müşahidə etdiyi vəziyyətləri ifadə edir. Beləliklə, əsər həm ağrı, həm də güc verir, amma real həyatdan deyil, yaradıcı təsəvvürdən doğub.  Beləcə kitab həm ağrı, həm də güc verir. Zəhra üçün bu əsər yalnız ata sevgisinin yoxluğu ilə bağlı deyil, ümumilikdə insan həyatında yarımçıq qalan duyğuların ifadəsidir.


İlahə Həbib

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:101
embedMənbə:https://sherg.az
archiveBu xəbər 01 Oktyabr 2025 13:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda oynayan qapıçıya İtaliya ilə görüşdə şans verilmədi

14 Noyabr 2025 11:17see236

12 gün pəhrizi ilə 10 kilo arıqlamaq olar? Real təcrübə, menyu və gözlənilməyən nəticələr

15 Noyabr 2025 19:08see227

ABŞ da termonüvə bombasını uğurlu sınaqdan keçirdiyini açıqlayıb

15 Noyabr 2025 06:53see215

Neymar dərhal PSJ yə keçdiyinə peşman oldu və geri dönmək istədi

15 Noyabr 2025 01:07see212

Ədəbiyyat və publisistikamızın unudulmaz siması

14 Noyabr 2025 12:07see154

Mbappe tarixə düşdü Peledən sonra ilk

14 Noyabr 2025 06:39see150

“9990 nömrəsindən gələn zənglə bağlı yayılan iddialara DİN dən REAKSİYA FOTO

14 Noyabr 2025 17:40see149

Bu deputat danışmır, ancaq şəkil çəkdirir FOTOLAR

14 Noyabr 2025 10:58see149

Van der Vart: “Ronaldo şokolad olsaydı, özünü yeyərdi”

15 Noyabr 2025 03:09see149

Türkiyədə həlak olan jurnalist sabiq məmurun oğlu imiş FOTO

14 Noyabr 2025 09:35see142

Rusiyadan səfirliyimizin vurulması ilə bağlı AÇIQLAMA

14 Noyabr 2025 23:10see141

Nicat Kazımov: Dil milləti formalaşdıran və onun özünəməxsusluğunu qoruyan ən güclü təməldir

14 Noyabr 2025 00:49see141

Damarları tıxananlar bu qidalardan imtina etsin

14 Noyabr 2025 20:33see141

Miri Yusiflə Aiseldən yeni layihə

15 Noyabr 2025 09:40see139

KİV: ABŞ Qəzzanı iki hissəyə bölmək niyyətindədir

15 Noyabr 2025 04:25see138

“BakıKart”ın ləğvi iddiasına rəsmi cavab: “Metro və avtobuslarda...”

14 Noyabr 2025 09:09see138

Ukraynadakı müharibə 2026 cı ilin iyununda başa çata bilər Buşun köməkçisi

14 Noyabr 2025 09:44see138

“Leş Tofiq”lər hərəkətə keçdi: Bizə eşşək əti yedizdirənlər niyə azadlıqda?

14 Noyabr 2025 18:18see137

Ayxan Abbasov: “Rəqibin gücü bəlli idi”

13 Noyabr 2025 23:49see136

Yeni Azərbaycan Partiyasının 33 ili: siyasi sabitlik və ölkənin inkişafındakı rolu POLİTOLOQ ŞƏRH ETDİ

14 Noyabr 2025 15:50see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri