Icma.az
close
up
RU
“Mənim başımı aldadıb, olmayan mərtəbədən ev satıblar” Video

“Mənim başımı aldadıb, olmayan mərtəbədən ev satıblar” Video

Icma.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.

“MM Park” MMC-dən ev alan vətəndaş ona mənzilin olmayan mərtəbədən satıldığını iddia edir. 

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı “APA TV”yə danışan şikayətçi Mehriban Həsənovanın sözlərinə görə, 4 ildir nə evinə qovuşa bilir, nə də ödədiyi vəsaiti geri ala bilir: “Mənə dedilər ki, bu tərəfdəki bina 17 mərtəbədir, bu da 18 olacaq. Mən də inandım, mənzilin satışını edən müdir Asif müəllim idi. Mən mərtəbəyə baxmaq istəyəndə o dedi ki, “11-ə çıxsanız, ayaqlarınız yorular, lift də işləməyə bilər”.

Həmin gün 1000 manat beh verdim. Bir vətəndaş göndərmişdi ki, o mənzil həmin adamın adınadır. Sözügedən şəxs bildirdi ki, artıq sənəddə ev onun adından çıxarılıb. Nəticədə  80 min manat verərək qızımın adına məznil aldıq. Ancaq hər şey bundan sonra ortaya çıxdı. Mən evi təmir etdirməyə başlayanda gördüm ki, 10-cu mərtəbədən sonra heç nə yoxdur. Mənim başımı aldatdılar. Həmin müddətdə isə divar, arakəsmə və pilləkən düzəltdilər ki, biz qalxa bilək. Artıq şirkətin rəhbəri Şahlar Qurbanovla üç məhkəməmiz olub, sonuncuda Şahlar Qurbanov dedi ki, “sənin mənzilin yoxdur, ləğv etmişəm”. Bu isə prosesdən bir gün öncə oldu. Niyə bu 4 ildə yox, iddianı qaldırdıqdan sonra belə bir addım atdılar?!”

Şirkətin rəhbəri Şahlar Qurbanov iddialara cavab olaraq bildirib ki, o, Mehriban Həsənovaya mənzil satmayıb: “Tikinti icazəsi ləğv edildiyi üçün təmir işlərinin aparılması dayandırıldı. Möhürü başqa şəxs vurub, o mənzil başqa şəxsə mülkiyyət əvəzi verilib. Bu bina əslində 19 mərtəbədən ibarətdir, ancaq 11 mərtəbə tikildikdən sonra Arxitektura Komitəsi bunu dayandırdı. Heç burada daşı daş üstə qoymağa da icazə yoxdur”.

Daha ətraflı videomaterilda:

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 11 İyul 2026 14:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see326

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see289

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see280

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see280

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see272

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see266

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see259

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see250

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see241

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see231

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see228

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see225

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see221

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see208

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see204

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see203

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see196

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see194

Videokolposkopiya ginekologiyada müasir müayinə. VİDEO

18 Oktyabr 2026 08:00see191

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri