Icma.az
close
up
RU
“Mənim burada haqqım var” Azər Bağırov

“Mənim burada haqqım var” Azər Bağırov

Icma.az, Idmanxeber.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Kəpəz” Misli Premyer Liqasının sonuncu turunda səfərdə “Turan Tovuz”a 0:1 hesabı ilə məğlub olub.

İdmanxeber.az xəbər verir ki, Gəncə təmsilçisinin baş məşqçisi Azər Bağırov oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

– Oyun barədə çox danışmağa dəyməz. Nəticə mənim üçün əvvəldən bəlli idi. “Turan Tovuz”u təbrik edirəm.

– Artıq hamıya bəllidir ki, “Kəpəz”in baş məşqçisi postundan getmisiz. Dünənki iclasda nələr müzakirə olundu?

– Dünən futbolçularla görüş oldu. Bunun neqativ tərəfləri bu gün meydanda görünürdü. Bəzi məsələlərdə rəhbərliklə razılaşa bilmədik. İkitərəfli razılıq əsasında ayrılmaq qərarı verdik. Mənim iddialarım, baxışlarım fərqlidir. Yeni rəhbərlik başqa cür düşünür. Futbolda belə hallar olur, olacaq da. Biz də daha güclü olmalıyıq.

– Komandada kimin qalıb-qalmayacağına baş məşqçi qərar verir, yoxsa rəhbərlik?

– Bu gün sonuncu dəfə “Kəpəz” barədə danışacam. Burada yaxşı dostlar tapdım. Çoxlarının “Kəpəz”in üstündən xətt çəkdiyi vaxtda biz komandanı Premyer Liqada saxladıq. Sabah kimin qərar verəcəyini bilmirəm. Hər işdə bir xeyir var. Daha yaxşı şeylər olacaq.

– Dediniz ki, oyunun nəticəsi mənim üçün əvvəldən bəlli idi. Nə demək istəyirdiniz?

– Baş məşqçi bilir ki, komandada qalmayacaq, futbolçular da bunu hiss edirsə, istər-istəməz ruh düşkünlüyü yaranır. “Kəpəz”də hansısa usta futbolçunun adını çəkə bilməzsiz. Döyüşkənliyin hesabına xallar qazanmışıq və Premyer Liqada qalmışıq.

– Bilərəkdən oynamamaq ehtimalı ola bilər?

– Yox. Heç vaxt ola bilməz. Ruh düşkünlüyü oldu. Futbolçular çox hissiyatlı insanlardır.

– Rəhbərliklə hansı məsələlərdə ortaq məxrəcə gələ bilmədiz?

– Bunu açıqlamayacam. Klubla mənim aramda olan məsələlərdir. “Kəpəz”dən ancaq yaxşı şeylər danışmaq istəyirəm. Komandaya uğurlar arzulayıram. Mən bu azarkeşləri sevdim. Mənim burada haqqım var. Vaxtımın çox hissəsini ailəmlə yox, futbolçularla, akademiya ilə keçirmişəm. Futbolda belə şeylər olur.

– Klub rəhbərliyi sizdən halallıq aldı?

– Biz hər şeyə peşəkar yanaşırıq. Bir insan həm ibarət əhli, həm də dünyəvi insan ola bilər. Həyat davam edir. Zaman hər şeyi göstərəcək. Futbolçulara həmişə bir söz demişəm, həyatda düz olmaq lazımdır. Düzsənsə, rahat olacaqsan.

– Sonluğun belə olacağı gözlənilirdi, mətbuatda yazılırdı. Bu vaxta qədər “Kəpəz”da qaldığınıza görə peşman deyilsiz?

– Əsla. Bəlkə də bu hadisə həftələr əvvəl baş versəydi, “Kəpəz” Premyer Liqada qalmayacaqdı. Mən çox sevinirəm ki, azarkeşlər”Kəpəz”i gələn mövsüm də Premyer Liqada görəcək. Gəncəyə böyük futbol yaraşır. (sportal.az)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:215
embedMənbə:https://idmanxeber.az
archiveBu xəbər 25 May 2025 20:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see348

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see340

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see332

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see326

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see325

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see296

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see291

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see283

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see265

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see258

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see246

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see238

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see236

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see215

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see205

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see195

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see192

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see190

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see188

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri